Təqdimatların hazırlanması
Ümumi baxış
Sadəcə təqdimat hazırlamaq kifayət deyil. Mükəmməl təqdimat hazırlamaq əvəzsizdir!
Hansı növ təqdimatlar hazırlayırıq?
- Nitq üçün;
- Danışıqlar üçün;
- Müştəriyə göndərişlər üçün;
- Veb-sayt və ya çatbotlarda yerləşdirmək üçün;
- Loqistika şirkətləri üçün;
- İnteraktiv təqdimatlar;
- İngilig dilində təqdimatlar;
- İnvestisiya üzrə təqdimatlar;
- Kommersiya təklifləri;
- Qida istehsalçıları üçün;
- Ticarət mərkəzləri üçün;
Nitq üçün təqdimat necə hazırlanılır?
ONE Studio şirkəti olaraq tərəfimizdən ilk olaraq müvafiq təqdimat üçün struktur yaradılır. Nitqin mövzusu və hədəf auditoriya tərəfimizdən diqqətlə tədqiq edilir. Bu, bizə effektiv təqdimat strukturu yaratmağa imkan verir.
Bundan əlavə, tərəfimizdən müvafiq təqdimat slaydları üçün qısa mətnlər yazılır. Nitqinizin əsas ideyalarını vurğulayan aydın və qısa tezislər tərtib edilir.
Təqdimatın dizaynının hazırlanması
Şirkətimiz tərəfindən təqdimatın vizual komponentinə xüsusi diqqət yetirilir. İstifadə olunan infoqrafika və yüksək keyfiyyətli fotoşəkillər hədəf auditoriyaya təqdimatı daha asan anlamağa imkan verir.
Təqdimatın interaktivliyinin təmin olunması
Lazım gələrsə, tərəfimizdən təqdimat slaydlarına animasiya effektləri əlavə edilə bilər. Bunun nəticəsində hədəf auditoriyası natiqin nitqini daha asan başa düşəcək.
Nitq üçün təqdimatlar kimə lazımdır?
Nitq üçün təqdimatlar konfrans və ya seminarlarda, həmçinin investorlar və ya tərəfdaşlar qarşısında mükəmməl nitq söyləmək istəyənlər üçün önəmlidir. Qeyd etmək lazımdır ki, uzun nitqlər çox zaman dinləyiciləri yorur. Bu səbəbdən nitqin vizual effektivliyini təmin etmək tövsiyə olunur. Bu üsul təkcə natiqin nitqinin effektivliyini artırmır, həm də dinləyicilərin materialı daha yaxşı yadda saxlamasına kömək edir.
ONE Studio şirkəti olaraq biz aşağıda qeyd olunan peşə sahibləri üçün təqdimatlar hazırlamaq təcrübəsinə sahibik:
- sahibkarlar və startapçılar;
- konfrans məruzəçiləri, məşqçilər və tədqiqatçılar;
- siyasətçilər və ictimai xadimlər.
Loqistika şirkətləri üçün təqdimatların hazırlanması
Şirkətimiz tərəfindən indiyədək onlarla nəqliyyat və logistika şirkətləri, anbar kompleksləri, gömrük nümayəndələri, brokerlər, eləcə də yüklərin daşınması ilə məşğul olan təşkilatlar üçün müvafiq təqdimatlar hazırlanıb.
Bu proses zamanı şirkətimiz tərəfindən aşağıda qeyd olunan işlər həyata keçirlir:
- Mətnlərin yazılması;
- Mövcud materialların, veb-saytların, əvvəlki təqdimatların, kommersiya təkliflərinin və videoların tədqiqi; müvafiq slaydlar üçün inandırıcı və effektiv mətnlərin hazırlanması;
- Kreativ “layout” dizaynlarının hazırlanması;
- Logistika şirkətinizin effektiv təqdimatını təmin edəcək zövqlü və parlaq dizaynın yaradılması;
- Təqdimatın daha da dinamik və yaddaqalan olması üçün animasiya və videolardan ibarat slaydların yaradılması.
Peşəkar foto çəkiliş xidmətinin həyata keçirilməsi
Loqistika şirkətləri üçün təqdimatların hazırlanması zamanı vizual effektlərdən istifadə böyük əhəmiyyət kəsb edir. Müvafiq təqdimatlara nəqliyyat, anbar və daşıma konteynerlərinin əlavə edilmiş real fotoşəkilləri bu təqdimatların effektivliyini artırır və sizin imkanlarınızı aydın şəkildə nümayiş etdirir.
Çap xidmətinin həyata keçirilməsi
Təqdimatlarınızın kağız nüsxəsinə ehtiyacınız varmı? Heç bir problem yoxdur - biz müvafiq nüsxələri münasib qiymətə və keyfiyyətli şəkildə mətbəədə çap edib günün istənilən vaxtı sizə çatdıra bilərik.
İnteraktiv təqdimatların hazırlanması
Məhsullarınızı hər kəsə açıq şəkildə elan etmək istəyirsiniz? Hansı üsulla buna tam nail olacağını bilmirsiniz? Onda ONE Studio şirkəti tərəfindən təqdim olunan interaktiv təqdimatların hazırlanması xidmətindən yararlanın və şirkətimiz fəaliyyətini beynəlxalq standartlara uyğun həyata keçirdiyinə əmin olun. Multimedia təqdimatlarını hazırlamaq üçün şirkətimiz tərəfindən həm əsas alətlərdən (“PowerPoint”, “Prezi”), həm də effektlərin və animasiyanın sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verən peşəkar “Adobe” paketindən istifadə edilir.
Tərəfimizdən həyata keçirilən layihələr aşağıda qeyd olunan xüsusiyyətlərinə görə fərqlənirlər:
- parlaqlıq;
- dinamika;
- orijinallıq;
- istifadə rahatlığı;
- geniş funksionallıq.
Layihələr şirkətimiz tərəfindən ən cəsarətli və qeyri-ənənəvi ideyalar əsasında həyata keçirilir. Əsas məqsədimiz dünyada analoqu olmayan mükəmməl təqdimat hazırlamaqdır.
İnteraktiv təqdimatın xüsusiyyətləri
“Standart Microsoft Office” paketinə daxil olan “PowerPoint” proqramı vasitəsilə hazırlanmış adi təqdimatlar kimi, interaktiv təqtimatlar da slaydlardan ibarətdir. Amma interaktiv təqdimatların slaydları yalnız müvafiq proqramla yaradılmış illüstrasiyalardan ibarət deyil. Bu növ təqdimatlar aşağıda qeyd olunan maraqlı vizual elementlərlə də zənginləşdirilir:
- 3D obyektlər;
- animasiya;
- dinamik fon;
- interaktiv elementlər.
Bu növ təqdimatların nümayişi üçün xüsusi avadanlıq tələb olunmur, yalnız “Windows” və ya “MacOS” əməliyyat sistemli müasir kompüter və ya noutbuk kifayət edir. Böyük auditoriya üçün təqdimat proyektorlarda, “Full-HD” və daha yüksək təsvir ölçüsünə malik böyük “LED” ekranlarda nümayiş etdirilir.
İnteraktiv təqdimatların hazırlanması mərhələləri:
Bu proses bir neçə mərhələdə həyata keçirilir:
- Müvafiq müqavilənin bağlanması;
- Müvafiq məlumatların toplanması və nişin dərin təhlinin aparılması;
- Fərdi dizayn layihəsinin hazırlanması;
- Animasiyanın tərtibatı və yaradılması.
Hazırlanan təqdimat istənilən formatda (pptx, avi, mp4) yüklənə bilər.
İstifadə etdiyimiz proqramlar
“Photoshop”, “Illustrator”, “Indesign”, “Aftereffect” proqramlarını ehtiva edən “Adobe” paketi şirkətimizin əməkdaşlarına ən mürəkkəb tapşırıqları həll etməyə kömək edir. Mütəxəssislərimiz dünyanın ən böyük korporasiyalarından (Apple, Google, Microsoft, Facebook) olan həmkarları kimi bu proqramlardan fəal şəkildə istifadə edirlər. Bu proqramlar bizə mükəmməl layihə hazırlmağa və özəl texnikaları tətbiq etməyə imkan verir.
İngilis dilində təqdimatların hazırlanması
Biznesinizi artıq bütün dünyada təşviq etməyin vaxtıdır!
İngilis dilində şirkətiniz ilə bağlı təqdimatın hazırlanmasını ONE Studio şirkəti olaraq bizə həvalə etməklə aşağıda qeyd olunan üstünlüklərdən yararlanacaqsınız:
- Hədəf auditoriyanızın əhatə dairəsi genişləndirmək;
- Müvafiq məlumatların dəqiq və keyfiyyətli tərcüməsi təmin etmək;
- Xaricdə müştəri və ya podratçı tapmaq imkanı əldə etmək
- Xarici tərəfaşlara öz doğma dillərində şirkətiniz haqqında məlumat vermək.
Bu gün ingilis dilini bilmək üstünlük deyil, rəqabət mühitində qalmaq istəyənlər üçün məcburi tələbdir. Siz müştəriləriniz, tərəfdaşlarınız və ya investorlarınız üçün şirkətimizdən müvafiq təqdimatın yaradılmasını sifariş etməklə yeni gəlirli perspektivlər əldə edirsiniz.
Aşağıda qeyd olunanlar barədə təqimatlarının hazırlanmasını sifariş edə bilərsiniz:
- Şirkət haqqında;
- Məhsul haqqında;
- Müştərilər üçün;
- İnvestorlar üçün.
Şirkətimiz tərəfindən müxtəlif mürəkkəblikdə dizayna malik yüksək satış üzrə təqdimatlar hazırlanılır:
- İnfoqrafika;
- Hərəkət dizaynı;
- 3D dizayn;
- İllüstrasiyalar;
Biznes sahələri üçün ingilis dilində təqdimatları nece hazırlayırıq?
Tərəfimizdən hazırlanan təqdimatlar tamamilə satış prosesi ilə bağlı cəlbedici mətnlər və qısa ifadələrdən ibarətdir. Sözlər hər bir ifadəni vurğulayan və ahəngdar bir şəkil yaradan cəlbedici, müasir dizaynla tamamlanır. İngilis dilində hazırlanan təqdimatlarda tərcümə o qədər mükəmməl olur ki, sanki bu mətn şəxsən Coan Roulinq tərəfindən yazılıb.
Tapşırığın müəyyən edilməsi
Müvafiq anket müştəri tərəfindən doldurulandan sonra müvafiq təqdimatın məqsəd və vəzifələri müsahibə zamanı müəyyənləşdirilir.
Mətnin yazılması
Təqdimatın tam mətni ilk olaraq Azərbaycan və ya rus dillərində hazırlanılır. Mətn müştəri ilə razılaşdırılandan sonra ingilis dilinə tərcümə edilir.
Mətnin redaktə edilməsi
Doğma dil daşıyıcı tərəfindən tərcümə olunmuş mətn ingilisdilli auditoriyaya uyğunlaşdırılır.
Konsepsiyanın hazırlanması
3-5 slayddan ibarət layihə konsepsiyası yaradılır və müştərinin iştirakı ilə təsdiq edilir.
Dizayn xüsusiyyətlərinin əlavə edilməsi
Təqdimat konsepsiyası sona qədər həyata keçirilir və dizayn xüsusiyyətləri əlavə edilir.
Mətnin yenidən redaktə edilməsi
Tərcümə dərsliklərdəki kimi quru və formal olmasın, mükün qədər dəqiq olsun dəyə müvafiq mətn doğma dil daşıyıcısı tərəfindən yenidən oxunulur və redaktə edilir.
Dəyişikliklərin edilməsi
Kiçik toxunuşlar əlavə ediləndən sonra təqdimat müştəri ilə birlikdə korrektə edilir.
Hazır layihənin təhvil verilməsi
Təqdimatlar bir neçə formatda (çap, e-poçt və s.) hazırlanılır. Tərəfimizdən effektiv və mükəmməl nəticələr verən təqdimatlar tərtib edilir. Harada olursunuzsa olun, siz ingilis dilində hazırlanan təqdimatı özünüzlə apara bilərsiniz. Tövsiyə edirik ki, ən yaxşı sövdələşməni əldə etmək fürsətini heç vaxt qaçırmayın.
İnvestorlar üçün təqdimatlar
ONE Studio şirkəti olaraq tərəfimizdən çox milyonluq investisiyaların cəlb edilməsinə töhvə verən inandırıcı təqdimatlar hazırlanılır.
Araşdırmaya görə, investorlar yeni layihənin cəlbediciliyini qiymətləndirməyə üç dəqiqə vaxt sərf edirlər. Sizin biznesini elə təqdim edirik ki, o daim müştərilər tərəfindən xatırlanılır. Əgər müştərilər sizin biznesiniz haqqında daha ətraflı məlumat əldə etmək istəyirlərsə, bu fakt artıq uğurun yarısı hesab edilir. Şirkətiniz haqqında məlumat nə qədər qısa və inandırıcı olarsa, bu artıq sizin üçün uğurlu başlanğıcdır. Biz sizə planınızın mahiyyətini, əsas üstünlüklərini və potensialını asanlıqla ifadə edən sənəd yaratmaqda kömək edirik.
İnvestisiya təqdimatlarının hazırlanması qaydaları və onların məqsədləri
İnvestorun müvafiq biznesi maliyyələşdirməyə razı olması üçün aşağıda qeyd olunan müəyyən prinsip və qaydalara riayət etmək lazımdır:
- Təqdimat müxtəsər, qısa konspektlərdən ibarət olmalıdır;
- Təqdimat fərdi üslubda hazırlanmalıdır; təqdimatın dili sadə və aydın olmalıdır;
- Təqdimatda inandırıcı amil kimi rəqəmlər əks olunmalıdır.
Kommersiya təklifinin hazırlanması
ONE Studio şirkəti olaraq tərəfimizdən inandırıcı kommersiya təkliflərinin hazırlanması xidməti təklif edilir. İstənilən biznes tapşırığı üçün kommersiya təklifinin hazırlanması: yeni məhsulun və ya məhsulun bazara çıxarılması, onun müştərilərə təqdim edilməsi, aksiyanın başlaması və s. Şirkətimiz bir çox nişlərdə “açar təslim” kommersiya təkliflərinin hazırlanması üzrə geniş təcrübəyə malikdir. Buna görə də, praktikada hansı üsulların və texnikanın daha effektiv olduğunu bilirik.
Niyə şirkətimizdən kommersiya təklifi ilə bağlı təqdimatın hazırlanmasını sifariş etməlisiniz?
- İşin bitmə tarixinə riayət edilməsi;
- Münasib qiymətlərin təklif edilməsi;
- İşin təcrübəli mütəxəssislərə həvalə edilməsi;
- İcra prosesinə nəzarət edilməsi.
Qida istehsalçıları üçün təqdimatların hazırlanması
Tərəfimizdən hanşı işlər görülür?
- Slaydlar üçün cəlbedici və təşviqedici mətnlərin yazılması;
- Təqdimatın məzmunu ilə ahəngdar şəkildə əlaqəli olacaq nitqin hazırlanmasına dəstək göstərilməsi;
- Kreativ slayd dizaynının hazırlanması;
- Slayd və videolar üçün animasiyaların yaradılması;
- Studiya və açıq hava fotosessiyaları da daxil olmaqla peşəkar foto çəkilişlərin təşkil edilməsi;
- Şəxsi mətbəəmizdə təqdimatların yüksək keyfiyyətli çap edilməsi və müştərilər üçün uyğun vaxtda birbaşa çatdırılması;
Məhsul təqdimatları onlayn formata uyğunlaşdırılır. Uğurlu məhsul təqdimatı hədəf auditoriyanızın diqqətini cəlb etmək üçün əsas elementdir. Dizaynerlər, marketoloqlar və kopirayterlərdən ibarət komandamız tərəfindən yalnız məhsullarınızı effektiv şəkildə nümayiş etdirməyən, həm də istehsalınızın unikal xüsusiyyətlərini vurğulayan təqdimatlar hazırlanılır. Bundan əlavə, şirkətiniz üçün yaddaqalan, etibarlı və fəaliyyətə həvəsləndirici təqimat tərtib edilir.
Təqdimatlar mal tədarükçüləri üçün hansı problemləri həll edir?
Pərakəndə satış şəbəkələrinin və iaşə müəssisələrinin nümayəndələri qida tədarükçüsü seçmək qərarını verməzdən əvvəl bir çox amilləri qiymətləndirirlər.Məhsul haqqında nə qədər dolğun məlumat verə bilsəniz, sərfəli müqavilə bağlamaq şansınız bir o qədər çox olar. Təqdimat isə bu məqsədə çatmaq üçün ən təsirli üsuldur.
Təqdimatlar sayəsində məhsul istifadəçiləri aşağıda qeyd olunan imkanlardan yararlana bilərlər:
- Məhsullar üçün yeni satış nöqtələri tapmaq və pərakəndə satış şəbəkələri ilə müqavilələr bağlamaq;
- Tədarük həcmini artırmaq;
- Tədarük olunan məhsulların çeşidini genişləndirmək;
- Tərəfdaşlar tapmaq və onlarla müqavilələr bağlamaq.
Təqdimatlar satış prosesinin demək olar ki, hər bir mərhələsində istifadə edilə bilər. Məsələn, kitabça şəklində çap edilmiş təqdimatlar sərgilərdə nümayiş üçün effektiv vasitə hesab olunur.
Qida məhsulları üçün təqdimatlar məlumatları strukturlaşdırmağa və əsas üstünlükləri vurğulamağa imkan verir. Diaqramların, qrafiklərin, rəqəmlərin və vizual fotoşəkillərin köməyi ilə siz məhsullar və rəqiblər arasındakı fərqləri aydın şəkildə nümayiş etdirə, həmçinin tərəfdaşları şirkətinizlə müqavilə bağlamağa inandıra bilərsiniz.
Ticarət mərkəzi ilə danışıqlar üçün təqdimatların hazırlanması
Tərəfimizdən hazırlanan təqdimat uğurlu danışıqların nəticəsidir!
Mağazalar arasında güclü rəqabət fonunda təqdimatın yaradılması potensial ev sahiblərinin diqqətini cəlb etmək üçün əsas vasitələrdən birinə çevrilir. Peşəkar şəkildə tərtib edilmiş və mükəmməl hazırlanmış təqdimat mağaza haqqında müsbət təəssürat yaratmaqda, onun unikallığını və üstünlüklərini vurğulamaqda, mağazaya əlavə müştərilər cəlb etməkdə yardımçı olur.
Təqdimatlar tərəfimizdən necə hazırlanır?
- Tərəfimizdən ilk növbədə araşdırma aparılır.
- Tərəfimizdən bazar araşdırması həyata keçirilir, ticarət mərkəzinin rəqiblərini və hədəf auditoriyasınının təhlili aparılır.
- Tərəfimizdən slaydlar üçün informativ, yığcam mətnlər yazılır.
- Tərəfimizdən arqumentlərdən və inandırıcı faktlardan istifadə edilərək, müştəriyə üstünlükləri sadə və aydın şəkildə izah edən satış mətnləri hazırlanılır.
- Tərəfimizdən unikal və cəlbedici vizual yaradılır.
- Tərəfimizdən oxumağı asanlaşdırmaq üçün mətni dizaynla dəstəkləyirik.
- Tərəfimizdən təqdimatların nüsxələri çap edilir.
- Tərəfimizdən çap edilən təqdimatların Bakı şəhəri üzrə pulsuz çatdırılması həyata keçirilir.
Ticarət mərkəzləri üçün təqdimatlar necə hazırlanmalıdır?
Ticarət mərkəzləri ziyarətçi axınının artmasına kömək edəcək pərakəndə satış məntəqələri ilə maraqlanır. Təqdimatların effektiv olması üçün müştərilərə bütün üstünlükləriniz barədə məlumat verilir:
- Sizə biznesinizin mahiyyəti və ticarət mərkəzinə gələn ziyarətçilərə təklif edə biləcəyi üstünlüklər barədə məlumat verilir;
- Müştərilərin sizi niyə seçməli olduğu və ticarət mərkəzində olmanızın onun ümumi imicini necə tamamlaya və yaxşılaşdıra biləcəyi təsvir edilir;
- Sizə biznesinizi necə tanıtmağın və ziyarətçilər cəkb etməyin yolları təqim edilir;
- Biznesinizin vizuallaşdırılmasına xüsusi diqqət yetirilir. Lazım gələrsə, butikinizin, kafenizin və ya brendinizin 3D modelləşdirməsi həyata keçirilir;
- Biznes təqdimatının ayrıca slaydını pərakəndə satış sahəsinə olan tələblərinizə - onun nə ilə təchiz edilməli olduğuna və biznesinizin effektiv işləməsi üçün hansı infrastruktura ehtiyacınız olduğuna həsr edilir.
Nəticədə, ticarət mərkəzlərinin sahibləri sizə yer icarəyə verməklə ziyarətçi axınının artacağına, ticarət mərkəzlərinin imicinin və cəlbediciliyinin yaxşılaşacağına əmin olacaqlar.
Təqdimatları hansı formatlarda hazırlayırıq?
- Power Point
- Keynote
- MP4
- Tilda
- YouTube
- Illustrator
- Photoshop
- Indesign
- Corel Draw
- Prezi
Nəticədə nə əldə edirsiniz?
Bir neçə formatda hazırlanan təqdimatlar:
- PDF — keyfiyyətini itirmədən sıxılmış təqdimat faylı (müştərilərə göndərmək üçün nəzərdə tutulub);
- PDF — keyfiyyətini itirmədən sıxılmış təqdimat faylı (mətbəələrin tələblərinə uyğun çap üçün nəzərdə tutulub);
- Power Point — bu təqdimat yüksək ayırdetmə ekranlarında və proyektorda nümayiş etdirmək üçün nəzərdə tutulub;
- Şrift qovluğu;
- Layihəniz üçün fərdi olaraq alınmış lisenziyalı fotoşəkillər;
- Özünü redaktə etmək üçün “Adobe Illustrator” və “PowerPoint” mənbə faylları;
- Layihəyə tam intellektual hüquqlar (müqavilə əsasında).