Eleven Park üçün rebrendinq və korporativ stilin hazırlanması
Layihə nömrəsi:
37
Tarix:
11 fevral 2024
Ümumi baxış

Eleven Park
Eleven Park — “Winter City Group” tərəfindən inşa edilən premium sinif yaşayış kompleksidir. Bakı şəhərinin mərkəzində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən bu layihə 4.5 hektar ərazini əhatə edir və 11 binadan ibarət kiçik şəhərcik formatında nəzərdə tutulub.
Kompleksin 2.8 hektarı yaşıllıq sahələrinə ayrılıb və burada parklar, uşaqlar üçün oyun meydançaları, velosiped zolaqları və açıq idman sahələri mövcuddur. Eleven Park layihəsi müasir memarlıq, ekoloji həllər və yüksək keyfiyyətli infrastrukturun sintezidir.
ONE Studio olaraq Eleven Park üçün rebrendinq prosesi həyata keçirmiş, korporativ stil, loqo və brandbook hazırlamışıq. Layihənin premium mövqeyinə uyğun vizual sistem formalaşdırılaraq, onun şəhər mühitində seçilən imici gücləndirilmişdir.

Proseslər
Eleven Park üçün həyata keçirilmiş rebrendinq və dizayn işləri
Layihənin məqsədi — premium səviyyəli yaşayış kompleksinin vizual imicini yeniləmək və onun bazarda daha güclü şəkildə tanıdılmasını təmin etmək idi.
- Yeni loqotip və vizual konseptin yaradılması
- Korporativ rənglər, fontlar və dizayn elementlərinin təyin olunması
- Brandbook hazırlanması və istifadəyə uyğunlaşdırılması
- Marketinq materiallarına uyğun dizaynların tətbiqi
- Premium mövqeyini əks etdirən modern vizual üslubun qurulması




















Layihə komandası
Ləman K.
Zəhra Q.
Nəriman Ə.
Digər layihələr

Arsenal Construction Engineering üçün loqotip və korporativ üslub
Yanğın söndürmə və inşaat mühəndisliyi sahəsində fəaliyyət göstərən şirkət üçün loqo və korporativ üslubun hazırlanması.

Baku Hotel Company üçün loqo və brendinq hazırlanması
Premium qonaqpərvərlik sektorunda fəaliyyət göstərən şirkət üçün vizual identikliyin qurulması

Baku International Center üçün loqo və brendinq işləri
Beynəlxalq tədbir və konfransların keçirildiyi mərkəz üçün vizual identikliyin yaradılması