Artvarium üçün e-ticarət veb saytının hazırlanması
Layihə nömrəsi:
30
Tarix:
19 noyabr 2023
Artvarium — ev heyvanlarına dair məhsullar üzrə ixtisaslaşmış onlayn mağazadır. Bakı şəhərində fəaliyyət göstərən Artvarium, it, pişik, quş və digər ev heyvanları üçün geniş çeşidli məhsullar təqdim edir. Müştərilər üçün pulsuz çatdırılma və rahat sifariş imkanları ilə fərqlənən platforma həm keyfiyyətli məhsul seçimi, həm də müştəri məmnuniyyəti baxımından bazarda güclü yer tutur.
Brendin əsas məqsədi ev heyvanlarının sağlamlığı və rahatlığı üçün zəruri olan məhsulları əlçatan və sadə sifariş mexanizmi ilə təqdim etməkdir. Artvarium — müasir pet mağaza anlayışını Azərbaycanda rəqəmsal şəkildə təqdim edən uğurlu nümunədir.
ONE Studio olaraq bu layihə üçün Next.js texnologiyası əsasında tam funksional e-ticarət veb sayt hazırlamışıq. Hazırladığımız versiya 2023–2024-cü illərdə aktiv istifadədə olmuş və Artvarium-un satış və müştəri məmnuniyyətini rəqəmsal kanalda uğurla dəstəkləmişdir.

Proseslər
Artvarium.az e-ticarət platforması üzrə görülən işlər
Layihənin məqsədi — ev heyvanlarına dair məhsulları onlayn şəkildə rahat sifariş etmək üçün istifadəçi dostu və funksional e-commerce platforma yaratmaq idi.
- Mobil uyğun və intuitiv UI/UX dizayn hazırlanması
- Kateqoriya və məhsul əsaslı strukturun qurulması
- Çoxsaylı məhsul idarəetməsi və dinamik filtr sistemi
- Səbət, ödəniş və sifariş izləmə funksiyalarının inteqrasiyası
- SEO əsaslı məhsul səhifələrinin texniki optimizasiyası
- Next.js texnologiyası ilə sürətli və optimallaşdırılmış performans


















Layihə komandası
Zəhra Q.
Fərid R.
Nəriman Ə.
Nurlan H.
Aynur H.
Digər layihələr

Kaan International üçün onlayn mağazasının hazırlanması
Avtomobil təkərlərinin topdan və pərakəndə satışına yönəlik e-commerce platforma

Tikin.az elan və kataloq saytının hazırlanması
Tikinti materialları üzrə satıcı və alıcıları birləşdirən elan platformasının qurulması

Kinderland uşaq əyləncə mərkəzi üçün veb saytın hazırlanması
Uşaqlar üçün yaradılmış təhsil yönümlü əyləncə şəhərciyi üçün interaktiv veb platformanın hazırlanması
