
Məliyyə meneceri
One Studio Kainatına Yeni Səyyah Axtarılır: Maliyyə Meneceri
Rəqəmsal qalaktikanın mərkəzində — One Studio-da resurslarımızı, büdcəmizi və maliyyə axınlarımızı dəqiqliklə idarə edəcək yeni komandir axtarışındayıq. Əgər rəqəmlərin dilini bilir, maliyyə strategiyalarını qurmağı bacarır və mühasibatlığın incəliklərinə bələdsənsə, gəmimizdə yerin hazırdır!
Sənin Missiyan:
-
Şirkətin maliyyə planlaşdırılması, büdcələşdirmə və maliyyə axınlarının (Cash Flow) idarə olunması;
-
Maliyyə hesabatlarının (P&L, Balance Sheet və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-
Mühasibat uçotunun aparılmasına nəzarət, vergi və digər rəsmi hesabatların dəqiqliyinin təmin edilməsi;
-
Gəlir və xərclərin analizi, maliyyə risklərinin qiymətləndirilməsi və optimallaşdırılması;
-
Debitor və kreditor borclarının idarə olunması, hesablaşmaların vaxtında aparılmasına nəzarət.
Tələblərimiz:
-
Təcrübə: Maliyyə və ya mühasibatlıq sahəsində azı 3 il iş təcrübəsi;
-
Proqram bilikləri: 1C (8.3 versiyası), Excel (yüksək səviyyədə: Pivot, VLOOKUP, mürəkkəb düsturlar) və digər maliyyə/mühasibatlıq proqramlarında (LOGO, Micro-4, e-taxes.gov.az portalı və s.) sərbəst işləmək bacarığı;
-
Qanunvericilik və Mühasibatlıq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, əmək qanunvericiliyi və mühasibat uçotu standartları üzrə dərin biliklər;
-
Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili (arzuediləndir);
-
Analitik düşüncə: Rəqəmlərlə işləmək qabiliyyəti, yüksək məsuliyyət, diqqət və detallara önəm vermək bacarığı.
İş Şəraiti:
-
İş formatı: Ofis daxili iş;
-
İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə);
-
İş saatları: 09:00 – 18:00;
-
Əməkhaqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə əsasında təyin olunacaq;
-
Peşəkar komanda ilə sıx əməkdaşlıq və stabil iş mühiti.
Müraciət etmək üçün: 📩 [email protected] ("Subject" bölməsində "maliyyə meneceri" qeyd etməyi unutmayın!)
📞 Əlaqə: +994 50 404 0 111
🌐 www.one.az
#onecareer #oneteam