Veb və Rəqəmsal həllər.
16 il təcrübəsi ilə ONE Studio rəqəmsal məhsullar, veb saytlar, e-ticarət platformaları və brend kommunikasiya həlləri təqdim edir.

Veb sayt hazırlanması
ONE studio olaraq veb saytların hazırlanmasını yalnız texniki proses kimi deyil, markanın rəqəmsal dünyadakı gücünü artıran əsas marketinq strategiyası kimi görürük. Hər bir layihəyə – istər responsive landing page, istər e‑commerce platforması, istərsə də korporativ sayt – fərdi yanaşaraq, brendinizin üslubuna uyğun custom website design təqdim edirik. Peşəkar UX/UI dizaynı, mobil uyğunluq və SEO-friendly yanaşma ilə sizə daha çox istifadəçi cəlb edən, konversiya dərəcəsini artıran və rəqəmsal satışlarınızı gücləndirən effektiv veb həllər təqdim edirik.

Sea Breeze üçün veb saytının hazırlanması
Premium yaşayış və istirahət kompleksi üçün funksional və estetik veb saytın hazırlanması

Garabagh Resort & SPA Hotel üçün veb saytın hazırlanması
Lüks hotel və sağlamlıq mərkəzi üçün funksional və vizual baxımdan zəngin veb saytın hazırlanması

Crescent Residences üçün təqdimat veb səhifəsinin hazırlanması
Yaşayış və biznes sahələrinin təqdim edildiyi, animasiyalı və interaktiv təqdimat veb səhifəsinin hazırlanması
Brendinq xidməti
ONE studio-da təqdim etdiyimiz brendinq xidmətləri, markanızın bazarda fərqlənməsini və tanınmasını təmin edən strateji və vizual elementlərin tam paketini əhatə edir. Naming-dən başlayaraq loqo hazırlanması, korporativ üslubun formalaşdırılması, brendin vizual indetifikasiyasının qurulması və professional brand book hazırlanması daxil olmaqla hər bir mərhələni diqqətlə planlaşdırırıq. Biz həmçinin brend strategiyası, rəng palitrası, tipoqrafiya və brend tonunun qurulması kimi vacib elementləri də özündə birləşdirən effektiv branding həlləri təqdim edirik. Bu xidmətlər sayəsində siz auditoriyanızda vizual olaraq güclü təəssürat yaradan, etibarlılıq hissi doğuran və uzunmüddətli brend tanınırlığı qazanan bir imicə sahib olursunuz.

Arsenal Construction Engineering üçün loqotip və korporativ üslub
Yanğın söndürmə və inşaat mühəndisliyi sahəsində fəaliyyət göstərən şirkət üçün loqo və korporativ üslubun hazırlanması.

Baku Hotel Company üçün loqo və brendinq hazırlanması
Premium qonaqpərvərlik sektorunda fəaliyyət göstərən şirkət üçün vizual identikliyin qurulması
Dizayn xidməti
ONE studio-da dizayn xidmətləri, brendinizin həm rəqəmsal, həm də çap mühitində vizual olaraq güclü təqdim olunması üçün geniş spektri əhatə edir. UX/UI dizaynla yanaşı, poster, sosial media vizualları, kataloq və broşura dizaynı, açıq hava reklam materialları və korporativ təqdimatların hazırlanması kimi poliqrafiya və reklam dizayn xidmətləri də təqdim edirik. Həm funksional veb interfeyslər, həm də çap üçün nəzərdə tutulmuş yaradıcı həllərlə sizin mesajınızı dəqiq və təsirli formada çatdırmağa fokuslanırıq. Dizaynlarımız brend kimliyinizə uyğun şəkildə hazırlanır və vizual baxımdan ardıcıl olmaqla yanaşı, satış və tanınma məqsədlərinə də xidmət edir.

Bizə etibar edən aparıcı brendlər
Konsepsiyadan icraya qədər brendlərlə sıx əməkdaşlıq edərək onların rəqəmsal varlığını aydın, effektiv və dəyərli edirik.