Veb portalın hazırlanması

01

Ümumi baxış

Veb-portal müvafiq biznes üçün hədəf auditoriyanı formalaşdırmaq və gəlir əldə etmək üçün bir platformadır.

Veb-portalın hazırlanması

Veb-portalın yaradılması xüsusi bir veb-resurs layihəsinin hazırlanması və həyata keçirilməsi deməkdir. Portalın məqsədi mümkün qədər çox internet istifadəçisini cəlb edərək, necə deyərlər onları bir-birinə bağlı “virtual icma”-da birləşdirməkdir. ONE Studio şirkəti olaraq biz veb-portalın yaradılma prosesini müvafiq layihənin mövzusu və hədəf auditoriyanın maraqlarını nəzərə alaraq operativ şəkildə həyata keçiririk. Şirkətimiz tərəfindən yaradılacaq portalın potensial oxucuları olan şəbəkə istifadəçilərinin davranışlarını diqqətlə təhlil edilir və məlumatın müvafiq təqdimetmə üsulu seçilir.

Adi veb-saytdan fərqli olaraq veb-portal daha çox səhifədən ibarət funksional platformadır. Veb-portal müntəzəm ziyarətçi sayı nəzərə alınaraq hazırlanmalıdır. Bu səbəbdən bu faktora xüsusi diqqət yetirilməlidir. Bundan əlavə, veb-portala mütəmadi olaraq məlumat əlavə etmək və dəyişikliklər etmək lazımdır. Bütün bunlar üçün texniki dəstək və asan idarəetmə panelinin mövcud olması vacibdir.

Veb-portalların əsas növləri:

Korporativ portallar

Şirkətinizin baza məlumatları korporativ portala inteqrasiya edilir. Bunlar giriş məhdudiyyəti olan qapalı onlayn ekosistemlərdir. Korporativ portal biznes fəaliyyətinizin təşkili üçün müxtəlif interfeys və imkanlara malik çoxfunksiyalı, yüksək yüklənmə sürətinə malik plaformadır.

İntranet-portallar

Tərəfimizdən müştərilərə sənədlərin, təqvimlərin, tapşırıqların və həssas məlumatların mübadiləsi üçün nəzərdə tutulan qapalı platformalar hazırlanılır;

B2B-portalları

Bu növ portallar sizə hüquqi şəxslərə məhsul və xidmətlərinizi satmaq imkanı verir.

Təhsil portalları

Təhsil portalı dərslərin və sınaqların keçirildiyi, həmçinin, müvafiq video və audio materialların yerləşdirildiyi onlayn platformadır. Bu onlayn dərs və kurslar təşkil edən müəssisələr üçün ideal seçimdir.

İnternet informasiya portalları

Bu növ veb-saytların əsas məqsədi informasiyanı təmin etməkdir. Bunlara bütün əsas xəbər plaformaları və kütləvi informasiya vasitələri daxildir. Bu növ portalların hazırlanması şirkətimiz tərəfindən təqdim edilən xidmətlər siyahısına daxildir.

Bildiriş lövhəsi veb-saytları

Satıcıları və alıcıları bir portalda birləşdirən bildiriş lövhəsi veb-saytlarının (bulletin board) yaradılması mürəkkəb prosesdir. 

Hazırlanma mərhələləri

Veb-portalların dizaynı - bu mərhələ hədəf auditoriyanın məqsəd və maraqlarının təhlilini əhatə edir.

Məqsəd və vəzifələr. Bu platforma nə üçün lazımdır? Bu platformanın əsas məqsədi nədir? Belə bir saytla nəyə nail olmaq istəyirsiniz? Bu suallara cavab tapmadan effektiv nəticə əldə etmək mümkün deyil.

Veb-portalların strukturunun hazırlanması - bu mərhələdə həm tərtibatçı, həm də müştəri portalın necə hazırlanacağını və hansı elementləri ehtiva edəcəyini anlamalı və müəyyən etməlidir.

Müvafiq texnologiya və xidmətlərin seçilməsi: Veb-saytın məqsədi və strukturu müəyyən edildikdən sonra bu mərhələdə onun funksionallığı və imkanlarının nədən ibarət olacağına qərar vermək lazımdır.

Texniki spesifikasiyaların hazırlanması - bu, bəlkə də ən vacib mərhələdir. Bu mərhələnin vəzifəsi biznesinizin məqsədlərini qeyd etmək və nəticədə sizin nə əldə etmək istədiyinizi təsvir etməkdir.

Resurs sənədlərinin prototiplərinin yaradılması - bu mərhələ tərtibatçı və müştərinin bir-birini düzgün anladığının və doğru istiqamətdə irəlilədiyinin sübutudur.

Xidmət haqqının müştəri ilə razılaşdırılması - Veb-portalın hazırlanması prosesi müştəri qəti olaraq “bəli” cavabı verəndən sonra başlayır.

Veb-portalın yaradılması və proqramlaşdırılması

Veb-portalın yaradılması zamanı tərəfimizdən dizayn edilmiş bütün funksiyalar kodlaşdırılır və zərurət olarsa tapşırıqlar müxtəlif yollarla həyata keçirilir. Bu mərhələdə əsas məqsədimiz layihənin MVP-sini (minimum yaşam qabiliyyətli məhsul) tətbiqinin təmin olunmasıdır. Bu, istifadəçilərdən ilkin rəy almağa və layihənin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün fərziyyələr formalaşdırmağa imkan verən yaradılacaq portalın demo versiyasıdır.

Kontent yerləşdirilməsi, test və aktivləşdirmə

  • veb-saytınızda kontentin yerləşdirilməsi;
  • hostinqdə veb-portalınızın aktivləşdirilməsi;
  • bütün xidmətlərin keyfiyyətinin test edilməsi;
  • aşkar edilmiş səhvlərin aradan qaldırlması və təkmilləşdirmə prosesi.

Bütün bunların nəticəsində veb-saytınızın bütün əsas və əlavə xidmətlərinin funksionallığı təmin edilir.

SEO və analitika

Müasir veb-portalın yaradılması və aktivləşdirilməsi ilə iş bitmir. Veb-portalın yaradılması mərhələsində tərəfimizdən məzmun və texniki aspektlər optimallaşdırılır və nəticədə “Yandex” və “Google” axtarış sistemlərinə inteqrasiya olan platforma yaradılır.

Texniki dəstək

Veb-portalın günboyu fasiləsiz işləkliyi təmin olunmalıdır. Bu mərhələdə əsas məqsəd hər hansı problem barədə müştəriyə xəbərdarlıq etmək və onu aradan qaldırmaqdır. İlboyu fasiləsiz işləyən avtomatlaşdırılmış sistemin tətbiqi ilə veb-saytınızın bütün proqram və xidmətlərinin funksionallığına nəzarət edilir. Hər hansı problem aşkar edildikdə, administrator və dəstək xidmətinə avtomatik olaraq məlumat ötürülür.

Bakıda, ümumiyyətlə, Azərbaycanda veb-portalların yaradılması neçəyə başa gəlir?

Veb-portalların yaradılması xidmətinin tarifi strukturun mürəkkəbliyindən, bölmələrin və funksiyaların sayından, xarici xidmətlər və proqramlarla inteqrasiya ehtiyacından asılı olaraq fərdi olaraq hesablanır. Bu xidmətin tarifi barədə məlumat almaq üçün xüsusi sorğu anketini doldurun və ya telefonla şirkətimizlə əlaqə saxlayın!