Kaan International üçün onlayn mağazasının hazırlanması
Layihə nömrəsi:
33
Tarix:
19 iyul 2023
Kaan International — 1998-ci ildən etibarən Azərbaycanda avtomobil, yük maşını, avtobus, sənaye və kənd təsərrüfatı texnikası üçün təkərlərin topdan və pərakəndə satışı ilə məşğul olan ixtisaslaşmış şirkətdir. Keyfiyyətə və davamlı partnyor brendlərə önəm verən Kaan, bazarda güclü imicə sahibdir.
Şirkət ilk olaraq Türkiyənin Brisa Bridgestone Sabancı şirkətinə məxsus Lassa brendi ilə əməkdaşlığa başlamış, daha sonra isə Petlas, Anlas, Turbo, Davanti və Aeolus kimi tanınmış markaların rəsmi distribyutoruna çevrilmişdir.
ONE Studio olaraq bu layihə üçün React texnologiyası əsasında tam funksional, mobil uyğun və filtrasiya sistemi ilə təchiz olunmuş e-commerce veb sayt hazırlamışıq. Saytın texniki infrastrukturu həm sürət, həm də genişlənəbilənlik baxımından optimallaşdırılmışdır.

Proseslər
Kaan International onlayn mağazası üzrə görülən işlər
Layihənin məqsədi — müxtəlif nəqliyyat vasitələri üçün təkərlərin rahatlıqla axtarılıb sifariş verilə biləcəyi çevik və stabil e-commerce platforma yaratmaq idi.
- React texnologiyası ilə hazırlanmış yüksək performanslı veb sayt
- Mobil uyğun və intuitiv UI/UX dizayn
- Filtrasiya, axtarış və məhsul təqdimatı üzrə kateqoriya əsaslı struktur
- Səbət və sifarişin tamamlanması funksiyalarının tətbiqi
- Texniki SEO optimizasiyası və sürətli istifadəçi təcrübəsi








Layihə komandası
Murad Ə.
Ləman K.
Fərid Z.
Nəriman Ə.
Həmid H.
Aynur H.
Digər layihələr

İydə Perfumery üçün onlayn mağazasının hazırlanması
Ətirlərin onlayn satışına yönəlik funksional və estetik e-commerce platforma

Tikin.az elan və kataloq saytının hazırlanması
Tikinti materialları üzrə satıcı və alıcıları birləşdirən elan platformasının qurulması

Kinderland uşaq əyləncə mərkəzi üçün veb saytın hazırlanması
Uşaqlar üçün yaradılmış təhsil yönümlü əyləncə şəhərciyi üçün interaktiv veb platformanın hazırlanması
