Kataloq - vitrin sayt hazırlanması
Ümumi baxış
Məhsul kataloqu və vitrin sayt hazırlanması – məhsullarınızın onlayn təqdimatı
Şirkətinizin məhsullarını və xidmətlərini geniş auditoriyaya çatdırmaq üçün kataloq veb saytlarının hazırlanması ideal həlldir. Mobil uyğunluq, sürətli işləmə və rahat admin panelə sahib kataloq saytlar vasitəsilə müştərilər məhsullarınızı rahatlıqla incələyə, filtr və axtarış sistemləri ilə istədiklərini tez tapa bilərlər. ONE Studio olaraq, məhsul kataloqu strukturu, SEO optimizasiya və peşəkar dizayn ilə gücləndirilmiş kataloq veb saytların yaradılmasını təklif edirik.
Kataloq veb saytı hazırlanması müştərinin bütün məhsul kataloqu tərəfimizdən geniş axtarış və filtrləmə imkanlarına malik strukturlaşdırılmış və effektiv veb-sayt formatında cəmləşdirilir. Bu gün bir çox şirkətlər Azərbaycanda “açar-təslim” kataloq veb-saytın hazırlanması xidmətindən yararlanmağa çalışırlar. Bu təbii haldır, çünki iş adamları öz biznes məhsullarını bazarda təqdim etməlidir. Məhsul kataloqu saytı qeyd olunan problemi asanlıqla həll etməkdə köməklik göstərir.
Məhsul kataloq veb-saytlarının hazırlanması
Korporativ kataloq veb-saytın hazırlanması heç də asan olmayan marketinq, texniki və dizayn fəaliyyəti hesab olunur. Bu səbəbdən bu tip veb-saytın yaradılması prosesinə böyük mütəxəssis heyəti (dizayner, proqramçı, kontent meneceri, layihə meneceri, art-direktor) cəlb edilməlidir. Bundan əlavə, həm veb-saytın dizayn mərhələsində, həm də sonrakı mərhələlərdə (veb-sayt dizaynının hazırlanması, kataloqun strukturunun və funksionallığının formalaşdırılması, kontent yerləşdirmə, aktivləşdirmə və test mərhələləri) müştərinin yaxından iştirakı tələb olunur.
Effektiv kataloq veb-saytın hazırlanması üçün müəyyən amillərə - korporativ üsluba uyğun gələn yaddaqalan dizayn, mükəmməl yaradılmış infrastruktur, sürətli yüklənən səhifələr - xüsusi diqqət yetirilməlidir. Şirkətin imicini formalaşdırmaq, satış və onlayn təqdimatın təmin edilməsi çox mühim vəzifələrdir və bu prosesə məsuliyyətlə yanaşmaq tələb olunur.
Kataloq veb saytlarının struktur elementləri
Kontentin dəyişə bilən olduğu nərəzə alınaraq tərəfimizdən müştəriyə müvafiq kontentlə bağlı ümumiləşdirilmiş siyahı təqdim olunur. Online kataloq saytı hazırlandığı təqdirdə, aşağıda qeyd olunan bölmərə diqqət yetirmək tövsiyə olunur:
- Məhsul kataloqu saytının ana səhifəsi
Bu bölmədə şirkətinizin təqdimatı, onun fəaliyyət istiqamətləri və üstünlükləri barədə məlumatlar əks olunur.
- Haqqımızda
Bu bölmədə şirkətinizin hədəfləri, tarixi və fəaliyyət istiqamətləri barədə məlumatlar əks olunur.
- Məhsul kataloqu
Bu bölmədə məhsullar daha da asan fərqlənməsi üçün qruplar və alt qruplar şəklində əks olunur. Bundan əlavə, bu bölmədə texniki məlumatları, çatdırılma şərtlərini, endirimləri və s. ehtiva edən ətraflı təsvirlərin əks olunması vacibdir.
- Kontent qalereyası
Bu bölmədə məhsullar ilə vizual tanış olmağa imkan verən kotent etiketlərinin istifadəsi vacibdir.
- Əlavə bölmələr
Bu bölmədə tez-tez verilən suallar, kütləvi informasiya vasitələrində yayılan məlumatlar, qiymətlər və s. əks olunur.
- Əlaqə
Bu bölmədə mümkün qədər ətraflı məlumatın yerləşdirilməsi tövsiyə olunur. Yalnız fiziki ünvanınızın və telefon nömrənizin qeyd olunması kifayət deyil, messenger və e-poçt ünvanlarınız da daxil edilməlidir.
Bakıda kataloq veb-saytlarının hazırlanması
One Studio şirkəti korporativ kataloq veb-saytların hazırlanması ilə bağlı məsələlərin həlli üçün ideal seçimdir. Zəngin təcrübəmiz və peşəkar yanaşmamız bizə məhsullar üçün veb sayt hazırlayan zaman müştəri ehtiyaclarını tam ödəməyə, həm funksional, həm də marketinq problemlərini həll etməyə imkan verir. Kataloq veb-saytlar interneti sadəcə olaraq yeni sifariş və ya satış mənbəyi hesab edən köklü şirkətlər üçün effektivdir. Bu veb-saytlar həm də işlək oflayn satış mexanizminə malik olan, lakin müasir marketinq və internet resursunun texniki tələblərinə cavab verən veb-saytlara və vaxtında yenilənən onlayn kataloqlara malik olmayan şirkətlər üçün də münasibdir.
Müştərilərin hədəf və tələbləri nəzərə alınaraq tərəfimizdən “açar-təslim” kataloq veb-saytların yaradılması ilə bağlı spesifik həllər təqdim edilir.
- Məhsul kataloqu: məhsul kartı, məhsul təsviri, məhsulun foto qalereyası, məhsul xüsusiyyətləri, məhsul şərhləri, məhsul reytinqi, məhsul təlimatları
- Məhsullar və onların xüsusiyyətlərinin xls, csv, xml faylları vasitəsilə kataloqa yüklənməsi;
- 1C proqramı vasitəsilə inteqrasiya;
- Məhsul statusları: yeni məhsullar, endirim, xüsusi təkliflər, günün məhsulu;
- Kataloqda məhsulların markasına, qiymətinə və xüsusiyyətlərinə görə fərqlənməsi;
- Kataloqda məhsulların qiymətinə, adına və reytinqinə görə çeşidlənməsi;
- Veb-saytda məhsulun adı üzrə axtarış;
- Telefon nömrəsi və ya WhatsApp ilə sürətli sifariş;
- Bildiriş, dəstək xidməti ilə əlaqə;
- Məhsul, məhsul qrupu üzrə endirim sistemi, tarix üzrə endirimlər, sifariş məbləğinə görə endirimlər və s.;
- UTM kodları: reklam saytından alıcını izləmək üçün UTM kodlarının yaradılması;
- Müvafiq alqoritmdən istifadə edərək hesablama kalkulyatorunun yaradılması.
Kataloq veb saytların hazırlanması mərhələləri
- Kataloq saytların yaradılması üçün tələblərin analizi və texniki tapşırığın hazırlanması
Layihəyə başlamazdan öncə müştərinin biznes sahəsi, məhsul çeşidi və məqsədləri detallı şəkildə analiz olunur. Daha sonra kataloq veb sayt üçün texniki şərtlər, funksiya siyahısı və təxmini smeta sənədləri hazırlanır. Bu mərhələ “məhsul kataloqu vebsaytı” strukturu və filtrasiya sisteminin planlanması üçün əsas bazadır.
- Məhsul kataloq vebsaytı üçün dizayn konsepsiyasının hazırlanması
Müştərinin brend üslubuna uyğun olaraq əsas səhifənin ilkin dizaynı hazırlanır. Veb saytın məqsədi – məhsulların vizual təqdimatı və rahat naviqasiya – bu mərhələdə vizual dillə formalaşdırılır. Dizayn həm masaüstü, həm də mobil cihazlar üçün uyğun şəkildə tərtib olunur.
- Məhsul təqdimatı üçün daxili səhifələrin dizaynı
Veb saytın bütün daxili səhifələri – məhsul siyahısı, məhsul səhifələri, axtarış nəticələri, əlaqə forması və s. – 4 əsas ekran ölçüsünə uyğun dizayn olunur: 1920px, 1366px, 768px, 320px. Bu, kataloq saytın mobil uyğunluğunu və yüksək istifadəçi təcrübəsini təmin edir.
- Adaptiv layout və frontend işləmələr
Hazırlanmış dizayn müasir texnologiyalar (HTML5, CSS3, JavaScript, Ajax, JQuery) əsasında kodlaşdırılır. Veb saytın bütün səhifələri sürətli və cihazlara uyğun şəkildə işləyir. Bu mərhələdə "kataloq sayt dizaynı" və "filtrləmə sistemi ilə məhsul təqdimatı" tam funksional hala gətirilir.
- Məhsul kataloqu proqramlaşdırma və CMS inteqrasiyası
Məhsul kataloqu idarə etmək üçün rahat və çevik CMS (idarəetmə sistemi) qurulur. Bu sistem vasitəsilə:
- məhsul kateqoriyaları və filtr blokları idarə edilir,
- məhsul əlavə/sil funksiyaları inteqrasiya olunur,
- CRM, 1C və digər sistemlərlə məlumat mübadiləsi həyata keçirilir.
Məhsul kataloqu üçün istifadəçi dostu və çevik idarəetmə sistemi (CMS) qurularaq məhsulların, filtr bloklarının və kateqoriyaların rahatlıqla idarə olunması təmin edilir
- Kontentin hazırlanması və yerləşdirilməsi
Kataloq saytının bütün səhifələrinə mətnlər, şəkillər və məhsul məlumatları əlavə edilir. Lazım olduqda məhsul təsvirləri yenidən yazılır və vizual materiallar optimallaşdırılır. Bu, həm SEO üçün vacibdir, həm də istifadəçi təcrübəsini gücləndirir.
- Kataloq veb saytı üçün SEO optimallaşdırılması
Saytın Google və Yandex kimi axtarış sistemlərində yüksək mövqe tutması üçün texniki və məzmun yönümlü SEO işləri görülür:
- Meta teqlər (title, description, keywords)
- Başlıqların strukturu (h1, h2, h3)
- Robots.txt və XML sitemap yaradılması
- Schema.org və Open Graph mikro formatlarının tətbiqi
- Şəkillərin sıxılması (compress)
- Google PageSpeed uyğunluğu üzrə sürət optimizasiyası
Kataloq veb saytının axtarış sistemlərində yüksək mövqe tutması üçün texniki və məzmun yönümlü SEO optimallaşdırması həyata keçirilir.
- Məhsul vitrin saytın test mərhələsi
Veb sayt test serverində sınaqdan keçirilir. Bütün funksiyalar, cihaz uyğunluğu, məhsul kataloqu işləməsi və filtrasiya sistemi real istifadəçi ssenarilərinə əsasən yoxlanılır.
- Aktivləşdirmə və yayım
Hazır veb sayt müştərinin serverinə yerləşdirilir və əsas domenə bağlanır. SSL sertifikatı quraşdırılır və sayt “Google Analytics”, “Yandex Metrica” kimi analitika sistemlərinə inteqrasiya olunur. Sayt eyni zamanda “Google Search Console” və “Yandex Webmaster” platformalarına əlavə edilir.
Kataloq veb saytı sifarişinin biznesiniz üçün nəticəsi
Layihənin sonunda sizə tam funksional və müasir kataloq veb saytı təqdim olunacaq. Hazırlanan sayt konkret layihənizin tələblərinə uyğun məhsul kataloqu dizaynı və veb sayt kataloq strukturu ilə fərqlənir. Sayt mobil cihazlara tam uyğunlaşdırılır və istifadəçilər üçün rahat naviqasiya təmin olunur. Laravel əsaslı məzmun idarəetmə sistemi (CMS) vasitəsilə məhsullar, kateqoriyalar və filtr blokları asanlıqla idarə oluna bilir. Eyni zamanda onlayn ödəniş sistemləri aktivləşdirilir, 1C və CRM platformaları ilə inteqrasiya təmin olunur. Bu, məhsulların satışa çıxarılması və təqdimatı üçün tam hazır, effektiv və sürətli bir həll deməkdir. Siz həm məhsul vitrin saytı, həm də şirkət kataloqu veb sayt kimi istifadə edə biləcəyiniz güclü bir platformaya sahib olursunuz.
Veb sayt qiymətləri və hazırlanma müddəti
Hər bir kataloq veb saytı hazırlanması layihəsi fərdi olaraq qiymətləndirilir. Qiymət layihənin texniki şərtləri, funksionallığı və mütəxəssislərin iş saatlarına əsasən müəyyən edilir. Məhsul kataloqu saytı və kataloq saytların yaradılması zamanı lazım olan analiz və texniki hazırlıqlar nəzərə alınır. Veb saytın hazırlanma müddəti adətən 1 aydan 2 aya qədər davam edir və bu müddət ərzində həm kataloq sayt dizaynı, həm də katalog sistemi ilə sayt hazırlanması tam şəkildə tamamlanır.
Əgər siz də Azərbaycan kataloq veb sayt bazarında fərqlənmək, məhsullarınızı onlayn şəkildə təqdim etmək və satışlarınızı artırmaq istəyirsinizsə, indi bizimlə əlaqə saxlayın. ONE Studio sizə peşəkar, çevik və SEO optimizasiya olunmuş məhsul kataloq vebsaytı təqdim etməyə hazırdır.
