Tikin.az elan və kataloq saytının hazırlanması
Layihə nömrəsi:
34
Tarix:
12 may 2021
Tikin.az — tikinti materialları üzrə satıcılar və alıcıları bir araya gətirən elan və kataloq saytıdır. Portal Azərbaycanda tikinti bazarının dinamikasına uyğun şəkildə hazırlanmış və müxtəlif kateqoriyalar üzrə məhsul və xidmət elanlarını təqdim edən müasir platformadır.
İstifadəçilər platformada tikinti və təmir materialları, inşaat alətləri, topdan və pərakəndə məhsul elanlarını rahatlıqla axtarır və birbaşa satıcı ilə əlaqə qura bilir. Tikin.az həm fərdi alıcılar, həm də tikinti şirkətləri üçün effektiv, vasitəçisiz əlaqə təcrübəsi təqdim edir.
ONE Studio olaraq bu layihə üçün həm veb sayt, həm də mobil tətbiq funksionallığı olan React əsaslı dinamik elan platforması hazırlamışıq. Sayt axtarış, filtrasiya və kateqoriya əsaslı strukturla zənginləşdirilib və minlərlə elan yerləşdirilməsinə texniki cəhətdən tam hazırdır.

Proseslər
Tikin.az elan platforması üzrə görülən işlər
Layihənin məqsədi — tikinti materialları bazarını rəqəmsal formada əhatə edən, sadə interfeysli və texniki cəhətdən çevik elan saytı yaratmaq idi.
- React texnologiyası ilə performanslı və genişlənə bilən veb sayt hazırlanması
- Mobil uyğun və intuitiv UI/UX dizayn
- Kateqoriya əsaslı elan yerləşdirmə və axtarış sisteminin qurulması
- Satıcı ilə birbaşa əlaqə interfeysinin tətbiqi
- Elanların sürətli yüklənməsi və SEO optimizasiyası













Layihə komandası
Elçin N.
Alan T.
Ləman K.
Elvira M.
Aynur H.
Digər layihələr

İydə Perfumery üçün onlayn mağazasının hazırlanması
Ətirlərin onlayn satışına yönəlik funksional və estetik e-commerce platforma

Kaan International üçün onlayn mağazasının hazırlanması
Avtomobil təkərlərinin topdan və pərakəndə satışına yönəlik e-commerce platforma

Kinderland uşaq əyləncə mərkəzi üçün veb saytın hazırlanması
Uşaqlar üçün yaradılmış təhsil yönümlü əyləncə şəhərciyi üçün interaktiv veb platformanın hazırlanması
