Kandar brendi üçün brandbook və korporativ stilin hazırlanması
Layihə nömrəsi:
38
Tarix:
19 sentyabr 2023
Kandar Concept Store — interyer dizayn sahəsində fəaliyyət göstərən və kreativ yanaşmalarla seçilən konsept mağazadır. Şirkətin əsas hədəfi estetik baxımdan zərif, eyni zamanda funksional və rahat məkanlar yaratmaqdır.
Portfelinə yaşayış, ticarət və biznes sahələrini əhatə edən müxtəlif layihələr daxil olan Kandar, müştəri məmnuniyyətini əsas dəyər kimi qəbul edir. Komanda daim texnoloji yenilikləri tətbiq edərək yüksək keyfiyyətli həllər təqdim etməyə çalışır.
ONE Studio olaraq Kandar üçün brendin vizual sisteminin əsasını təşkil edən loqo, rəng palitrası, yazı stilləri və digər dizayn elementlərini əhatə edən tam brandbook və korporativ stil konsepsiyası hazırlamışıq.

Proseslər
Kandar brendi üçün hazırlanmış korporativ stil və brandbook
Brendin məqsədi – interyer və dizayn sahəsində peşəkar və estetik vizual dildə tanınmaq idi.
- Yeni loqotip dizaynı və vizual identifikasiya konsepsiyası
- Rəng palitrası və yazı üslublarının seçilməsi
- İllüstrasiya və ikon sistemlərinin yaradılması
- Brandbook sənədinin tam hazırlanması
- Dizayn elementlərinin müxtəlif platformalar üçün tətbiqi qaydalarının hazırlanması































Layihə komandası
Ləman K.
Zəhra Q.
Nəriman Ə.
Digər layihələr

Arsenal Construction Engineering üçün loqotip və korporativ üslub
Yanğın söndürmə və inşaat mühəndisliyi sahəsində fəaliyyət göstərən şirkət üçün loqo və korporativ üslubun hazırlanması.

Baku Hotel Company üçün loqo və brendinq hazırlanması
Premium qonaqpərvərlik sektorunda fəaliyyət göstərən şirkət üçün vizual identikliyin qurulması

Baku International Center üçün loqo və brendinq işləri
Beynəlxalq tədbir və konfransların keçirildiyi mərkəz üçün vizual identikliyin yaradılması
