İydə Perfumery üçün onlayn mağazasının hazırlanması
Layihə nömrəsi:
32
Tarix:
9 fevral 2022
İydə Perfumery — 2017-ci ildən fəaliyyət göstərən və 150-dən çox brend üzrə 1000-dən artıq ətir çeşidi ilə Azərbaycanın ən geniş əhatəli ətir satış şəbəkələrindən biridir. Şirkətin 18 fiziki mağazası mövcuddur və orijinallığa, keyfiyyətə və müştəri məmnuniyyətinə xüsusi önəm verilir.
Ətirsevərlər üçün geniş seçim imkanları, əlverişli qiymətlər və peşəkar xidmət təqdim edən İydə Parfumery, həm fiziki, həm də onlayn platformalar vasitəsilə alış-verişi daha əlçatan etmişdir.
ONE Studio olaraq bu brend üçün tam funksional və mobil uyğun e-commerce veb sayt hazırlamışıq. Sayt, məhsul axtarışı, filtrasiya və sürətli sifariş sistemləri ilə zənginləşdirilmişdir və İydə Perfumery-nin peşəkar imicini rəqəmsal mühitdə uğurla təmsil edir.

Proseslər
İydə Perfumery onlayn mağazası üzrə görülən işlər
Layihənin məqsədi — geniş ətir çeşidini yüksək keyfiyyətli rəqəmsal platformada təqdim edən, istifadəsi rahat bir alış-veriş sisteminin yaradılması idi.
- Mobil uyğun və müasir UI/UX dizayn hazırlanması
- Kateqoriya və brend əsaslı məhsul strukturunun qurulması
- İnkişaf etmiş axtarış və filtr sistemləri
- Səbət, sifariş və çatdırılma interfeyslərinin inteqrasiyası
- Məhsul səhifələrinin vizual və texniki optimizasiyası















Layihə komandası
Ləman K.
Nəzrin S.
Nəriman Ə.
Cəfər C.
Aynur H.
Digər layihələr

Kaan International üçün onlayn mağazasının hazırlanması
Avtomobil təkərlərinin topdan və pərakəndə satışına yönəlik e-commerce platforma

Tikin.az elan və kataloq saytının hazırlanması
Tikinti materialları üzrə satıcı və alıcıları birləşdirən elan platformasının qurulması

Kinderland uşaq əyləncə mərkəzi üçün veb saytın hazırlanması
Uşaqlar üçün yaradılmış təhsil yönümlü əyləncə şəhərciyi üçün interaktiv veb platformanın hazırlanması
