Element Lounge üçün təqdimat veb səhifəsinin hazırlanması
Layihə nömrəsi:
27
Tarix:
9 yanvar 2024
Element Lounge Bakının mərkəzində yerləşən, premium atmosferi, incə interyeri və yüksək xidmət keyfiyyəti ilə seçilən istirahət və əyləncə məkanıdır. Zövqlə dizayn edilmiş məkan həm gündəlik istirahət, həm də xüsusi tədbirlər üçün ideal seçimdir.
ONE Studio olaraq Element Lounge üçün minimal, zərif və istifadəçini vizual olaraq cəlb edən təqdimat veb səhifəsi hazırladıq. Məqsəd – məkanın ab-havasını rəqəmsal mühitdə hiss etdirmək və ziyarətçilərə aydın, sürətli informasiya təqdim etmək idi.

Proseslər
Element Lounge üçün hazırlanmış landing page veb səhifəsi üzrə görülən işlər
Saytın strukturu və vizual dili, məkanın atmosferi və xidmət səviyyəsini onlayn şəkildə əks etdirmək üçün dizayn olundu.
- UI/UX dizayn: Tünd rənglər, sadə şriftlər və animasiyalarla premium vizual konsept
- Mobil uyğunluq: Planşet və smartfonlarda problemsiz istifadə üçün tam adaptiv quruluş
- Kontent strukturu: Məkanın təqdimatı, menyu, qalereya və əlaqə bölmələri
- Performans və optimizasiya: Sürətli yükləmə və SEO uyğunluq üçün texniki təkmilləşdirmələr
- Yönləndirmə və istifadəçi cəlbi: CTA (call-to-action) düymələri ilə əlaqə və rezervasiya imkanları





Layihə komandası
Zəhra Q.
Fərid Z.
Nəriman Ə.
Həmid H.
Digər layihələr

Kaan International üçün onlayn mağazasının hazırlanması
Avtomobil təkərlərinin topdan və pərakəndə satışına yönəlik e-commerce platforma

Tikin.az elan və kataloq saytının hazırlanması
Tikinti materialları üzrə satıcı və alıcıları birləşdirən elan platformasının qurulması

Kinderland uşaq əyləncə mərkəzi üçün veb saytın hazırlanması
Uşaqlar üçün yaradılmış təhsil yönümlü əyləncə şəhərciyi üçün interaktiv veb platformanın hazırlanması
