Sea Breeze üçün veb saytının hazırlanması
Layihə nömrəsi:
20
Tarix:
9 avqust 2022
Sea Breeze Abşeron yarımadasında yerləşən, müasir yaşayış, istirahət və biznes komplekslərini bir araya gətirən unikal premium layihədir. Kompleksə yaşayış binaları, otellər, villalar, spa mərkəzləri, restoranlar və əyləncə zonaları daxildir. Sea Breeze dənizkənarı yerləşməsi, ekoloji təmiz mühiti və yüksək səviyyəli xidmətləri ilə fərqlənir.
İnnovativ yanaşması və yüksək zövqlə qurulmuş memarlığı ilə şirkət regionun ən nüfuzlu layihələrindən biri hesab olunur. ONE Studio olaraq, bu layihə üçün istifadəçi dostu interfeysə malik, sürətli və vizual baxımdan cəlbedici korporativ veb sayt hazırladıq. Sayt həm xarici investorları, həm də yerli sakinləri hədəfləyən çoxdilli platforma kimi quruldu.

Proseslər
Sea Breeze üçün hazırlanmış veb sayt layihəsi çərçivəsində görülən işlər
Layihə boyunca məqsədimiz, kompleksin prestijini və çoxşaxəli xidmətlərini effektiv təqdim edən, texniki cəhətdən sabit və estetik baxımdan zəngin bir platforma yaratmaq idi.
- Sayt konsepsiyası və UI/UX dizayn: İstifadəçi yönümlü struktur və lüks vizual stilin hazırlanması
- Mobil və masaüstü adaptivlik: Bütün cihazlarda yüksək istifadə rahatlığı təmin olundu
- İnteqrasiya və proqramlaşdırma: Laravel CMS əsaslı sistem və çoxdilli dəstək
- Kontentin yerləşdirilməsi: Layihə, xidmət və daşınmaz əmlak bölmələrinin strukturlaşdırılması
- SEO və performans optimizasiyası: Axtarış sistemləri və yüksək sürət üçün texniki tənzimləmələr















Layihə komandası
Ləman K.
Nəzrin S.
Cəfər C.
Elvira M.
Aynur H.
Digər layihələr

Kaan International üçün onlayn mağazasının hazırlanması
Avtomobil təkərlərinin topdan və pərakəndə satışına yönəlik e-commerce platforma

Tikin.az elan və kataloq saytının hazırlanması
Tikinti materialları üzrə satıcı və alıcıları birləşdirən elan platformasının qurulması

Bayıl Marina üçün təqdimat veb səhifəsinin hazırlanması
Dəniz mənzərəli premium yaşayış kompleksi üçün vizual cəhətdən zəngin təqdimat veb səhifəsinin hazırlanması
