Veb saytlara texniki dəstək

01

Ümumi baxış

Yüksək keyfiyyətli texniki dəstəyi veb-saytınızı müasir, funksional və effektiv etməyə, həmçinin problemləri vaxtında izləməyə və həll etməyə kömək edir. Proqramçı, dizayner, kontent meneceri, kopirayter və digər mütəxəssislər də daxil olmaqla ONE Studio şirkətinin peşəkarlarından ibarət komandamız tərəfindən veb-saytınızın effektiv fəaliyyətinin təmin olunmasını və geniş spektrli problemləri sürətli şəkildə həll edilməsini dəstəkləyir. Tərəfimizdən müştərilərə biznesinizin inkişafına töhfə verəcək məlumatların düzgün və vaxtında təqdim edilməsinə zəmanət verilir.

Dəstək xidmətinə nə daxildir? 

Veb-saytlara texniki dəstək

Tərəfimizdən layihənizin dayanıqlı icrası təmin edilir və mövcud nasazlıqlar müəyyən edilmiş müddət ərzində aradan qaldırılır. Bundan əlavə, veb-saytınızın effektivliyinin monitorinq edilir və veb-saytınızda virus yoxlanması həyata keçirilir. Tərəfimizdən həmçinin veb-saytınızın parametrləri optimallaşdırılır, müntəzim ödənişlərə nəzarət edilir və hostinq provayderi ilə iş təmin olunur.

Müşayiət

İş prosesinə mühasibatlıq üzrə menecer də cəlb olunur və siz onunla layihənizin hazırlanması və mütəxəssisləin cəlb edilməsi ilə bağlı məsələləri müzakirə edə bilərsiniz.  

Zəmanət və zəmanət müddəti bitdikdən sonra dəstək

Müştərilərin biznes sahələrinin effektiv təqdimatını təmin etmək bizim əsas məqsədimizdir və işimizə 12 ay zəmanət veririk. Zəmanət müddəti bitdikdən sonra da tərəfimizdən müştərlər ilə əlaqə saxlanılır və dəstək göstərməyə daim hazır olduğumuz onların diqqətinə çatdırılır.

Veb-saytlara texniki dəstək xidmətinə nələr daxildir?

  • Tərəfimizdən internet resursunuzun funksionallığı monitorinq edilir, veb-səhifələrin, əks əlaqə formalarının və çatların yüklənmə sürəti yoxlanılır. Bundan əlavə, müəyyən edilmiş problemlər dərhal aradan qaldırılır.
  • Tərəfimizdən hostinq ilə bağlı müəyyən fəaliyyət həyata keçirirlir, lazım gələrsə veb-saytınızda yerləşdirilən məlumatlar ehtiyat servere ötürülür. Bundan əlavə, hostinq xidməti tariflərinin vaxtında ödənilməsinə nəzarət edilir.
  • Tərəfimizdən resursunuzun ehtiyat nüxsələri yaradılır.
  • Tərəfimizdən domen adlarının qeydiyyatı həyata keçirilir və onların etibarlılıq müddəti uzadılır.
  • Tərəfimizdən viruslara və kiber-hücumlara qarşı peşəkar müdafiə təmin olunur və lazım gəldikdə “DDoS” hücumları, eləcə də onların mümkün mənfi təsirləri dəf edilir.

Əsas veb-sayt texniki dəstək xidmətləri

ONE Studio şirkəti olaraq tərəfimizdən veb-saytlar üçün geniş çeşidli texniki dəstək xidmətləri təklif edilir, veb-saytların aktuallığı, funksionallığı və istifadəçilər üçün rahatlığı təmin olunur:

  • Müştəri materiallarının (qiymət siyahıları, fotoşəkillər və digər materiallar) hazırlanması;
  • Veb-filtrlər tənzimlənməsi (istifadəçilərin rahatlığı üçün axtarış və çeşidləmələrin təkmilləşdirilməsi;
  • Sazlama sinxronizasiyasının həyata keçirilməsi (veb-saytdakı məlumatların yenilənməsinin təmin edilməsi);
  • Qiymət siyahılarının redakte edilməsi (qiymət siyasətinin operativ yenilənməsi);
  • Texniki faylların modifikasiyası (“Apache” serverlərinin qurulması üçün CSS üslubları, robots.txt, .htaccess.);
  • Onlayn məsləhətçi funksiyasının tərtib edilməsi (müştərilərlə qarşılıq əlaqənin təkmilləşdirilməsi);
  • Məhsul və ya xidmətlər haqqında məlumatların yenilənməsi (yeni məhsullar haqqında məlumatların yerləşdirilməsi);
  • İnternet resursun mobil versiyasının istifadəsinin təkmilləşdirilirməsi (cihazlar üçün optimallaşdırma);
  • Materialların yüklənmə funksiyasının tərtib edilməsi (digər platformalar üçün məlumatların ixracı);
  • Məhsulların çeşidlənməsinin aparılması (məhsul naviqasiyasının təkmilləşdirilməsi);
  • Müştərilər üçün şəxsi hesabların yaradılması (istifadəçi təcrübəsinin fərdiləşdirilməsi);
  • Əlaqə məlumatlarınızın tənzimlənməsi (ünvanlar, telefon nömrələri, ödənişlər və çatdırılma şərtləri);
  • Veb-səhifələrin yaradılması (kontentin genişləndirilməsi);
  • Kontentin yenilənməsi (mətnlər, qrafiklər);
  • Bannerlərin hazırlanması (reklam materiallarının hazırlanması);
  • Məhsulun idarə edilməsi təmin edilməsi (yeni elementlərin köçürülməsi və əlavə edilməsi);
  • Alış-veriş səbətinin hazırlanması (satış prosesinin optimallaşdırılması);
  • Tərəfimizdən interner resursunuzun dizaynı təkmilləşdirilir (vizual elementlər vasitəsilə konversiyanın artırılması);
  • Yeni dizayn işlərinin aparılması və naviqasiyanın təkmilləşdirilirməsi (sayt strukturunun təkmilləşdirilməsi);
  • Aşkarlanan texniki səhvlərin aradan qaldırılması (veb-saytınızın test edilməsi);
  • Müvafiq formaların tənzimlənir (xətaların aradan qaldırılması, funksionallığın təkmilləşdirilməsi);
  • “SSL” sertifikatının yenilənməsi (bağlantı təhlükəsizliyinin təmin edilməsi);
  • İdarəetmə panelinə girişin genişləndirilməsi (istifadəçi hüquqlarının tənzimlənməsi);
  • Kalkulyatorların tətbiqinin təmin edilməsi (xərclərin hesablanması üçün alətlər);
  • Axtarış parametrlərinin tənzimlənməsi (veb-sayt axtarış mexanizmlərinin təkmilləşdirilməsi);
  • Sifariş prosesinin müsbət şəkildə dəyişdirilməsi (satınalma prosesinin optimallaşdırılması);
  • Server və e-poçt tənzimlənməsi, domenlərin yenilənməsi (veb-saytın fasiləsiz fəaliyyətinin təmin edilməsi);

Veb-saytlara texniki dəstək prosesi niyə sərfəli və rahatdır?

Maliyyə qənaəti

Tam ştatlı işçi və ya müxtəlif profilli fərdi mütəxəssislərə xidmətlərinə görə müəyyən ödəniş etməkdənsə, ONE Studio şirkətinin münasib qiymətə təklif etdiyi texniki dəstək xidmətindən yararlanmaq sizin üçün faydalıdır.

Vaxtında dəstək

Veb-saytla bağlı problemlərə görə müştərilərinizi və axtarış nəticələrində mövqelərinizi itirməmək üçün tərəfimizdən vaxtında texniki dəstək göstərilir və əməkdaşlarımız daim sizinlə əlaqə saxlayır.

Şəxsi menecer

Şəxsi menecərimiz nə etməli olduğunu çox yaxşı bilir. O, veb-saytınızın texniki xüsusiyyətləri və müvafiq sorğular barədə məlumat əldə edir, lazım gələrsə, öz məsləhətlərini verir. Bundan əlavə, müəyyən bir məsələnin həlli üçün tərəfimizdən səlahiyyətli bir mütəxəssis də cəlb edilə bilər.

Vaxta və əsəblərə qənaət

Texniki dəstək müqaviləsi imzalamaqla siz müvafiq sənəd işlərinin aparılmasından və lazımı mütəxəssis tapılması məsələsinin həllindən azad olursunuz.

Rahat qarşılıqlı əlaqə formatı

Tətbiqiniz, tapşırıqlarınız və layihənizlə bağlı bütün məlumatlar texniki dəstək üzrə mütəxəssislərimiz tərəfindən müvafiq korporativ layihə idarəetmə sistemində izlənilir. Siz həmişə bütün proseslərdən xəbərdar olacaqsınız!

Veb-sayt texniki dəstək xidmətlərinə aşağıdakılar daxildir:

  • Kontentin modifikasiyası

Tərəfimizdən fotoşəkilər, cədvəllər, faylar və digər məlumatlar veb-saytınızda yerləşdirilmədən əvvəl redaktə edilir.

  • Dizayn dəyişikliyi

Tərəfimizdən veb-saytınızın dizaynında dəyişikliklər edilir, onun elementləri və bannerlər yenidən dizayn edilir. 

  • Kontentin yerləşdirilməsi

Tərəfimizdən veb-saytınıza kontent yerləşdirilir və veb-saytınızdakı kontent yenilənir (xəbərlər, əlaqə nömrələri və ünvanlar, məhsul kataloqu və s.).

  • İnformasiya təhlükəsizliyi

Tərəfimizdən veb-saytınızda olan viruslar aşkarlanır və silinir, veb-saytınıza olan kiber və “DDos” hücümların qarşısı alınır.

  • Proqramlaşdırma

Tərəfimizdən veb-saytınızın proqram modullarında dəyişikliklər edilir, yeni funksiya və modullar əlavə edilir.

  • Hostinq

Tərəfimizdən veb-saytınız internet serverdə yerləşdirilir və zəruri hallarda veb-saytınızın surətləri yaradılır.