Xidmətlərimiz





Veb sayt hazırlanması
ONE studio olaraq veb saytların hazırlanmasını yalnız texniki proses kimi deyil, markanın rəqəmsal dünyadakı gücünü artıran əsas marketinq strategiyası kimi görürük. Hər bir layihəyə – istər responsive landing page, istər e‑commerce platforması, istərsə də korporativ sayt – fərdi yanaşaraq, brendinizin üslubuna uyğun custom website design təqdim edirik. Peşəkar UX/UI dizaynı, mobil uyğunluq və SEO-friendly yanaşma ilə sizə daha çox istifadəçi cəlb edən, konversiya dərəcəsini artıran və rəqəmsal satışlarınızı gücləndirən effektiv veb həllər təqdim edirik.
- Korporativ veb sayt hazırlanması
- Online mağaza hazırlanması
- Kataloq - vitrin sayt hazırlanması
- Vizitka veb sayt hazırlanması
- Veb portalın hazırlanması
- Xəbər saytının hazırlanması
- Landing page hazırlanması
- Promo veb sayt hazırlanması
- Şəxsi veb sayt hazırlanması
- Bloq sayt hazırlanması
- No-Code veb sayt hazırlanması
- ERP sisteminin hazırlanması
- CRM hazırlanması
Brendinq xidməti
ONE studio-da təqdim etdiyimiz brendinq xidmətləri, markanızın bazarda fərqlənməsini və tanınmasını təmin edən strateji və vizual elementlərin tam paketini əhatə edir. Naming-dən başlayaraq loqo hazırlanması, korporativ üslubun formalaşdırılması, brendin vizual indetifikasiyasının qurulması və professional brand book hazırlanması daxil olmaqla hər bir mərhələni diqqətlə planlaşdırırıq. Biz həmçinin brend strategiyası, rəng palitrası, tipoqrafiya və brend tonunun qurulması kimi vacib elementləri də özündə birləşdirən effektiv branding həlləri təqdim edirik. Bu xidmətlər sayəsində siz auditoriyanızda vizual olaraq güclü təəssürat yaradan, etibarlılıq hissi doğuran və uzunmüddətli brend tanınırlığı qazanan bir imicə sahib olursunuz.
Dizayn xidməti
ONE studio-da dizayn xidmətləri, brendinizin həm rəqəmsal, həm də çap mühitində vizual olaraq güclü təqdim olunması üçün geniş spektri əhatə edir. UX/UI dizaynla yanaşı, poster, sosial media vizualları, kataloq və broşura dizaynı, açıq hava reklam materialları və korporativ təqdimatların hazırlanması kimi poliqrafiya və reklam dizayn xidmətləri də təqdim edirik. Həm funksional veb interfeyslər, həm də çap üçün nəzərdə tutulmuş yaradıcı həllərlə sizin mesajınızı dəqiq və təsirli formada çatdırmağa fokuslanırıq. Dizaynlarımız brend kimliyinizə uyğun şəkildə hazırlanır və vizual baxımdan ardıcıl olmaqla yanaşı, satış və tanınma məqsədlərinə də xidmət edir.
Digital marketinq
ONE studio-da rəqəmsal marketinq xidmətlərimiz, brendinizi onlayn mühitdə gücləndirmək və hədəf auditoriyanıza daha effektiv çatmaq üçün hazırlanır. Əsas diqqətimizi SMM – sosial media marketinqi üzrə strategiyaların qurulması, vizual və mətn kontentinin hazırlanması və paylaşımların planlaşdırılmasına yönəldirik. Bununla yanaşı, Google Ads və Meta reklam kampaniyalarının qurulması, dönüşüm əsaslı performans marketing həlləri və analitika əsasında optimizasiya prosesi də xidmətə daxildir. Biz həmçinin kampaniyaların nəticələrini daim təhlil edir, A/B testlər aparır və reklam büdcəsinin effektiv istifadəsini təmin edirik. Digital marketing vasitəsilə biznesinizi daha geniş auditoriyaya tanıtmaq və ölçülə bilən nəticələr əldə etmək üçün tam spektrli yanaşma təklif edirik.
SEO xidməti
ONE studio-da təqdim etdiyimiz SEO xidmətləri, veb saytınızın axtarış sistemlərində görünürlüğünü artırmaq və Google nəticələrində yüksək pillələrə qalxmağını təmin etmək üçün kompleks yanaşma ilə həyata keçirilir. İlk mərhələdə texniki SEO və açar söz analizi apararaq saytınızın əsas strukturunu və potensial trafik mənbələrini müəyyən edirik. Daha sonra on-page SEO optimizasiya (meta başlıqlar, kontent quruluşu, daxili linklər) və off-page SEO strategiyalar (keyfiyyətli backlink quruculuğu) ilə reytinqinizi yüksəldirik. Lokal SEO üzrə optimizasiya və axtarış nəticələrinin mütəmadi izlənməsi ilə saytınızın performansını davamlı olaraq təkmilləşdiririk. Bu yanaşma sayəsində həm trafik, həm də konversiya baxımından ölçülə bilən nəticələr əldə edirsiniz.
Mobil tətbiqlərin hazırlanması
ONE studio-da mobil tətbiqlərin hazırlanması sahəsində təqdim etdiyimiz xidmətlər, həm iOS, həm də Android platformaları üçün performanslı və istifadəçi dostu tətbiqlərin yaradılmasını əhatə edir. Layihəyə UI/UX dizayn mərhələsindən başlayaraq, interaktiv prototiplərin hazırlanması, native və hybrid tətbiqlərin kodlaşdırılması, funksionallıq testləri və tətbiqin App Store və Play Store-a yüklənməsinə qədər bütün prosesi idarə edirik. İstifadəçi təcrübəsinə əsaslanan yanaşmamız tətbiqin sürətini, istifadədə rahatlığını və texniki dayanıqlığını təmin edir. Həm biznes ehtiyaclarını, həm də son istifadəçi gözləntilərini qarşılaya bilən mobil tətbiq həlləri təqdim edirik.
Kontent xidməti
ONE studio-da kontent xidmətləri, brendinizin üslubuna və məqsədinə uyğun olaraq fərdi şəkildə hazırlanır. Veb saytlar üçün əsas səhifə mətnlərinin, xidmət bölmələrinin, məhsul təsvirlərinin yazılması və bu kontentin saytda düzgün yerləşdirilməsi prosesi tam şəkildə həyata keçirilir. Eyni zamanda SEO-yönümlü bloq və məqalə yazıları, sosial media paylaşımları, reklam sloqanları və kataloq kontentlərinin hazırlanması da xidmətə daxildir. Kataloqlar üçün brend tonuna uyğunlaşdırılmış, vizual təqdimatı dəstəkləyən sadə və təsirli mətnlər hazırlanır. Kontentin redaktəsi, tərcüməsi və lokal bazara uyğunlaşdırılması da daxil olmaqla, hərtərəfli kontent dəstəyi təqdim edirik.
Dəstək xidməti
ONE studio-da təqdim etdiyimiz dəstək xidmətləri, saytın stabil və fasiləsiz işləməsini təmin etmək üçün texniki dəstək və məzmun yönümlü həlləri əhatə edir. Biz veb saytların CMS idarəetməsi, kontent yeniləmələri, təhlükəsizlik nəzarəti, backup sistemlərinin qurulması və server monitorinqi kimi sahələrdə dayanıqlı dəstək təqdim edirik. E-ticarət saytları və dinamik platformalar üçün texniki yardım, modul yeniləmələri və performans optimizasiyası da bu xidmətə daxildir. Müştərilərimizə saytın istifadəyə verilməsindən sonra da uzunmüddətli və operativ texniki dəstək göstəririk.
Veb Hostinq xidməti
ONE studio veb hostinq xidməti, saytınızın fasiləsiz, sürətli və təhlükəsiz işləməsini təmin etmək üçün peşəkar server infrastrukturu ilə təchiz olunub. Biz həm domen bağlantısı və yönləndirmə, həm də saytların yüksək sürətli və stabil hostinqə yerləşdirilməsi prosesini idarə edirik. Hər bir layihəyə uyğun fərdi hosting paketi təklif edir, SSL sertifikatı, mütəmadi backup sistemi və 24/7 texniki monitorinq ilə saytınızın davamlılığını təmin edirik. Xüsusilə korporativ və e-ticarət saytları üçün optimallaşdırılmış, yüksək performanslı server mühiti təqdim edirik.