Bayıl Marina üçün təqdimat veb səhifəsinin hazırlanması
Layihə nömrəsi:
25
Tarix:
9 may 2023
Bayıl Marina Bakının Bayıl qəsəbəsində yerləşən, dəniz mənzərəsinə sahib premium yaşayış kompleksidir. Kompleks müasir memarlıq üslubu, yüksək komfortlu mənzilləri və unikal lokasiyası ilə seçilir. Bayıl Marina həm şəhər mərkəzinə yaxınlığı, həm də sahilyanı yerləşməsi ilə fərqli və rahat həyat tərzi təqdim edir.
ONE Studio olaraq bu layihə üçün vizual baxımdan zəngin, istifadəçi dostu və satış yönümlü təqdimat veb səhifəsi hazırladıq.

Proseslər
Bayıl Marina üçün hazırlanmış landing page veb səhifəsi üzrə görülən işlər
Layihənin əsas məqsədi – qısa, cəlbedici və informativ təqdimatla potensial alıcılarda maraq yaratmaq və əlaqə üçün çevik imkanlar təqdim etmək idi.
- UI/UX dizayn: Premium layihəyə uyğun, zərif və vizual olaraq cəlbedici interfeys
- Mobil uyğunluq: Bütün cihazlarda problemsiz istifadə üçün tam adaptiv dizayn
- Kontent strukturu: Layihə haqqında məlumat, planlar, vizual materiallar və əlaqə forması
- Sürət və performans: Yüklənmə vaxtlarının optimallaşdırılması və texniki sabitlik
- SEO optimizasiyası: Axtarış sistemlərinə uyğun texniki quruluş və açar sözlər






Layihə komandası
Zəhra Q.
Fərid Z.
Nəriman Ə.
Nurlan H.
Digər layihələr

Kaan International üçün onlayn mağazasının hazırlanması
Avtomobil təkərlərinin topdan və pərakəndə satışına yönəlik e-commerce platforma

Tikin.az elan və kataloq saytının hazırlanması
Tikinti materialları üzrə satıcı və alıcıları birləşdirən elan platformasının qurulması

Kinderland uşaq əyləncə mərkəzi üçün veb saytın hazırlanması
Uşaqlar üçün yaradılmış təhsil yönümlü əyləncə şəhərciyi üçün interaktiv veb platformanın hazırlanması
