Skip to content
Məliyyə meneceri

Məliyyə meneceri

One Studio Kainatına Yeni Səyyah Axtarılır: Maliyyə Meneceri

Rəqəmsal qalaktikanın mərkəzində — One Studio-da resurslarımızı, büdcəmizi və maliyyə axınlarımızı dəqiqliklə idarə edəcək yeni komandir axtarışındayıq. Əgər rəqəmlərin dilini bilir, maliyyə strategiyalarını qurmağı bacarır və mühasibatlığın incəliklərinə bələdsənsə, gəmimizdə yerin hazırdır!

Sənin Missiyan:

  • Şirkətin maliyyə planlaşdırılması, büdcələşdirmə və maliyyə axınlarının (Cash Flow) idarə olunması;

  • Maliyyə hesabatlarının (P&L, Balance Sheet və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi;

  • Mühasibat uçotunun aparılmasına nəzarət, vergi və digər rəsmi hesabatların dəqiqliyinin təmin edilməsi;

  • Gəlir və xərclərin analizi, maliyyə risklərinin qiymətləndirilməsi və optimallaşdırılması;

  • Debitor və kreditor borclarının idarə olunması, hesablaşmaların vaxtında aparılmasına nəzarət.

Tələblərimiz:

  • Təcrübə: Maliyyə və ya mühasibatlıq sahəsində azı 3 il iş təcrübəsi;

  • Proqram bilikləri: 1C (8.3 versiyası), Excel (yüksək səviyyədə: Pivot, VLOOKUP, mürəkkəb düsturlar) və digər maliyyə/mühasibatlıq proqramlarında (LOGO, Micro-4, e-taxes.gov.az portalı və s.) sərbəst işləmək bacarığı;

  • Qanunvericilik və Mühasibatlıq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, əmək qanunvericiliyi və mühasibat uçotu standartları üzrə dərin biliklər;

  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili (arzuediləndir);

  • Analitik düşüncə: Rəqəmlərlə işləmək qabiliyyəti, yüksək məsuliyyət, diqqət və detallara önəm vermək bacarığı.

İş Şəraiti:

  • İş formatı: Ofis daxili iş;

  • İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə);

  • İş saatları: 09:00 – 18:00;

  • Əməkhaqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə əsasında təyin olunacaq;

  • Peşəkar komanda ilə sıx əməkdaşlıq və stabil iş mühiti.

Müraciət etmək üçün: 📩 [email protected] ("Subject" bölməsində "maliyyə meneceri" qeyd etməyi unutmayın!)

📞 Əlaqə: +994 50 404 0 111

🌐 www.one.az

#onecareer #oneteam