LaserTag əyləncə mərkəzi üçün təqdimat veb səhifəsinin hazırlanması
Layihə nömrəsi:
28
Tarix:
9 mart 2021
LaserTag – Bakıda yerləşən, adrenalini və rəqabəti bir araya gətirən unikal əyləncə məkanıdır. İşıqlı sensorlu jiletlər, lazer silahları və xüsusi səs, işıq və tüstü sistemləri ilə təchiz olunmuş oyun sahəsi real döyüş meydanı təəssüratı yaradır. Burada iştirakçılar sağ qalmaq və qalib gəlmək üçün komanda ruhu və çeviklik nümayiş etdirməlidirlər.
ONE Studio olaraq LaserTag üçün dinamik, enerjili və istifadəçini oyunun atmosferinə daxil edən təqdimat veb səhifəsi hazırladıq.

Proseslər
LaserTag əyləncə mərkəzi üçün hazırlanmış promo landing page veb səhifəsi üzrə görülən işlər
Saytın əsas məqsədi – real oyun hissini veb mühitdə yaşatmaq və ziyarətçini aktiv iştiraka yönəltmək idi.
- UI/UX dizayn: Qaranlıq fon, neon rənglər və enerjili vizual elementlərlə döyüş atmosferinin yaradılması
- Mobil uyğunluq: Tam adaptiv quruluşla hər cihazda mükəmməl təcrübə
- Kontent strukturu: Oyun qaydaları, məkan təqdimatı, şəkillər, qiymətlər və rezervasiya bölməsi
- Animasiya və effektlər: Oyun hissini artıran hover və scroll animasiyaları
- SEO uyğunluğu: Əyləncə və oyun açar sözlərinə əsaslanan optimallaşdırılmış quruluş





Layihə komandası
Alan T.
Ləman K.
Cəfər C.
Elvira M.
Digər layihələr

Kaan International üçün onlayn mağazasının hazırlanması
Avtomobil təkərlərinin topdan və pərakəndə satışına yönəlik e-commerce platforma

Tikin.az elan və kataloq saytının hazırlanması
Tikinti materialları üzrə satıcı və alıcıları birləşdirən elan platformasının qurulması

Kinderland uşaq əyləncə mərkəzi üçün veb saytın hazırlanması
Uşaqlar üçün yaradılmış təhsil yönümlü əyləncə şəhərciyi üçün interaktiv veb platformanın hazırlanması
