CRM hazırlanması
Ümumi baxış
CRM sistemi nədir?
CRM (Müştərilərlə Əlaqələrin İdarə Edilməsi) sistemi - istənilən müştəri yönümlü biznesi uğurla idarə etməyə, planlaşdırmağa və inkişaf etdirməyə imkan verən müştəri münasibətlərinin avtomatlaşdırılması proqramıdır.Bu proqram təminatının inteqrasiyası şirkət daxilində proseslərin tam uçotunu və nəzarətini həyata keçirməyə, həmçinin müştərilər və tərəfdaşlarla səmərəli qarşılıqlı əlaqəni təşkil etməyə imkan verir.
CRM sistemi nə üçün lazımdır?
- Müştərilər üçün satışın sistemləşdirilməsi və idarə edilməsi;
- Hər bir müştəri ilə münasibətlər barədə bütün məlumatların saxlanılması;
- Menecer və departamentlərin fəaliyyətlərinin effektivliyinin monitorinqinin aparılması (görülən işlərin və müştərilərlə qarşılıqlı əlaqənin monitorinqi);
- Məlumatların toplanması (şirkətin adətən hansı mərhələdə müştərilərini itirməsi və potential müştərinin niyə real müştəri olmaması barədə məlumatlar);
- Müştəri xidməti proseslərinin sürətli və tam analitikasının əldə edilməsi;
- Müştəri xidmətlərindəki səmərəsizliyi aradan qaldırmaqla və prosesləri sadələşdirməklə satışın artırılması.
CRM sisteminin yaradılması və onun biznes proseslərinə inteqrasiyası mövcud olan bütün zəif cəhətləri aradan qaldırmaq üçün bir həlldir. Bu sistem sizə şirkətin müştərisinin tam olaraq kim olduğu, nə almaq istədiyi, nə vaxt və haradan gəldiyi və hansı səbəbdən müştəri olmaqdan imtina etməsi barədə məlumatlar əldə etmək imkanı verir. Bundan əlavə, şirkətinizin departamentlərinin iş fəaliyyəti və menecerlərin konkret olaraq nə işlə məşğul olduğu barədə məlumatlar təqdim olunur.
Bu sistem eyni zamanda mütəxəssislərə iş məhsuldarlığını artırmağa imkan verir, nəticədə onlar hesabatların yaradılması və doldurulması, müştəri haqqında məlumatların axtarışı və digər fəaliyyətlər üçün vaxtını sərf etmir. Şirkətin xüsusiyyətlərini və hədəflərini nəzərə alınaaq CRM sisteminin yaradılması və aktivləşdirilməsi cari proseslərin tam mənzərəsini əks etdirir və satışları artırmağa imkan verir.
Müxtəlif sənaye və fəaliyyət sahələri üçün CRM sistemlərinin yaradılması
Şirkətimizin mütəxəssisləri bir çox biznes sahələri, o cümlədən aşağıda göstərilən şirkətlər üçün, proqram təminatını uğurlu yaratmağa nail olublar:
- Loqistika şirkətləri;
- Əmlak agentlikləri;
- Konsaltinq xidməti göstərən şirkətlər;
- İnternet-mağazalar;
- Tikinti şirkətləri.
Xüsusi CRM sisteminin yaradılması mərhələləri
Texniki spesifikasiyaların tərtib edilməsi
Texniki spesifikasiyalar podratçı və sifarişçi tərəfindən birgə tərtib edilir. Şirkətimiz tərəfindən müzakirələr adətən “Skype” proqramı vasitəsilə aparılır. Müştəri istədiyi üsulu seçməkdə sərbəstdir. Müvafiq müzakirələr 90 dəqiqə olmaqla orta hesabla həftədə 2-3 aparılır. Mütəxəssislərimiz tərəfindən texniki spesifikasiyalar tərtib edildikdən sonra onlar müştəriyə təqdim olunur. Müştəri tərəfindən hər hansı şərh və düzəliş ilə bağlı tələb olmazsa növbəti mərhələyə start verilir.
CRM interfeysinin dizaynı
Şirkətimiz müştəriyə iki interfeys variantı təklif edir.
Birinci seçim istifadəçi interfeysidir, yəni CRM sisteminin səhifələri dizayner tərəfindən hazırlanır. Hər səhifə, yəni bütün sahələr, formalar, düymələr, bir sözlə, hər şey müştərinin istəyinə uyğun tərtib olunub.
Müştərinin öz korporativ şəxsiyyəti varsa (məsələn, şriftlər, rənglər və loqo), bu interfeysdə şirkətimiz tərəfindən istifadə olunur. Hər bir səhifə üçün interfeys dizaynını hazırladıqdan sonra təsdiq üçün müştəriyə təqdim olunur, bundan sonra dizayna başlayırıq. İnterfeys dizaynının hazırlanması ən azı bir aylıq iş tələb edir və bu xidmətin dəyəri işin həcmindən asılıdır.
Müştəri pula qənaət etmək istəyirsə, şirkətimiz ikinci interfeys variantını, yəni hazır (şablon) dizaynı təklif edir: menyunun sol və sağ tərəflərində doldurmaq üçün sahələr var. Bir qayda olaraq, müştərilərimizin 90%-i bu seçimdən razıdır və müasir dizaynla bağlı heç bir şikayəti yoxdur. Şirkətimiz müştəriyə şablon seçimi ilə tanış olmaq imkanı verir.
CRM interfeysinin tərtibatı
İnterfeysin hazırlanma texnologiyası fərqli ola bilər.
Klassik versiya - bu, HTML səhifəsidir, lakin müştəri interfeysin səhifəni yenidən yükləmədən, hər hansı animasiyalı əlavələrlə və ya açılan pəncərələri açmadan funksional olmasını istəyirsinizsə, tərəfimizdən “Vue.js” və “AngularJS” texnologiyasından istifadə edilir. Bu “layout” texnologiyası HTML “layout” ilə müqayisədə daha baha başa gəlir, lakin eyni zamanda onun böyük üstünlüyü var - işin sürətini artırır. Bir çox müştərilər iş üçün planşet və ya telefonlardan istifadə edirlər, çünki onlar tez-tez yolda olurlar və yaxud bəzi şirkət işçiləri müəyyən obyektlərdə, məsələn, tikinti sahələrində fəaliyyət göstərirlər. Bu şəraitdə CRM interfeysinin tez yüklənməsi və idarəetmə sisteminin anında işə düşməsi çox vacibdir. Bunun üçün “Vue.js” texnologiyasının tətbiqi uyğun hesab edilir: interfeys bir dəfə yüklənir və telefon yalnız serverdən məlumatları çəkir.
CRM modullarının proqramlaşdırılması
Bu, “layout”-un proqram modullarına inteqrasiya olunduğu mərhələdir. Bu mərhələdə şirkətimiz tərəfindən idarəetmə sisteminin işini elə təmin edir ki, bir düyməni kliklədiyiniz zaman yeni kontakt əlavə edin və ya onu redaktə edin ki, bu və ya digər interfeys səhifəsi açılsın və istifadəçi nəyisə doldura, hansısa fəaliyyəti yerinə yetirə bilsin.
CRM sisteminin test edilməsi
Bu mərhələdə mövcud səhvlər müəyyən edilir və aradan qaldırılır. Bəzən test prosesi zamanı səhvlər yox, məntiqi uyğunsuzluqlar aşkarlanır, yəni bütün iş texniki spesifikasiyalara uyğun həyata keçirilsə də, məntiqi olaraq hər şeyi fərqli etmək lazımdır. Bu məsələ ilə bağlı tərəfimizdən müştəri ilə müzakirə aparılır və ona təkmilləşdirmə ilə bağlı ideyamızı çatdırılır. Müştəri razılıq verdiyi təqdirdə, bu ideya həyata keçirilir.
Bir qayda olaraq, CRM sisteminin yaradılması zamanı bəzi nüansları yekunlaşdırmaq üçün şirkətimizin mütəxəssisləri tərəfindən 10-15 saatlıq iş həyata keçirilir, çünki texniki spesifikasiyaların hazırlanması mərhələsində hər şeyi ən xırda detallara qədər düşünmək mümkün deyil. Bu səbəbdən 10-15 saatlıq test müddəti çox faydalıdır, çünki mütəxəssislərimiz tərəfindən CRM sisteminin yaradılması məntiqi olaraq başa çatdırılır. Müştərinin son razılığından sonra mütəxəssislərimiz tərəfindən iş keyfiyyətli şəkildə tamamlanır.
CRM xidməti
CRM sisteminin yaradılması ilə bağlı bütün işlər tamamlandıqdan sonra şirkətimiz tərəfindən 1 il zəmanət verilir. Bundan sonra CRM sisteminin işləkliyi ilə bağlı hər hansı xəta baş verərsə, müştəri dərhal şirkətimizlə əlaqə saxlayır və bu xəta təmənnasız olaraq mütəxəssislərimiz tərəfindən aradan qaldırılır. Müştəri hər hansı təkmilləşdirmə sifarişi ilə bağlı da şirkətimizə müraciət edə bilər. Bu zaman şirkətimizin mütəxəssisləri tərəfindən təkmilləşdirmə işinin qiyməti və müddəti barədə müştəriyə məlumat verilir. Müştəri razılıq verdiyi təqdirdə tərəfimizdən təkmilləşdirmə işi həyata keçirilir.
Əsas CRM sistem konfiqurasiyasında bütün lazımi funksiyalar
Əsas funksiyalar:
- Əlaqə bazası - müştərilər və qarşı tərəflər;
- Tranzaksiyaların idarə edilməsi;
- Tapşırıqlar və xatırlatmalar;
- Qarşılıqlı əlaqənin tarixi;
- Analitika;
- Məhsullar və xidmətlər;
- İnformasiyanın ixracı və idxalı;
- Sənəd dövriyyəsinin avtomatlaşdırılması;
- Digər xidmətlər;
Əlavə funksiyalar:
- İP telefoniya;
- Veb-sayt;
- “Google Analytics”;
- 1C;
- SMS bildirişləri;
- E-poçt bildirişləri;
- İstənilən xarici sistem;
- Digər xidmətlər;
ONE Studio şirkəti tərəfindən sıfırdan CRM sisteminin yaradılması xidmətinn üstünlükləri
- Yii 2 çərçivəsindən istifadə edərək sistem hazırlanması;
- MVC dəstəyi ilə modul sistem hazırlanması;
- Sistemin hazırlanma mərhələlərinə dəqiq riayət edilməsi;
- Münasib xidmət tarifinin təklif olunması;
- Mütəmadi dəstəyin göstərilməsi.