Arsenal Construction Engineering üçün loqotip və korporativ üslub
Layihə nömrəsi:
19
Tarix:
30 aprel 2025
Arsenal Construction Engineering 2014-cü ildən fəaliyyət göstərən, Azərbaycanda təhlükəsizlik sistemləri, yanğın söndürmə texnologiyaları və inşaat mühəndisliyi üzrə kompleks həllər təqdim edən şirkətdir. Şirkət müasir yanaşması, texniki dəqiqliyi və yüksək keyfiyyətli avadanlıq seçimi ilə seçilir. Yüksək riskli obyektlər üçün peşəkar sistemlərin layihələndirilməsi və tətbiqi sahəsində ixtisaslaşmışdır.
Şirkət həm yerli, həm də beynəlxalq layihələrdə iştirak edərək özünü etibarlı tərəfdaş kimi sübut etmişdir. Onların əsas hədəfi təhlükəsizliyi təmin etməklə yanaşı, texnologiya və mühəndislik sahəsində innovativ həllər təqdim etməkdir.
ONE Studio olaraq Arsenal üçün loqo, korporativ üslub və bütün brend vizual elementlərini hazırladıq. Hazırladığımız konsept şirkətin texniki və müasir obrazını tam şəkildə əks etdirir.


Proseslər
Loqo və brend kimliyinin yaradılması üçün görülmüş işlər
Layihə çərçivəsində şirkətin fəaliyyət sahələrinə uyğun olaraq etibarlılıq və innovasiyanı birləşdirən güclü vizual konsept formalaşdırıldı. Minimalist, texnoloji və struktur yönümlü dizayn yanaşması tətbiq olundu.
- Loqotipin hazırlanması: Şirkətin sabitlik və dəqiqlik kimi dəyərlərini əks etdirən struktur əsaslı minimalist loqo dizaynı
- Brend rəngləri və tipoqrafiya: Texnoloji və peşəkar vizual kimlik üçün uyğun rəng və şrift sisteminin seçilməsi
- Brend kitabçası: Loqonun istifadəsi, şrift qaydaları və rəng tətbiqləri üzrə vizual təlimat
- Çap materialları: Vizit kart, blank, zərf və təqdimat fayllarının dizaynı
- Rəqəmsal dizaynlar: Sosial media və onlayn platformalar üçün vizual materiallar





















Layihə komandası
Zəhra Q.
Hüseyin Ə.
Nəriman Ə.
Digər layihələr

Baku Hotel Company üçün loqo və brendinq hazırlanması
Premium qonaqpərvərlik sektorunda fəaliyyət göstərən şirkət üçün vizual identikliyin qurulması

Baku International Center üçün loqo və brendinq işləri
Beynəlxalq tədbir və konfransların keçirildiyi mərkəz üçün vizual identikliyin yaradılması

Eleven Park üçün rebrendinq və korporativ stilin hazırlanması
Premium yaşayış kompleksi üçün vizual identikliyə yeni nəfəs verilməsi
