iOS mobil tətbiqlərin hazırlanması
Ümumi baxış
“Apple” istifadəçiləri hər zaman yüksək keyfiyyətə önəm verirlər. ONE Studio şirkəti olaraq biz müştərilərin “iOS” tətbiqlərini mükəmməl şəkildə hazırlamaq üçün əlimizdən gələni edirik.Geniş təcrübəyə malik şirkətimiz tərəfindən istifadəçilərin ehtiyaclarına cavab verən funksional tətbiq hazırlanılır.
Şirkətimiz “iOS” qurğuları üçün mobil tətbiqlərin hazırlanması ilə bağlı sifarişlərə daim açıqdır. Tətbiq hazırlanan zaman tərəfimizdən “iOS” platforması üçün yüksək sürət, istifadəçi dostu və monetizasiya imkanlarına zəmanət verən müasir texnologiyalardan istifadə edilir. Şirkətimizin xidmətindən yararlanmaq biznesin inkişafı ilə bağlı layihə yaratmaq üçün etibarlı tərtibatçı axtaranlar, mobil qurğular üçün əyləncəli və ya maarifləndirici tətbiqlər əldə etmək istəyənlər üçün faydalı olacaq.
Bu növ mobil tətbiqlər texniki spesifikasiyalar əsasında hazırlanılır. Bu proses zamanı şirkətimiz tərəfindən “Agile” metodologiyasından istifadə edilir, yəni layihənin icarsı bir neçə əsas mərhələlərdə həyata keçirilir. Müştəri hər bir mərhələnin icrasına nəzarət edə, işin gedişatından xəbərdar ola, “iOS” tətbiqinin hazırlanmasının nəticələrini və nailiyyətlərini qiymətləndirə bilər.
ONE Studio şirkəti ilə əməkdaşlığın üstünlükləri:
- Layihənin istənilən mərhələsində verilmiş tapşırığın yerinə yetirilməsinə kompleks yanaşma;
- İstifadəçi rəylərinin və istəklərinin təhlili;
- Müasir texnologiyalardan və geniş təcrübəmizdən istifadə;
- Hər bir “iOS” versiyasının və qurğularının fərdi tələblərinə xüsusi diqqət;
- Yüksək nəticəyə fokuslanmaq;
Tətbiqi aktivləşdirmək ilə bağlı “AppStore” platformasının tələblərinə şirkətimiz tərəfindən ciddi şəkildə əməl edilir.
“iOS” tətbiqləri və ortaq proqramların hazırlanması üçün şirkətimiz tərəfindən obyektiv qiymətlər təklif edilir.
Tətbiq hazırlanması zamanı şirkətimiz tərəfindən texniki spesifikasiyalara və son tarixlərə ciddi riayət edilir. Şirkətimizin mütəxəssisləri mövzu ilə bağlı istənilən mürəkkəb tapşırıqlar effektiv şəkildə yerinə yetirir. Münasib vaxt çərçivəsində kiçik və orta biznes, korporativ müştərilər, internet mağazalar və digər sənaye sahələri üçün “iOS” tətbiqlər hazırlanılır. Unutmayın ki, yalnız yüksək keyfiyyətli məhsul gözləntilərinizi qarşılaya və yaxşı nəticələr verə bilər!
“iOS” tətbiqlərin hazırlanması mərhələləri
Hazırlıq
- Niş və rəqiblərin təhlili;
- Funksionallığın müzakirəsi, texniki spesifikasiyaların müəyyənləşdirilməsi;
- Back-End dizaynı.
İcra
- UX/UI interfeys dizaynı;
- “iOS” üçün Front-End;
- Back-End: İdarəetmə paneli, API;
Aktivləşdirmə
- Test;
- “App Store” platformasında aktivləşdirmə;
- Layihədən sonrakı dəstək;
Müasir dünyada hər hansı biznes sahəsi üçün mobil tətbiqin əhəmiyyətli rolunu qiymətləndirməmək mümkün deyil. Uğurlu “iOS” tətbiqinin hazırlanması üçün peşəkar mütəxəssislərə ehtiyac var. ONE Studio məhz bu ehtiyacı qarşılayacaq mütəxəssislərdən ibarət bir şirkətdir. Tərəfimizdən kiçik və orta biznes sahələri ilə bağlı “iOS” platformaları üçün layihələr həyata keçirilir. Bundan əlavə, şirkətimiz tərəfindən restoranlar, internet mağazalar, taksi xidmətləri və digər fəaliyyət sahələri üçün tətbiqlər hazırlanılır.
Niyə ONE Studio şirkətini seçməlisiniz?
- Şirkətimiz mobil tətbiqlərin hazırlanması sahəsində 17-illik təcrübəyə malikdir.
- Şirkətimiz tərəfindən 30-dan çox layihə həyata keçirilib.
- Şirkətimiz tərəfindən tətbiqlərin hazırlanması üzrə 100%-lik uğurlu nəticə əldə olunub.
ONE Studio şirkətinin heyəti ixtisaslı tərtibatçılardan ibarətdir: layihə menecerləri, dizaynerlər, frontend və backend mütəxəssisləri və s. Biz birlikdə “iOS” üçün “açar-təslim” mobil tətbiqlərin hazırlanmasını həyata keçiririk (dizayndan “App Store” platformasında yerləşdirməyə qədər).