Android mobil tətbiqlərin hazırlanması

01

Ümumi baxış

“Android” dünyada ən çox istifadə edilən əməliyyat sistemidir. 2,5 milyard aktiv istifadəçisi olan “Andriod” əməliyyat sistemi ilə işləyən tətbiqə sahib olmaqla sizin öz biznesinizi daha da genişləndirmək imkanınız var. ONE Studio şirkətinin mütəxəssisləri tətbiqinizi hədəf auditoriyanız üçün necə cəlbedici və maraqlı etməyi çox yaxşı bilirlər.

Tətbiqin hazırlanma mərhələləri

“Android” sistemi ilə işləyən tətbiqin hazırlanması üçün ilk olaraq texniki spesifikasiyalar tərtib edilməlidir. Sifariş edilən tətbiqin incəlikləri və nüansları şirkətimizin meneceri və müvafiq müştəri arasında müzakirə edilir. 

Müştərinin tapşırıqlarına əsasən, şirkətimizin əməkdaşı tərəfindən optimal tətbiq növü seçilir. Texniki spesifikasiyalar müştəri tərəfindən tətbiq növü təsdiq edildikdən sonra tərtib edilir. Daha sonra mütəxəssislərimiz tərəfindən aşağıdakı fəaliyyətlər həyata keçirilir:

  • rəqib şirkətlərin oxşar tətbiqlərinin təhlil edilməsi;
  • ətraflı texniki spesifikasiyaların tərtib edilməsi;
  • dizayn və funksionallıq planının tərtib edilməsi;
  • müştəri və server bölmələrinin proqramlaşdırılması;
  • test və xətaların aradan qaldırılması;
  • tətbiqin aktivləşdirilməsi və “Google Play” proqramına yüklənməsi.

“Android” üçün tətbiq növləri

“Android” mobil cihazları üçün hazırlanmış tətbiq bu əməliyyat sistemi ilə qadcetin istənilən istifadəçisi tərəfindən yüklənə bilər. Geniş əlçatanlıq bu növ tətbiqləri universal edir və onlar istənilən nişdə mükəmməl funksionallıq göstərirlər.

İnternet-mağazalar üçün tətbiqlər

Elektron ticarət “Android” proqramlarının əsas tətbiq sahələrindən biridir. Bu, ticarət platformalarının mobil versiyalarına daha rahat, sürətli və effektiv alternativdir.

“Android” sistemi ilə işləyən internet-mağaza tətbiqinin üstünlükləri:

  • Bu növ tətbiqlər yüksək funksionallığı ilə seçilirlər. “Andriod” üçün tətbiqlərin hazırlanmasında tətbiq olunan müasir texnologiyalar səhifələrin mümkün qədər tez yüklənməsini təmin edir, bu da öz növbəsində istifadəçilərə rahat və asan məhsul axtarışı imkanı verir.
  • Bu növ tətbiqlərə limitsiz sayda məhsul yükləmək mümkündür. Müştərilər həm kiçik internet-mağazalar, həm də yüz minlərlə məhsul elementi olan böyük ticarət platformalar üçün tətbiqlərə sahib ola bilərlər.
  • Bu növ tətbiqlərdə genişləndirilmiş kataloq strukturu və limitsiz bölmələr yaratmaq mümkündür. Kataloq axtarış, filtrləmə, məhsulları çeşidləmək, sevimlilərə əlavə etmək və müqayisə etmək kimi geniş funksional imkanlara malikdir.
  • Bu növ tətbiqlərdə müştəri bazasının formalaşdırılması mümkündür. İnternet-mağazaların funksionallığını təmin etmək üçün “Şəxsi Hesab” bölməsinin yaradılması vacibdir. Bu bölmədə istifadəçi məlumatları (kontaktlar, çatdırılma ünvanları, sifariş tarixçəsi və s.) əks olunur.
  • Bu növ tətbiqlərdə qeydiyyatdan keçmiş istifadəçilərə xüsusi təkliflər, promosyonlar barədə məlumatlar, səbətdəki əşyalar haqqında xatırlatma və “push” bildirişləri göndərmək mümkündür.
  • Bu növ tətbiqlər sadə idarətmə funksiyasına malikdirlər. Eyni zamanda bu növ tətbiqlər məhsulların yükləndiyi, kataloq strukturunda dəyişikliklərin edildiyi və kontentin yeniləndiyi rahat idarəetmə paneli ilə təchiz edilir.
  • Bu növ tətbiqlərdə bütün alış-veriş prosesi avtomatlaşdırılır, istifadəçilər səbətə əşyalar əlavə etmək, çatdırılma və ödəniş üsulunu seçmək və sifariş statusunu izləmək kimi funksiyalardan yararlanmaq imkanı var. Satıcılar sifarişləri tətbiqlərin idarəetmə paneli vasitəsilə tənzimləyir.
  • Bu növ tətbiqlər cəlbedici interfeysə malikdirlər. Mobil tətbiqin dizaynı hazırlanan zaman müvafiq şirkətin və ya brendin korporativ üslubunun elementlərindən istifadə olunur. UI/UX prinsiplərinə uyğunluq bu növ tətbiqləri istifadəçilər üçün rahat və intuitiv edir.
  • Bu növ tətbiqlərdə ödəniş təhlükəsizliyi təmin edilir. Mobil tətbiqlər onlayn ödəmə funksiyasına malik ola bilərlər. Bundan əlavə, bu növ tətbiqlərdə informasiyanın və istifadəçilərin ödəniş məlumatlarının məxfiliyi təmin edilir.

Korporativ tətbiqlər

Bu növ tətbiqlər daxili korporativ istifadə üçün nəzərdə tutulub. Tətbiqlərin funksionallığı biznes sahəsinin xüsusiyytlərindən asılıdır:

  • geniş funksionallıq;
  • müxtəlif proseslərin optimallaşdırılması - logistika, məhsulun uçotu, nəzarət, analitika, bazarın monitorinqi, müxtəlif göstəricilərin qiymətləndirilməsi, məlumatların toplanması və s.;
  • müştərilər ilə ünsiyyət;
  • şirkət əməkdaşları arasında münasibət;
  • iş tapşırıqlarının icarsına nəzarət;
  • əməkdaşların iş vaxtının uçotu.

Korporativ mobil tətbiqlər istənilən biznes sahəsi üçün sərfəli həll yoludur. Bu növ tətbiq iş proseslərini asanlaşdırır, xərcləri azaldır və vaxt itkisini aradan qaldırır. Bundan əlavə, bu tətbiq sayəsində problemləri həll etmək üçün tələb olunan vaxt azalır, səhvlər, uyğun olmayan qərarlar və məlumatların uyğunsuzluğu riskləri minimuma endirilir, həmçinin şirkətin məhsuldarlığı daha da artır.

Startaplar üçün mobil tətbiqlər

“Android” sistemi ilə işləyən tətbiqlərin yaradılması yeni layihənin hazırlanması üçün ən ideal seçimdir. Bu növ tətbiqlər aşağıda qeyd olunan mühüm tapşırıqların icrasına kömək edir:

  • yeni bir layihənin hazırlanmasına fokuslanmaq;
  • brendin və ya məhsulun tanınmasını təmin etmək;
  • auditoriyanı genişləndirmək;
  • potensial müştərilərin müvafiq şirkətə olan etimadını gücləndirmək;
  • istifadəçi loyallığını artırmaq.

Startaplar üçün hazırlanan mobil tətbiqlərin çevikliyi xüsusilə təmin olunmalıdır. Bu məqam tətbiqin bizneslə birlikdə böyüyəcəyi və təkmilləşəcəyi deməkdir. Bu səbəbdən aşağıda qeyd olunan fəaliyyətləri həyata keçirmək tövsiyə olunur:

  • minimum funksiyalar dəsti və kiçik investisiyalarla başlamaq;
  • auditoriyanın ehtiyaclarını tədricən öyrənmək və məhsulu istifadəçilərin istəklərinə uyğunlaşdırmaq;
  • layihə hazırlanan zaman funksionallığı genişləndirmək və müvafiq yenilənmələri həyata keçirmək.

Bu növ tətbiqlər müxtəlif yollarla təbliğ edilə bilər. Burada əsas keyfiyyətli nəticə əldə etməkdir, tətbiqlərin təbliğ edilməsinin effektiv yolları çoxdur.

İnternet bankçılıq

Demək olar ki, hər bir istifadəçi maliyyə tətbiqləri barədə məlumatlıdırlar. İnternet bankçılığın üstünlükləri:

  • geniş funksionallıq;
  • əsas maliyyə əməliyyatlarının avtomatlaşdırılması;
  • müştəri loyallığının və banka inanım artırılması;
  • ödənişlərin tam təhlükəsizliyi, şəxsi məlumatların məxfiliyi;
  • yüksək sürətli informasiya emalı;
  • istifadəçilər üçün rahatlıq, stabil funksionallıq;
  • effektiv texniki xidmət, problemlərin sürətli həlli;
  • miqyaslılıq.

İnternet bankçılıq tətbiqləri müxtəlif funksiyalara malik ola bilər, hər bir bank seçim siyahısını fərdi olaraq müəyyən edir. Bu növ tətbiqlərin ümumi prinsipləri var: müştəri hesabları, ödənişlər, köçürmələr, bank kartlardakı vəsaitlərin hərəkəti haqqında məlumatlar təmin olunmalıdır.

Xidmət sektoru üçün tətbiqlər

Əksər insanlar telefonlar vasitəsilə müxtəlif xidmətlərdən yararlanırlar. Mobil tətbiqlər çatdırılma, təmir, yükdaşıma, taksi, ictimai iaşə, kimyəvi təmizləmə, icarə və təmizlik (bu siyahını sonsuza qədər davam etdirmək olar) xidmətləri təklik edən şirkətlər üçün bir tələbatdır. Mobil tətbiqlər istifadəçilərin rahatlığını təmin edir və istənilən biznes sahəsinə fayda verir:

  • Bu növ tətbiqlər müştərilərə telefon zəngləri ilə vaxt itirmədən və lazımi məlumatları axtarmadan tez bir zamanda xidmətlər sifariş etməyə imkan verir;
  • Şirkət daimi müştərilərə çevrilə biləcək potensial istifadəçilərin məlumat bazasını yaradır;

Demək olar ki, istənilən xidmət mobil tətbiq vasitəsilə həyata keçirilə bilər. Məsələn, kafe üçün nəzərdə tutulmuş mobil tətbiq istifadəçilərə menyu, qiymətlər və yeni məhsullar barədə məlumat verir, istifadəçilərə sürətli onlayn yemek sifarişi və çatdırılma xidmətindən yaralanmaq imkanı verir. Taksi xidməti tətbiqi avtomobilin təyin edilməsi və çağırılması prosesini avtomatlaşdırır.

Mobil bron xidmətləri turizm biznesinin fəaliyyətini və sərnişin daşımalarını optimallaşdırır. Həmçinin, mobil tətbiqlər vasitəsilə istifadəçilər mütəxəssis axtara, məişət xidmətləri sifariş edə, görüş təyin edə və digər xidmətlərdən yararlana bilərlər.

“Android” sistemi üçün əyləncə və təhsil tətbiqləri

İstirahət, hobbi və təhsil üçün tətbiqlər smartfon istifadəçiləri arasında çox populyardır. Müxtəlif oyunlar, sayğaclar, testlər, oxucular, foto redaktorlar, xarici dilləri öyrənmək üçün alətlər, lüğətlər, məlumat kitabçaları və s. bu növ tətbiqlərə aiddir. “Android” mobil texnologiyalarının inkişafı istənilən yaradıcı ideyaları həyata keçirməyə və geniş auditoriya tərəfindən tələb olunan tətbiqlər hazırlamağa imkan verir. Bunun üçün müxtəlif monetizasiya üsulları var: 

  • Ödənişli premium abunələr; Ödənişli əsaslarla istifadəçilər əlavə seçimlər imkanı verən tətbiqin genişləndirilmiş versiyasına giriş əldə edə bilərlər;
  • Tətbiq vasitəsilə reklam; Müvafiq müştəri tətbiq vasitəsilə sifariş edilən reklamdan gəlir əldə edir;
  • Virtual alış-veriş; Müəyyən elementlər - üslublar, şriftlər, simvollar, mövzular, funksiyalar, yeni səviyyələr və s. - ödənişli ola bilər.

“Android” tətbiqlərinin üstünlükləri nədir?

Geniş auditoriya

İstənilən biznes sahəsi “Android” əməliyyat sisteminin istifadəçiləri arasında hədəf auditoriyasını tapa bilər. Bu gün “Android” əməliyyat sistemli smartfon və planşetlərdən dünyada təxminən üç milyard insan istifadə edir. Azərbaycanda “Android” sistem istifadəçilərinin sayı “iOS”-dan üç dəfə çoxdur. “Android” tətbiqləri onlayn satış, məhsulun təşviqi, brendin inkişafı və korporativ problemlərin həlli üçün ideal seçimdir. Bu tətbiqlərə bütün nişlərdə böyük tələbat var.

Çeviklik, miqsaylılıq və funksionallıq

“Adroid” platformasındakı tətbiqlər müxtəlif praktiki tapşırıqların həlli üçün nəzərdə tutulub. Bu növ tətbiqlərin funksionallığı müştərilər tərəfindən qoyulan məqsədlərlə müəyyən edilir (məsələn, bir neçə sadə seçim və ya mürəkkəb biznes proseslərinin tam avtomatlaşdırılması). İstifadə etdiyimiz tətbiqlər müştərilərə istənilən miqyaslı layihələri həyata keçirməyə imkan verir. Bazara sürətlə daxil olmaq üçün müştərilər minimal funksionallıqla başlamaq və hədəf auditoriyalarının ehtiyaclarını ödəmək üçün məhsullarını tədricən təkmilləşdirmək və genişləndirmək tövsiyə olunur.

Sürətli geri ödəmə

Yüksək keyfiyyətli tətbiqlər müştərilərə tez bir zamanda hədəf auditoriyalarını tapmağa, müvafiq tapşırıqları effektiv şəkildə yerinə yetirməyə, bizneslərini idarə etməyə və qazanc əldə etməyə imkan yaradır. Düzgün yanaşma ilə, tətbiqlər aktivləşdirildikdən dərhal sonra gəlir mənbəyinə çevrilir, bunun üçün müxtəlif reklam və təşviq üsullarından istifadə olunur.

Geniş imkanlar  

“Android” tətbiqləri yeni biznes imkanları təqdim edir:

  • onlayn satışın həyata keçirilməsi;
  • məhsul və brendin təşviq edilməsi;
  • biznes proseslərinin optimallaşdırılması;
  • istifadəçilərin əlaqə məlumatlarının toplanması, müştəri bazasının formalaşdırılması;
  • hədəf auditoriya ilə əks əlaqənin təmin edilməsi;
  • aksiyalar və xüsusi təkliflər barədə məlumatların verilməsi;
  • auditoriyanın inamının gücləndirilməsi.

Yüksək təhlükəsizlik

“Android” tətbiqlərində məxfi məlumatların və ödəniş prosesinin təhlükəsizliyi təmin olunur, istifadəçinin maliyyə məlumatlarını etibarlı şəkildə qorunur. “Android” sistemi kiber hücumlarına, viruslara və zərərli proqramlara qarşı yüksək səviyyəli müdafiə mexanizmləri ilə təchiz edilib. Təhlükəsizlik faktoru xüsusilə internet bankçılıq və onlayn ödəmə funksiyalarına malik onlayn mağaza tətbiqləri üçün aktualdır.

“iOS” ilə müqayisədə “Android” tətbiqlərinin üstünlükləri

  • “Google Play Market” plaformasında tətbiq yerləşdirmək “AppStore” platforması ilə müqayisədə daha ucuz başa gəlir;
  • Moderasiya daha sürətlidir, düzgün hazırlanma prosesi bloklanma riskləri minimuma endirir;
  • “Google” şirkəti istifadəçilərin şəxsi məlumatlarının emalı üçün daha geniş imkanlar təqdim edir və “Apple” şirkəti ilə müqayisədə daha az ciddi məxfilik siyasəti tələbləri irəli sürür.
  • Bu əməliyyat sistemi ilə işləyən cihazların ölkəmizdə və dünyanın hər yerində daha çox istifadəçisi olduğundan “Adroid” tətbiqləri daha geniş auditoriyaya malikdir.

Mobil tətbiqlərin hazırlanması qiymətləri

Mobil tətbiqlərin hazırlanması qiymətləri onların funksionallıq xüsusiyyətlərindən asılıdır. Bu xidmətin dəyəri tətbiqlərin aşağıdakı xüsusiyyətlərindən aılıdır:

  • ekranların sayı;
  • veb-saytlar və ödəniş sistemləri ilə inteqrasiya;
  • əks əlaqənin mövcudluğu;
  • animasiya və interaktiv elementlərin miqdarı;
  • sosial şəbəkələr vasitəsilə avtorizasiya;
  • alış-veriş səbətləri və digər xüsusiyyətlər;
  • tətbiqlərin müxtəlif əməliyyat sistemləri, qurğuları və ekran ölçüləri üçün uyğunlaşdırılması;
  • tətbiqlər üçün idarəetmə panelinin hazırlanması;
  • xarici xidmətlərlə inteqrasiya;
  • X/UI dizaynının hazırlanması, müştəri və server hissələrinin proqramlaşdırılması, test və aktivləşdirmə.

Bu xidmətin tarifi müştəri ilə fərdi şəkildə müzakirə edilir. Müştərinin istəyi ilə tətbiqin funksional imkanlarını məhdudlaşdırmaqla büdcəni müəyyən qədər tənzimləmək mümkündür. Minimum xərclə “Android” tətbiqinə sahib olmaq istəyirsiniz? Sizi ONE Studio şirkətinin xidmətlərindən faydalanmağa çağırırıq.