Bloq sayt hazırlanması
Ümumi baxış
Şəxsi bloq sayt hazırlanması – məzmun paylaşımı
Bloq sayt hazırlanması — fikirlərini, biliklərini, təcrübəni və yaradıcı baxış bucağını dünyaya çatdırmaq üçün ən effektiv onlayn vasitələrdən biridir. Bloq təkcə yazı dərc etmək üçün deyil, həm də fərdi brend, biznes və ya şirkətin informasiya strategiyasının əsas hissəsi kimi çıxış edir.
Bloq saytlar həm şəxsi, həm də korporativ məqsədlərlə yaradıla bilər. Şəxsi bloq saytı – müəllifin öz mövqeyini, fikirlərini və həyat tərzini bölüşdüyü bir platformadır. Korporativ bloq isə şirkətin məhsullarını, xidmətlərini, trendləri və ekspert məqalələrini təqdim etməyə kömək edir. Hər iki halda məqsəd – auditoriya ilə daimi əlaqə yaratmaq, SEO görünürlüğü artırmaq və brendin etibarlılığını gücləndirməkdir.
Şəxsi bloqa sahib olmaq sizə internetdə bacarıqlarınızı təqdim etməyə və insanlarla ünsiyyət qurmağa imkan verir. Bu, fotoqraflar, korporativ tədbir aparıcıları, dizaynerlər və digərləri üçün vacib platformadır. Müxtəlif mövzularda internet resurslarının hazırlanması ONE Studio şirkətinin əsas fəaliyyət sahəsidir. Müştərinin ehtiyaclarını və fəaliyyət sahəsi barədə məlumat əldə etdikdən sonra tərəfimizdən sərfəli təklif və müvafiq biznes ehtiyaclarına cavab verən bir həll təklif edilir.
Bloq nədir?
Bloq onlayn gündəlikdir. Bloq sahibinin vəzifəsi hər gün bu onlayn resursa maraqlı məzmun doldurmaqdır:
- fotoşəkillər;
- videolar;
- mətn materialları;
- qrafik elementlər.
Bloqda qeydlər yerləşdirmək asandır. Özünü tanıtmaqdan əlavə, ünsiyyət, digər insanların dəstəyi və məhsulların tanıtımı üçün veb-sayt lazımdır. Yüksək trafik sürətinə malik internet resurslar müştərilərə reklamdan pul qazanmaq imkanı verir. Bloqa çox sayda abunəçi cəlb etmək üçün oradakı kontent daim yenilənməli, faydalı və maraqlı məlumatlar dərc edilməlidir.
Veb-sayta qısa müddət ərzində gəlir əldə etmək üçün mənbə kimi baxılmamalıdır, çünki abunəçi qazanmaq müəyyən vaxt tələb edir. Bundan əlavə, təhsil xarakterli şəxsi bloqlar əsasən qeyri-kommersiya layihələri hesab olunur.
Bloq saytın əsas üstünlükləri:
- Brendin və ya şəxsi adın Google axtarışında görünürlüğünü artırır.
- Auditoriya ilə etibarlı informasiya əlaqəsi yaradır.
- Trafik cəlb etməklə yanaşı, satış və xidmətlərin tanıtımını gücləndirir.
- Kontentin davamlı yenilənməsi sayəsində sayt daim aktiv qalır.
- Sosial media və e-mail marketinq üçün əlavə kontent mənbəyi yaradır.
Bloq sayt kimlər üçün uyğundur:
- Müəlliflər, jurnalistlər və kontent yaradıcıları üçün.
- Rəqəmsal marketinq və SEO sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün.
- Şirkətlər və agentliklər üçün (korporativ xəbərlər və PR məqsədilə).
- Təlimçilər, konsaltinq mütəxəssisləri və natiqlər üçün.
- Moda, texnologiya, səyahət, dizayn və digər niş sahələr üzrə ekspertlər üçün.
Şəxsi bloqların uğurlu reallaşdırılması daha çətin prosesdir, lakin bu növ onlayn gündəliklərin vasitəsilə gəlir əldə etməyə başlamaq daha asandır. ONE Studio şirkətinin əməkdaşları tərəfindən müştərilərin istəklərinə tam cavab verən və maraqlı dizayn malik bir resurs yaradılır.
Bloqların yaradılması mərhələləri
Hər hansı bir bloqun yaradılması ilk öncə müvafiq mövzunun seçilməsi ilə başlayır. Daha sonra hostinq seçilir və domen adı qeydiyyatdan keçirilir. One Studio şirkəti tərəfindən aşağıdakı xidmətlər təqdim olunur:
- Konsept və planlama
Auditoriyanın müəyyənləşdirilməsi, bloqun məqsədinin və mövzuların təyin edilməsi.
- Bloq prototipinin hazırlanması
Yaradılacaq bloqun sxematik görüntüsünün təsviridir. Auditoriyanın müəyyənləşdirilməsi, bloqun məqsədinin və mövzuların təyin edilməsi. Minimalist, oxunaqlı və mobil uyğun dizayn hazırlanır. Yazıların kateqoriyalara bölünməsi, axtarış funksiyası və istifadəçi rahatlığı təmin olunur.
- Bloq dizaynının hazırlanması
Hazır prototip əsasında UX dizayneri bloq mövzusunun bütün xüsusiyyətlərini və bloq sahibinin gələcək auditoriyasını nəzərə alaraq dizayn hazırlamağa başlayır.
- Bloq səhifələrinin tərtibatı və onların CMS ilə inteqrasiyası
Layihə tərtibatçısı “layout”-a əsaslanaraq bloq səhifələrini tərtib edir, bloq tərtibatını hazır məhsula çevirir və sonra onu kontentin idarə edilməsi sisteminə inteqrasiyasını həyata keçirir. Sayt WordPress və ya Laravel bazasında hazırlanır, rahat məzmun əlavə etməyə imkan yaradır.
- Bloqda kontent yerləşdirilməsi
Kontent menecerimiz müştəri tərəfindən təqdim edilən məlumatı bloqda yerləşdirir. Bundan əlavə, müştərinin istəyi ilə tərəfimizdən ona CMS-də işləmək üçün ətraflı təlimatlardan istifadə edərək səhifələrdə kontent yerləşdirmək imkanı verilir.
- SEO optimallaşdırılması
Yazılar və səhifələr üçün meta başlıqlar, təsvirlər və açar sözlər inteqrasiya olunur.
- Layihə testi
Keyfiyyət təminatı (QA) mühəndisimiz tərəfindən layihə tam şəkildə test edilir, onun hazırlanma standartları ilə uyğunsuzluqları müəyyən edilir və hazır resursun texniki şərtlərə uyğunluğu yoxlanılır.
- Layihənin müştəriyə təhvil verilməsi
Hazırlanan layihə ilk olaraq təsdiqlənmək üçün müştəriyə təqdim olunur. Dəyişiklik etmək lazım gəldiyi təqdirdə bu mərhələdə müvafiq düzəlişlər həyata keçirilir.
- Kontentin redakte edilməsi üçün təlimatların hazırlanması
Bu bölmədə müvafiq kontentin əlavə edilməsi prosesi haqqında ətraflı məlumat əks olunur.
- Bloqun aktivləşdirilməsi
Bu mərhələdə yaradılmış bloq analitika və bütün izləmə sistemlərinə inteqrasiya edilir. Bundan əlavə, müştəriyə aktivləşdirilmiş bloq və yekun məlumatlar təqdim olunur. Saytın yüklənmə sürəti, mobil uyğunluğu və təhlükəsizliyi yoxlanılır.
- Təqdimat və reklam
Bu proses bloq ziyarətçilərinin sayının və trafikin artırılması ilə bağlı fəaliyyətləri əhatə edir.
Əgər bloqunuz mövzusu hobbi, hər hansı istehsal sahəsi ilə bağlıdırsa və ya məlumatlandırıcı xarakter daşıyırsa, niyə o zaman bloqunuzu məlumat biznesinə çevirmirsiniz? Son zamanlar geniş vüsət alan informasiya biznesinin gəlir əldə etməyin ən effektiv yollarından biri olduğu artıq öz sübutunu tapıb.
Bloq yazmaq təkcə adi hobbi deyil, həm də həyat tərzi və ya ümumilikdə karyera ola bilər. Hər təbəqədən olan insanlardan maraqlı məlumatlar öyrənmək üçün bloqlar çox effektivdir. Bu səbəbdən həyatımızı bloqlarsız təsəvvür etmək çox çətindir.
Bloqların hazırlanması müddəti və qiymətləri
Bloq yaradılması ilə bağlı müştəri sifarişləri tərəfimizdən qısa müddətdə yerinə yetirilir. Bu xidmətin tarifi resursun dizaynından və fuksionallığından asılıdır. One Studio şirkəti olaraq biz 10 ildən artıqdır ki, peşəkar səviyyədə veb-saytların yaradılması ilə məşğul oluruq. Dizayner və proqramçılarımız tərəfindən sifariş edilən layihə üzərində iş aparılır və layihənin effektiv həyata keçirilməsi üçün təkliflər irəli sürülür. Bundan əlavə, şirkətimiz tərəfindən unikal bloq yaradılması üçün real qiymətlər təklif edilir.
ONE Studio-dan bloq sayt hazırlanması
ONE Studio komandası bloq saytların yaradılmasında həm texnoloji, həm də dizayn baxımından müasir həllər təqdim edir. Biz sizin auditoriyanızın davranışını nəzərə alaraq SEO baxımından optimallaşdırılmış, vizual cəhətdən cəlbedici və istifadəsi rahat platforma qururuq.
Bloq saytınızın dizaynı, məzmun strukturu və funksionallığı sizin məqsədlərinizə uyğun şəkildə formalaşdırılır. Bizim hazırladığımız bloq saytlar həm şəxsi, həm də korporativ brendlər üçün uzunmüddətli nəticələr gətirir.
Bloq sayt üçün texniki dəstək
Hazır sayt istifadəyə verildikdən sonra 1 ay ərzində texniki dəstək və performans zəmanəti təmin edilir. İstəyə əsasən, yeni kateqoriyalar, reklam blokları və statistik izləmə sistemləri əlavə edilə bilər.
Bloq sayt – fikirlərinizin səsi, brendinizin hekayəsidir. ONE Studio ilə müasir, funksional və təsirli bloq platforması yaradın!