SEO audit xidməti
Ümumi baxış
SEO audit nə zaman həyata keçirilməlidir?
Veb-saytınız “Yandex” və “Google” axtarış sistemlərində önə çıxmır? Problemin nədən qaynaqlandığını bilmirsiniz? Hərtərəfli SEO təhlili yüksək keyfiyyətli daxili optimallaşdırmaya doğru ilk addımdır. Müstəqil resurs auditi olan “Runet”-in aparıcı axtarış sistemləri vasitəsilə əsas sorğular üçün veb-saytın zəif reytinqinin bütün mümkün səbəblərini aşkar edilir. ONE Studio şirkətinin mütəxəssisləri tərəfindən veb-saytın SEO ilə bağlı xətaları test edilir, hansı parametrlərin axtarış motorlarının tələblərinə cavab vermədiyi və ilk növbədə hansı çatışmazlıqların aradan qaldırılması lazım olduğu öyrəinilir.
Aşağıdakı hallarda şirkətimiz tərəfindən veb-saytın SEO auditinin həyata keçirilməsi tövsiyə edilir:
- axtarış motorlarında əsas sorğular üzrə veb-saytınızın mövqeyindən razı olmadığınız təqdirdə;
- yeni saytınızın yaradılması zamanı SEO üzrə tövsiyələr nəzərə alınmadığı təqdirdə;
- bir ildən çox müddətdə fəaliyyət göstərən veb-saytınızda hər hansı bir SEO təhlili aparılmadığı təqdirdə;
- satışlarınızda azalma müşahidə edildiyi təqdirdə.
Müştərilər ilə işə yanaşmamız
Şirkətimiz tərəfindən kompleks iş bir ay ərzində həyata keçirilir. Yekunda tərəfimizdən həyata keçirilən işin audit nəticələri və SEO strategiyası təqdim olunur, aşkar edilən xətalar barədə məlumat verilir və nəyə diqqət yetirməyin son dərəcə vacib olduğu vurğulanır.
Əsas SEO auditi:
- 3 konkurentin auditi
- Semantik əsas: seçim, klasterləşdirmə, axtarış sistemində görünmə təhlili, itmiş sorğu qruplarının axtarışı;
- Texniki audit: veb-master panellərinin, dublikatların təhlili; xarici linklərin təhlili; indeksləşdirmə parametrlərinin təhlili (robots.txt, sitemap.xml, 404 xətasının idarə edilməsi); yönləndirməli səhifələrdə daxili keçidlərin yoxlanılması; veb-saytın URL strukturunun təhlili; subdomenlər, mobil optimallaşdırma və veb saytın yükləmə sürətinin təhlili; naviqasiya sisteminin təhlili;
- Kontent analitikası: meta teqlərin təhlili (dublikatlar, boşluqlar, optimallaşdırılmamış); mətn təhlili (unikallıq, mövcudluq, optimallaşdırma);
- Kommersiya amillərinin auditi: bütün elementlərin (başlıq, altbaşlıq) “layout”-larının təhlili; tipik səhifə “layout”-larının təhlili (siyahı, məhsul kartı, xidmət səhifəsi, məqalələr); EAT faktorlarının təhlili (şirkət haqqında istiqamətlər, məlumatlandırıcı bloqlar, məhsullar, xidmətlər); veb-saytın mobil versiyasının bütün elementlərinin “layout”-larının təhlili (başlıq, altbaşlıq), veb-saytın mobil versiyasının tipik səhifə “layout”-larının təhlili (siyahı, məhsul kartı, xidmət səhifəsi, məqalələr);
- Xarici optimallaşdırma analitikası: istinad miqyasının təhlili (miqyas, donorların keyfiyyəıti, dinamika); anker siyahısının təhlili;
- Davranış amillərinin auditi: CTR sorğularının təhlili (fraqmentlərin qiymətləndirilməsi);
Kompleks (hərtərəfli) SEO auditi
- 5 konkurentin auditi;
- Əsas SEO auditi;
- Tövsiyələrin effektivliyinin qiymətləndirilməsi;
Kompleks (hərtərəfli) SEO strategiyası
- 9 konkurentin auditi;
- Əsas SEO auditi;
- Tövsiyələrin effektivliyinin qiymətləndirilməsi;
- Tövsiyələrin həyata keçirilməsi üçün SEO strategiyası;
- Tövsiyələr əsasında tərtibatçı üçün texniki spesifikasiyaların hazırlanması xərclərinin hesablanması;
Kompleks audit nəticəsinə əsasən tərəfimizdən veb-saytın indeksləşdirilməsinə və axtarış nəticələrində mövqeyinə mənfi təsir edən çatışmazlıqların aradan qaldırılması üçün ətraflı tədbirlər planı formalaşdırılır.
ONE Studio şirkəti tərəfindən həyata keçirilən SEO auditinin üstünlükləri
Texniki optimallaşdırma
Şirkətimizin mütəxəssisləri tərəfindən fərdi metodlar tətbiq edilərək 215-ə qədər parametrin yoxlanılması həyata keçirilir.
Şəxsi menecer
Şirkətimizin meneceri tərəfindən müştəri ilə əlaqə yaradılır və onun bütün suallarına operativ şəkildə cavab verilir.
İşə fokuslanmaq
Audit zamanı şirkətimizin əməkdaşları tərəfindən kommersiya amillərinə xüsusi diqqət yetirilir.
Audit bir komanda işidir
Audit internet-marketoloq, veb-analitik və SEO üzrə mütəxəssis tərəfindən həyata keçirilir.
100-dən çox sənaye sahələri üzrə təcrübə
Müxtəlif sənaye sahələri üzrə topladığımız təcrübə şirkətimizin əməkdaşlarına effektiv təhlillər aparmağa imkan verir.
Axtarış nəticələrində veb-saytın mövqeyinə mənfi təsir edən xarici amillərin təhlili
Audit zamanı yalnız daxili çatızmazlıqlar deyil, həm də axtarış nəticələrində veb-saytın mövqeyinə mənfi təsir edən kənar amillər hərtərəfli təhlil edilir.
Xarici (kənar) auditin əsas aspektlərinə aşağıdakılar daxildir:
- Veb-sayta yönəldilən kənar keçidlərin kəmiyyət və keyfiyyətinin öyrənilməsi, həmçinin onların artım sürətinin izlənilməsi;
- Mövcud keçidlərin və onların sayının artmasının qiymətləndirilməsi, sosial şəbəkələrdə saytın fəaliyyətinin təhlili;
- “Yandex” və “Google” sistemlərinin veb-master alətlərində veb-saytın indeksləşdirilməsi üçün parametrlərin yoxlanılması;
- Kənar amillərin yekun audit hesabatında daxil olan əlaqələrin tam siyahısı, onların əsas parametrlərinin qiymətləndirilməsi və dəyişikliklərin dinamikası ilə yanaşı veb-masterlər üçün alətlərin parametrlərini optimallaşdırmaq ilə bağlı təkliflərin təqdim edilməsi.
Veb saytınız üçün SEO auditi tələb olunurmu?
Aşağıdakı göstəricilər əsasında veb-saytınızın kənar SEO təhlilinə ehtiyacı olub-olmadığını müəyyənləşdirmək mümkündür. Veb-sayt auditinin aparılmasına eytiyac olduğunu göstərən amillər aşağıdakılardır:
- Üzvi trafikin əhəmiyyətli dərəcədə azalması: Veb-saytınızın ziyarətçilərinin sayında kəskin azalma axtarış sistemləri tərəfindən sanksiyaların tətbiqini və ya digər SEO problemlərinin mövcudluğunu göstərə bilər.
- Veb-saytınızın açar sözlər üzrə axtarış üçün reytinqinin düşməsi: Əgər veb-saytınızın açar sözlər üzrə axtarış üçün reytinqi əhəmiyyətli dərəcədə düşərsə, bu amil gizli xətalara səbəb ola bilər.
- İstifadəçi sayının əhəmiyyətli dərəcədə azalması: Çox sayda istifadəçinin veb-saytınızı qarşılıqlı əlaqə olmadan tərk etməsi interfeys xətalarına, veb-saytda yerləşdirilən kontentin uyğunsuzluğuna və ya yükləmə vaxtı ilə bağlı problemlərə işarə edə bilər.
- Axtarış nəticələrində aşağı CTR göstəricisi: Axtarış nəticələri üzrə aşağı klik göstəricisi cəlbedici olmayan başlıqların və ya təsvirlərin nəticəsi ola bilər.
- İndekslənmiş səhifələrin azalması: İndeksləşdirmə və ya məzmun keyfiyyəti ilə bağlı problemlər buna səbəb ola bilər.
- Yavaş yükləmə sürəti: “Google” və digər axtarış motorları SEO və istifadəyə təsir edən səhifənin yüklənmə müddətinə əhəmiyyət verir.
- Mobil indeksləşdirmə ilə bağlı problemlər: Veb-saytınızın smartfonlar vatisəsilə istifadəyə yararlı olmaması SEO-ya mənfi təsir göstərə bilər.
- Dublikat kontent: Fərqli səhifələrdə və ya veb-saytlarda dublikat kontent axtarış motorlarını çaşdıra və veb-saytınızın axtarış nəticələrində görünmə qabiliyyətinə mənfi təsir edə bilər.
- Qeyri-funksional bağlantılar: Çoxlu 404 xətaları və ya qeyri-funksional bağlantılar istifadəçi təcrübəsinə mənfi təsir edir və eyn zamanda keyfiyyətsiz xidmət kimi qəbul edilə bilər.
- Açar söz spamları: Açar sözlərdən həddindən artıq istifadə spam hesab edilə bilər ki, bu da veb-saytınızın reytinqini aşağı salır.
- Zərərli linklər: Aşağı keyfiyyətli mənbələrdən daxil olan bağlantıların üstünlük təşkil etməsi SEO göstəricilərinizə mənfi təsir edir.
- Vacib ifadələr üçün üzvi trafikin olmaması: Əsas sorğular üçün trafikin olmaması SEO strategiyanızın nəzərdən keçirilməsini tələb edir.
- Server xətaları: 500 və ya 503 xətaları SEO-ya əsas zərər verən server xətaları sırasında göstərilə bilər.
Bu siyahıda qeyd olunan hətta bir və ya iki problemin mövcud olması SEO auditini sifariş etmək üçün əsasdır, çünki bir xəta bütün digər optimallaşdırma səylərini neytrallaşdıra bilər və büdcə xərclərinin səmərəsiz olmasına səbəb ola bilər.