Baku Hotel Company üçün loqo və brendinq hazırlanması
Layihə nömrəsi:
35
Tarix:
14 may 2024
Baku Hotel Company — 1989-cu ildən etibarən Bakıda qonaqpərvərlik sahəsində fəaliyyət göstərən və yüksək səviyyəli istirahət, sağlamlıq və biznes imkanları təqdim edən aparıcı şirkətlərdən biridir. Şirkətə “Hyatt Regency Baku” oteli, “WorldClass Baku” fitnes mərkəzi və “Baku International Center” kimi prestijli məkanlar daxildir.
Brend, müasir şəhər qonaqpərvərliyi ilə klassik dəyərləri birləşdirərək həm yerli, həm də beynəlxalq qonaqlara unudulmaz təcrübə yaşatmağı hədəfləyir. Lüks istirahət və keyfiyyətli xidmət, Baku Hotel Company-nin əsas fərqləndirici xüsusiyyətləridir.
ONE Studio olaraq şirkətin yeni imicini formalaşdırmaq üçün loqo hazırlanması, brend identikliyi və brandbook dizaynı daxil olmaqla tam brendinq prosesi həyata keçirmişik. Vizual dil şirkətin premium mövqeyini və peşəkar yanaşmasını estetik və funksional formada əks etdirir.

Proseslər
Baku Hotel Company üzrə görülən brendinq işləri
Layihənin məqsədi — qlobal səviyyəli qonaqpərvərlik brendinə uyğun vizual sistem və brend dili yaratmaq idi.
- Yeni loqotip dizaynı və konseptin formalaşdırılması
- Brend rəng palitrası və tipoqrafiyanın təyin olunması
- Əsas və əlavə brend elementlərinin dizaynı
- Brendbook hazırlanması və istifadəyə uyğunlaşdırılması
- Brendin premium mövqeyini vizual olaraq əks etdirən stilistikanın yaradılması





















Layihə komandası
Murad Ə.
Zəhra Q.
Nəriman Ə.
Digər layihələr

Arsenal Construction Engineering üçün loqotip və korporativ üslub
Yanğın söndürmə və inşaat mühəndisliyi sahəsində fəaliyyət göstərən şirkət üçün loqo və korporativ üslubun hazırlanması.

Baku International Center üçün loqo və brendinq işləri
Beynəlxalq tədbir və konfransların keçirildiyi mərkəz üçün vizual identikliyin yaradılması

Eleven Park üçün rebrendinq və korporativ stilin hazırlanması
Premium yaşayış kompleksi üçün vizual identikliyə yeni nəfəs verilməsi
