Garabagh Resort & SPA Hotel üçün veb saytın hazırlanması
Layihə nömrəsi:
22
Tarix:
4 fevral 2025
Garabagh Resort & SPA Hotel Azərbaycanın məşhur Naftalan bölgəsində yerləşən, yüksək səviyyəli istirahət və sağlamlıq xidmətləri təqdim edən lüks hoteldir. Hotel geniş yaşıllıqlarla əhatə olunmuş, SPA və müalicəvi xidmətləri ilə seçilən, həm yerli, həm də xarici turistlər üçün ideal məkandır. Müasir interyer, rahat otaqlar, peşəkar personal və fərdi yanaşma Garabagh Hotel-in əsas üstünlükləridir.
Garabagh Resort & SPA qonaqlarına rahatlıq, müalicə və keyfiyyətli xidmətləri bir arada təqdim edən kompleks yanaşma təklif edir. ONE Studio olaraq bu hotel üçün sürətli, estetik və istifadəçi dostu veb sayt hazırladıq.

Proseslər
Garabagh Resort & SPA Hotel üçün hazırlanmış veb sayt üzrə görülən işlər
Layihənin məqsədi hotelin təklif etdiyi premium xidmətləri və təbiətə inteqrasiya olunmuş infrastrukturunu onlayn platformada cəlbedici və intuitiv şəkildə təqdim etmək idi.
- UI/UX dizayn: Rahatlıq və lüks anlayışını əks etdirən dizayn konsepti
- Texniki həll: Yüksək performans və SEO üçün Next.js texnologiyası ilə hazırlanmış struktur
- Mobil uyğunluq: Telefon və planşetlərdə problemsiz istifadə üçün tam adaptiv dizayn
- Əlaqə və rezervasiya inteqrasiyası: Otaq bron sistemləri və əlaqə formalarının qurulması
- SEO optimizasiya: Hotel axtarışları üçün açar sözlərə uyğun texniki strukturlaşdırma













Layihə komandası
Ləman K.
Fərid Z.
Eynur N.
Nəriman Ə.
Digər layihələr

Kaan International üçün onlayn mağazasının hazırlanması
Avtomobil təkərlərinin topdan və pərakəndə satışına yönəlik e-commerce platforma

Tikin.az elan və kataloq saytının hazırlanması
Tikinti materialları üzrə satıcı və alıcıları birləşdirən elan platformasının qurulması

Bayıl Marina üçün təqdimat veb səhifəsinin hazırlanması
Dəniz mənzərəli premium yaşayış kompleksi üçün vizual cəhətdən zəngin təqdimat veb səhifəsinin hazırlanması
