Kontent yazılması
Ümumi baxış
İnternetin sizin üçün daha rahat və məlumatverici olmasını istəyirsiniz? Onda ilk olaraq öz veb-saytınız ilə başlayın! Kontent veb-saytınızda yerləşdirilən məlumatdır. Mətnlər, fotoşəkilllər, videolar, audio materiallar, infoqrafika və s. - ziyarətçilərin veb-saytınızda gördüyü hər şey kontentdir.
Tərəfimizdən satış qrafiki və mətn kontenti hazırlanılır, məhsulların avtomatik və ya manual şəkildə veb-saytınıza yüklənilməsi təmin olunur. ONE Studio şirkəti olaraq biz həm hazır kontent ilə işləyərik, həm də sıfırdan kontent yaradırıq.
Keyfiyyətli veb-sayt kontenti nədir?
Yüksək keyfiyyətli veb-sayt kontenti, necə deyərlər, ləzzətli yemək kimi, öz inqrediyentlərinə malikdir:
- İnfoqrafika;
- Fotoşəkillər, foto kollajlar;
- Satın almağa təşviqedici mətnlər;
- İstifadəçi rəyləri və şərhləri;
- Ekran və sənədlərin çapı;
- Video materiallar;
Keyfiyyətli kontent nəcə fayda verir?
Veb-saytınızda yerləşdirilən effektiv və yüksək keyfiyyətli kontent həm ziyarətçiləriniz, həm də axtarış motorları tərəfindən yüksək qiymətləndirilir.
Kontent effektiv olarsa, aşağıdakı mümkün ssenari meydana çıxır:
Alıcı
Bir ziyarətçi axtardığını veb-saytınızda tapdığı təqdirdə, o zaman sizinlə əlaqə saxlaması və alış-veriş etməsi ehtimalı yüksək qiymətləndirilir.
Axtarış sistemi
Ziyarətçi veb-saytınızda çox vaxt keçirərsə, o zaman axtarış sistemi veb-saytınızı ziyarətçi üçün dəyərli hesab edir və təbliğ etməyə çalışır.
Veb-saytınızı niyə bizə etibar etməlisiniz?
Təcrübəmiz
ONE Studio şirkəti olaraq biz 13 ildən artıqdır ki, veb-saytlar hazırlamaq və müxtəlif CMS sistemləri üzrə işləmək təcrübəmiz var.
Sertifikatlı tərtibatçılarımız
Bütün tərtibatçılarımız populyar kontent idarəetmə sistemləri ilə işləmək üçün müfaviq sertifikatlara yiyələniblər.
SEO tələblərinə uyğunluq
ONE Studio şirkəti olaraq biz axtarış motorlarının tələblərini nəzərə alaraq veb-saytınıza müvafiq məlumatlarlar yerləşdirilir.
Şəxsi menecer
Şəxsi menecer layihənin həyata keçirilməsi prosesinə tamamilə nəzarət edən mütəxəssisdir. Mütəxəssis layihənin həyata keçirilməsi prosesinin keyfiyyətinə və müddətinə nəzarət edir, son nəticəyə görə məsuliyyət daşıyır.
Rasional yanaşma
Tərəfimizdən yalnız biznes sahənizin təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlər həyata keçirilir. Biz effektiv nəticə əldə etmək üçün çalışırıq.
Maraqlı kontentin yaradılması
Axtarış motorları nəzərə alınaraq tərəfimizdən potensial alıcılarınız üçün keyfiyyətli kontent hazırlanılır.
Veb-saytınız üçün kontent yaratmaq üçün nə iş görürük?
Veb-saytınızın effektivliyi yüksək keyfiyyətli və unikal kontentdən asılıdır. ONE Studio şirkəti olaraq bizim istənilən növ və mürəkkəblikdə olan veb-saytla bağlı kontent yaratmaq təcrübəmiz var.
Kontent yerləşdirilməsi ilə bağlı tərəfimizdən aşağıdakı işləri həyata keçirilir:
- Şirkətinizin məhsulları və ya xidmətləri haqqında məlumat əldə edilir;
- Rəqiblərinizin məhsulları və ya xidmətləri haqqında məlumat əldə edilir;
- Sizi rəqiblərinizdən fərqləndirən unikal satış təklifi (USP) müəyyən edilir;
- Müvafiq tapşırıqlar təyin edilir;
- Veb-səhifənizin prototipi yaradılır, verilən tapşırıqlar əsasında kontentin informasiya arxitekturası təsvir edilir;
- Hazır prototip sifarişçi ilə razılaşdırılır;
- Təsdiq olunmuş prototipə uyğun kontent yaradılır;
- Hazır material sifarişçi ilə razılaşdırılır;
- Hazır material veb-saytda yerləşdirilir;
Mütəxəssislərimiz tərəfindən veb-saytınız üçün xüsusi olaraq hansı kontent komponentləri istifadə olunmalıdır müəyyən edilir. Yaradılmış materiallar aşağıdakı keyfiyyətlərə malik olurlar:
Unikallıq
Veb-saytınızda yerləşdirilən mətnlər ən azı 85% unikal olmalıdır. Bunu yoxlamaq üçün tərəfimizdən fəal şəkildə istifadə olunan bir çox vasitə mövcuddur.
Təqdimatın orijinallığının qorunması, uğurlu tanıtım üçün zəruri olan əsas ifadələrin və ya SEO üçün nəzərdə tutulan açar sözlərin istifadəsi vacibdir. Heç kimə sirr deyil ki, veb-saytınızın uğurlu təqdimatı üçün mətndə müəyyən açar ifadələr və ya SEO üçün nəzərdə tutulan açar sözlər istifadə edilməlidir. Bu ifadələr və ya sözlər ümumi kontekstlə ahəngdar və təbii şəkildə uyğun olmalıdır.
Maksimum məlumat sıxlığı
Bəzi mətnlər zəif tələbənin cavabına bənzəyir, necə deyərlər, verilən cavab dolğun məlumat ehtiva etmir. Maksimum məlumat sıxlığına malik mətndən mənanı itirmədən hər hansı bir söz və ya ifadəni çıxartmaq mümkün deyil, yəni bizim əsas vəzifəmiz mətni minimum söz və ya ifadələrlə mümkün qədər məlumatverici etməkdir.
Ziyarətçilərin məlumat ehtiyaclarını ödəmək
Ziyarətçilər ilk olaraq onları maraqlandıran suallara cavab tapacaq veb-sayta daxil olduğuna əmin olmalıdırlar. Bundan sonra, ziyarətçilər bu veb-saytın onların maraqlarına uyğun olduğu qənaətinə gəlməli və bu veb-saytda daha çox vaxt sərf edəcəkləri barədə qərar verməlidirlər.
Rəqibləriniz üzərində üstünlüklərinizi və məhsulunuzun unikal xüsusiyyətlərini aşkar etmək bacarığı
Veb-saytınızın ziyarətçiləri məhsul və ya xidmətinizin mövcud unikal xüsusiyyətləri barədə ilk üç saniyədə xəbərdar olmalıdırlar. Əgər məhsul və ya xidmətinizin belə bir xüsusiyyətlərə malik olmadığını düşünürsünüzsə, onları aşkarlamaq üçün şirkətimizlə əlaqə saxlamanız tövsiyə olunur.
Etimad mühitinin yaradılması
Veb-saytınızın ziyarətçiləri onları maraqlandıran məsələlərin həllində şirkətinizin peşəkarlığına etibar etməli olduqlarına əminlik verməlisiniz. Müştərilərin müsbət rəylərini, əsas suallara verilən cavabları, şirkət, onun əməkdaşları və məhsulları haqqında foto və video materialları yerləşdirmək bu məqsədə nail olmaq üçün effektiv addım hesab edilir.
Rəy bildirmək və məlumat paylaşmaq istəyi
Sözsüz ki, hazırda sosial şəbəkələr dövründə yaşayırıq. Ziyarətçilər veb-saytınızda olan hər hansı məlumatı sosial şəbəkələrdə paylaşmağı və ya onun barədə şərh yazmağı veb-saytınızın əlavə xərclər olmadan təbliği deməkdir və bu, şirkətiniz üçün müsbət hal hesab olunur.
Maraqlı təqdimat
İnfoqrafika veb-saytınızda olan məlumatların qavranılmasını maraqlı bir prosesə çevirir, nəticədə paraqraf bölgüsü və alt başlıqlar kimi alətlər hədəflənən ideyanı auditoriya dəqiq çatdırmağa kömək edir.