Crescent Residences üçün təqdimat veb səhifəsinin hazırlanması
Layihə nömrəsi:
26
Tarix:
9 sentyabr 2024
Crescent Residences – Bakının mərkəzində yerləşən, yüksək səviyyəli yaşayış və biznes sahələrini bir araya gətirən prestijli layihədir. Xəzər dənizi sahilində ucaldılmış bu kompleks, müasir memarlıq, panoramik mənzərələr və funksional planlaşdırma ilə fərqlənir. Layihə yaşayış mənzilləri ilə yanaşı ofis və kommersiya məkanlarını da əhatə edir.
ONE Studio olaraq bu layihə üçün xüsusi animasiyalarla zənginləşdirilmiş, interaktiv keçidlərə malik və zərif dizaynla təqdim olunmuş təqdimat veb səhifəsi hazırladıq.

Proseslər
Crescent Residences üçün hazırlanmış landing page veb səhifəsi üzrə görülən işlər
Saytın məqsədi istifadəçiyə Crescent layihəsinin vizual keyfiyyətini və geniş funksional imkanlarını interaktiv yolla çatdırmaq idi.
- UI/UX dizayn: Yüksək səviyyəli vizual balans və premium hissiyat yaradan dizayn
- Xüsusi animasiyalar: Sayt boyunca istifadəçini qarşılayan dinamik keçidlər və scroll effektləri
- İnteraktivlik: Yaşayış və biznes sahələrinin vizual olaraq ayrıldığı kliklə yönləndirilən keçidlər
- Mobil uyğunlaşdırma: Animasiya və interaktivlik qorunmaqla bütün cihazlarda problemsiz işləmə
- SEO və performans: Yükləmə sürəti optimallaşdırılmış və strukturlaşdırılmış texniki baza




Layihə komandası
Ləman K.
Nəzrin S.
Nəriman Ə.
Həmid H.
Digər layihələr

Sea Breeze üçün veb saytının hazırlanması
Premium yaşayış və istirahət kompleksi üçün funksional və estetik veb saytın hazırlanması

Bumblebee üçün veb saytının hazırlanması
Məktəbəqədər hazırlıq və Montessori xidmətləri təqdim edən təhsil mərkəzi üçün veb sayt hazırlanması

Garabagh Resort & SPA Hotel üçün veb saytın hazırlanması
Lüks hotel və sağlamlıq mərkəzi üçün funksional və vizual baxımdan zəngin veb saytın hazırlanması