Online mağaza hazırlanması

Bahar Store onlayn mağazasının hazırlanması
Gözəllik və sağlamlıq məhsulları üzrə onlayn satış platformasının qurulması

İydə Perfumery üçün onlayn mağazasının hazırlanması
Ətirlərin onlayn satışına yönəlik funksional və estetik e-commerce platforma

Kaan International üçün onlayn mağazasının hazırlanması
Avtomobil təkərlərinin topdan və pərakəndə satışına yönəlik e-commerce platforma
Ümumi baxış
E-ticarət saytının hazırlanması – onlayn mağaza, ödəniş sistemi və satış idarəetməsi
Online mağaza açmaq istəyirsiniz? ONE Studio sizə sıfırdan professional e-ticarət veb saytının hazırlanmasında kömək edir. Mobil uyğun, sürətli və SEO optimizasiya olunmuş internet mağaza ilə satışlarınızı onlayn mühitə daşıyın! ONE Studio şirkəti olaraq biz müştəri məhsullarının xüsusiyyətlərini nəzərə alaraq, müasir SEO standartlarına uyğun, reklam kampaniyaları və satışlarını təşviq edən internet-mağaza yaradılması xidmətini təklif edirik.
“Açar-təslim” internet-mağazanın yaradılması heç də asan olmayan marketinq, texniki və dizayn fəaliyyəti hesab olunur. Bu səbəbdən bu tip veb-saytın yaradılması prosesinə böyük mütəxəssis heyəti (dizayner, proqramçı, kontent meneceri, layihə meneceri, art-direktor) cəlb edilməlidir. Bundan əlavə, həm saytın dizayn mərhələsində, həm də sonrakı mərhələlərdə (veb-sayt dizaynının hazırlanması, kataloqun strukturunun və funksionallığının formalaşdırılması, kontent yerləşdirmə, aktivləşdirmə və test mərhələləri) müştərinin yaxından iştirakı tələb olunur. One Studio şirkəti şablon həllərdən istifadə etməyərək hər bir müştəri üçün unikal internet-mağaza yaradır.
E-ticarət saytı hazırlanması üçün funksionallıq
Müştərilərin hədəf və tələbləri nəzərə alınaraq tərəfimizdən mükəmməl internet-mağazanın yaradılması məqsədilə spesifik “açar-təslim” həllər təqdim edilir.
- Məhsul kataloqu: məhsul kartı, məhsul təsviri, məhsulun foto qalereyası, məhsul xüsusiyyətləri, məhsul şərhləri, məhsul reytinqi, məhsul təlimatları;
- Məhsulların və onların xüsusiyyətlərinin xls, csv, xml faylları vasitəsilə kataloqa yüklənməsi;
- Müştərinin istəyi ilə 1C və ya digər proqramlarla inteqrasiya;
- Məhsul statusları: yeni məhsullar, endirim, xüsusi təkliflər, günün məhsulu;
- Kataloqda malların markasına, qiymətinə, xüsusiyyətlərinə görə yerləşdirilməsi;
- Məhsul üçün interaktiv rəng seçimi;
- Kataloqda məhsulların qiymətinə, adına və reytinqinə görə çeşidlənməsi;
- Məhsulun adı üzrə axtarış;
- Məhsulun seriya nömrəsi üzrə axtarış;
- Alış-veriş səbəti: sürətli alış-veriş, alış-veriş üçün qeydiyyat;
- İstifadəçinin şəxsi hesabı: sifariş tarixçəsi, istifadəçi profili;
- Alış-veriş sayəsində şəxsi hesabınıza xal və bonusların yığılması;
- Bildiriş, dəstək xidməti ilə əlaqə;
- Veb-saytda qeydiyyat: sadə, sürətli, sosial media şəbəkələri və SMS vasitəsilə göndərilən birdəfəlik kod (OTP) vasitəsilə;
- Kapital Bank, Pasha Bank və digər yerli/xarici bankların ödəniş sisteminə qoşulma;
- Məhsul, məhsul qrupu üzrə endirim sistemi, tarix üzrə endirimlər, sifariş məbləğinə görə endirimlər və s.;
- Anbarlar: ünvana bağlı anbarların siyahısı;
- Kuponlar: Veb-saytda endirimlər üçün kupon nömrələrinin yaradılması;
- UTM kodları: reklam saytından alıcını izləmək üçün UTM kodlarının yaradılması;
- İstək siyahısı;
- Məhsul müqayisəsi;
- Məhsulların rayon, çəki və s. üzrə çatdırılma qiymətinin hesablanması;
- Müvafiq alqoritmdən istifadə edərək hesablama kalkulyatorunun yaradılması.
Müasir “açar-təslim” Online mağaza açmaq
Şirkətimiz ödəniş sistemləri, çatdırılma, 1C-Mühasibatlıq və digər xidmətlərlə inteqrasiya imkanı olan effektiv layihələrin işlənib hazırlanması və həyata keçirilməsi baxımından böyük təcrübəyə malikdir.
One Studio şirkəti olaraq e-ticarət üçün etibarlı və funksional alətlər hazırlayırıq. Texniki əsas kimi, tərəfimizdən “Laravel” proqramçı və ya müştərinin seçdiyi hər hansı digər CMS əsasında veb-sayt hazırlamaq təklif olunur. İşə başlamazdan əvvəl ONE Studio şirkətinin mütəxəssisləri tərəfindən müştərinin fərdi tələblərindən və müvafiq layihənin yeni məqsədlər üçün dəyişdirilməsi ehtiyacından asılı olaraq ən uyğun həll tövsiyə edilir.
İnternet-mağazanın yaradılması mərhələləri
- Online mağaza üçün Wireframe və UI/UX dizayn mərhələsi
İnternet-mağazanın əsasını düzgün qoymaq üçün ilk mərhələ kimi wireframe – yəni saytın skelet strukturu hazırlanır. Bu mərhələdə istifadəçi axınları, səhifələrin yerləşimi və funksional elementlər planlaşdırılır. Ardınca brendin vizual üslubuna uyğunlaşdırılmış UI/UX dizayn konsepsiyası hazırlanır – rəng palitrası, şriftlər, vizual stil və məhsul təqdimatı ilə alıcı təcrübəsi formalaşdırılır. Məqsəd həm estetik, həm də satışa yönəlmiş funksional bir dizayn yaratmaqdır.
- İnternet mağaza hazırlanmasında Front-end mərhələsi
Wireframe və dizayn təsdiqləndikdən sonra internet-mağazanın ön hissəsi müasir texnologiyalarla – Next.js və React əsasında kodlaşdırılır. Bu mərhələdə istifadəçi interfeysi sürətli, interaktiv və cihazlara uyğun şəkildə hazırlanır. Məhsul səhifələri, axtarış, filtrasiya, sepet və digər əsas funksiyalar üçün API inteqrasiyası həyata keçirilir. Front-end mərhələsi həm yüksək istifadəçi təcrübəsini, həm də SEO və performans baxımından optimallaşdırmanı təmin edir.
- İnternet mağaza proqramlaşdırma - Back-end və CMS işləri
İnternet-mağazanın texniki infrastrukturu Laravel və PHP texnologiyaları əsasında sıfırdan qurulur. Bu mərhələdə məhsul kataloqu, istifadəçi hesabları, sifariş modulu, ödəniş sistemləri və çoxdilli CMS idarəetməsi tam şəkildə hazırlanır.
- İdarəetmə sistemində veb-saytın daxili strukturunun yaradılması;
- İnformasiya bloklarının və bütün idarəetmə komponentlərinin konfiqurasiyası;
- İnternet-mağazanın xarici sistemlərlə inteqrasiyası;
- Veb-saytla CRM, 1C və s. sistemlər arasında məlumat mübadiləsi;
- Məhsul və ya xidmətlər üçün onlayn ödəniş.
Admin panel istifadəsi asan və sürətli işləkliyə malik olmaqla, sayt sahibinə məhsul, kampaniya və kontent üzərində tam nəzarət imkanı yaradır. Sistemin quruluşu həm genişləndirməyə, həm də API vasitəsilə digər platformalara inteqrasiyaya açıq şəkildə hazırlanır.
- E-ticarət saytı hazırlanması prosesində Kontentin yerləşdirilməsi
Veb-saytın səhifələrinə məlumatların daxil edilməsi, kontentin redaktə edilməsi və yaradılması, məhsulların yerləşdirilməsi. Saytın kontentlə təmin olunması həm idarəetmə paneli vasitəsilə əl ilə, həm də 1C, ERP və digər 3-cü tərəf proqram təminatları ilə avtomatik inteqrasiya yolu ilə həyata keçirilir. Məhsulların adları, təsvirləri, qiymətləri, stok vəziyyəti və digər məlumatlar real vaxtda yenilənə bilər. Bu yanaşma həm operativliyi artırır, həm də insan resurslarına olan ehtiyacı minimuma endirir. Eyni zamanda, SEO üçün önəmli olan meta teqlər, təsvirlər və şəkil adları sistematik şəkildə yerləşdirilərək optimallaşdırılır.
- İnternet mağaza üçün SEO optimallaşdırılması
E-ticarət saytının axtarış sistemlərində yüksək mövqe tutması üçün texniki və struktur səviyyədə SEO optimallaşdırması həyata keçirilir. Saytda düzgün URL strukturu, meta teqlər, alt teqlər, açar sözlərlə zəngin başlıqlar və mobil uyğunluq təmin olunur.
- Meta teqlərdən istifadə: başlıq, təsvir və açar sözlər;
- Səhifə başlıqları: h1, h2, h3;
- txt yaradılması;
- Özünü yeniləyən XML sayt xəritəsi;
- “Schema.org” və “Open Graph” mikro işarəmə alətlərinin tətbiqi;
- Şəkil kompressoru;
- “Google PageSpeed” tövsiyələrinə uyğun olaraq səhifə yükləmə sürətinin optimallaşdırılması;
Hər məhsul səhifəsi SEO baxımından optimallaşdırılaraq indekslənməyə uyğun formatda hazırlanır. Sayt xəritəsi (XML sitemap), robots.txt və Google Search Console inteqrasiyası ilə axtarış sistemləri üçün şəffaflıq yaradılır.
- E-ticarət saytı üçün QA Test və keyfiyyətə nəzarət mərhələsi
İnternet-mağaza şəxsi test serverdə yerləşdirilərək QA (Quality Assurance) prosedurlarına uyğun olaraq funksional və texniki baxımdan sınaqdan keçirilir. Sifariş formaları, filtrasiya sistemləri, ödəniş modulu və bütün interaktiv funksiyalar müxtəlif cihaz və brauzerlərdə yoxlanılır. Eyni zamanda yüklənmə sürəti, mobil uyğunluq, təhlükəsizlik və SEO strukturu üzrə testlər aparılır. Bütün aşkar olunmuş bug-lar aradan qaldırıldıqdan sonra sayt istifadəyə tam hazır vəziyyətə gətirilir.
- Online mağaza Aktivləşdirmə və təhvil mərhələsi
Test mərhələsindən keçmiş internet-mağaza müştərinin seçdiyi hostinq mühitində əsas domen üzərində aktivləşdirilir. Saytın bütün texniki parametrləri – SSL sertifikatı, domen DNS ayarları, e-poçt qurğuları və təhlükəsizlik modulları konfiqurasiya olunur.
- Hostinq və ya müştəri serverində veb-saytın aktivləşdirilməsi;
- Əsas domen adının qeydiyyatı;
- SSL sertifikatının quraşdırılması;
- Veb analitika sistemlərinə inteqrasiya: “Yandex.Metrics” və “Google Analytics”;
- “Yandex” və “Google” vebmaster-ə veb-saytın əlavə edilməsi.
CMS-ə tam giriş təmin edilərək idarəetmə paneli və hüquqlar müştəriyə təhvil verilir. Layihə real istifadəyə tam hazır vəziyyətdə, texniki sənədlərlə birlikdə təqdim olunur.
İnternet mağaza hazırlanmasının biznesiniz üçün nəticəsi
ONE Studio tərəfindən hazırlanmış e-ticarət saytı yalnız texniki baxımdan mükəmməl deyil, həm də istifadəçi təcrübəsi, sürət və SEO göstəriciləri ilə fərqlənir. Brendiniz güvənli, funksional və mobil uyğun platforma üzərindən onlayn satışlarını genişləndirir, müştəri axını artır və rəqəmsal bazarda möhkəmlənir. Avtomatlaşdırılmış idarəetmə sistemləri və 3-cü tərəf inteqrasiyalar sayəsində resurslara qənaət edilir, satışlar isə daha effektiv şəkildə idarə olunur.
- Son texnologiya standartlarına uyğun funksional internet-mağaza;
- Müvafiq layihə üçün xüsusi olaraq müasir dizayn;
- Veb-sayta mobil cihazlar vasitəsilə rahat giriş təminatı;
- Təsdiq edilmiş “Laravel” əsaslı məzmun idarəetmə sistemi;
- Onlayn ödəniş sistemlərinin aktivləşdirilməsi;
- 1C və CRM ilə inteqrasiya;
- İnternet-mağazanın təqdimat və satışa tam hazırlanması.
Siz yalnız mağaza deyil, tam rəqəmsal biznes infrastrukturu əldə edirsiniz.
Online mağaza açmaq qiymətləri və hazırlanma müddəti
Veb-sayt qiymətləri müvafiq texniki şərtlərə uyğun olaraq mütəxəssislərimizin iş saatlarından asılı olaraq layihənin marketinq tədqiqindən sonra müəyyən edilir.Veb-saytın hazırlanma müddəti 3 aydan 6 aya qədərdir. Online mağaza açmaq istəyənlər üçün ən vacib suallardan biri layihənin dəyəri və nə qədər müddətə hazır olacağıdır. E-ticarət saytlarının hazırlanma qiyməti funksional tələblər, dizayn səviyyəsi, məhsul sayı və əlavə modullar (sifariş izləmə, ödəniş sistemləri, anbar idarəetməsi və s.) kimi amillərdən asılı olaraq formalaşır.
Hazırlanma müddəti isə layihənin texniki mürəkkəbliyinə və fərdi xüsusiyyətlərinə görə dəyişə bilər. ONE Studio olaraq, biz hər bir layihəyə fərdi yanaşır, online satış saytınızı effektiv və uğurlu nəticə ilə istifadəyə vermək üçün bütün detalları peşəkar şəkildə planlaşdırırıq.
Online mağaza açmaq və satışlarınızı rəqəmsal platformaya keçirmək istəyirsinizsə, Bakıda və ümumiyyətlə Azərbaycanda etibarlı seçim – ONE Studio-dur. İndi bizimlə əlaqə saxlayın, biznesiniz üçün professional e-ticarət saytı ilə uğura bir addım daha yaxın olun!