Promo veb sayt hazırlanması

01

Ümumi baxış

Promo veb sayt hazırlanması – məhsul, tədbir və kampaniyalar üçün kreativ həllər

Promo sayt hazırlanması — müəyyən bir məhsul, xidmət, tədbir və ya kampaniyanın təqdimatı üçün yaradılan, yüksək vizual effektə malik interaktiv veb resursdur. Belə saytların əsas məqsədi auditoriyada maraq oyatmaq, brendi yadda saxlamaq və hədəf auditoriyanı konkret hərəkətə sövq etməkdir. Promo veb saytlar qısa müddətli, lakin güclü reklam alətləri kimi fəaliyyət göstərir. 

Promo veb-saytı marketinq vasitəsidir, onun əsas vəzifəsi müştərilərin məhsullarını, xidmətlərini və ya brendlərini virtual olaraq ziyarətçilərə effektiv şəkildə təqdim etmək, istehlakçıların loyallığını artırmaq və onları satın almağa və ya əməkdaşlıq etməyə təşviq etməkdir. Promo veb-sayt istehlakçıların diqqətini təqdim olunan məhsula yönəltməyə imkan verən ukinal və cəlbedici diyzan həllərinin tətbiqi əasında yaradılır.

Promo sayt nədir və hansı məqsədlə hazırlanır?

Promo sayt — bu, bir məhsulun, yeni brendin və ya aksiyanın tanıtımı üçün nəzərdə tutulan, kreativ dizayn və animasiyalarla zəngin, interaktiv təqdimat səhifəsidir. Bu tip saytlar, əsasən, yeni məhsul buraxılışları, tədbirlər, kinolar, konsertlər, brend aksiyaları və xüsusi layihələr üçün hazırlanır. Onların əsas funksiyası — məlumat vermək deyil, hiss yaratmaqdır.

Promo saytların üstünlükləri

  • Brendin vizual imicini gücləndirir;
  • Reklam və marketinq kampaniyalarına dəstək verir;
  • İstifadəçilərin diqqətini emosional dizaynla cəlb edir;
  • Qısa müddətdə yüksək trafik və maraq yaradır;
  • Yeni məhsul və ya tədbirin tanıtımını effektiv edir.

Promo sayt kimlər üçün uyğundur?

  • Yeni məhsul və ya xidmət təqdim edən şirkətlər üçün;
  • Marketinq və PR kampaniyaları həyata keçirən brendlər üçün;
  • Tədbir və aksiyaların reklamı üçün;
  • Yeni film, konsert, sərgi və ya layihə tanıtımı üçün;
  • Startup və kreativ agentliklər üçün.

Promo sayt hazırlanması mərhələləri

Tərəfimizdən müvafiq tapşırıqlar öyrənilir, texniki şərtlərin və layihə smetaları tərtib edilir. Bundan əlavə, veb-saytınızın hazırlanması barədə tərəfimizdən müvafiq müqavilə imzlanır. 

  • Analiz və texniki tapşırığın formalaşdırılması

Layihənin məqsədi, auditoriyası və kommunikasiya tərzi müəyyən olunur. Promo saytın yaradılacağı platforma (HTML5, WebGL və ya CMS) seçilir, vizual istiqamət və interaktiv elementlər planlaşdırılır.

  • Dizayn konsepsiyası

Şirkətinizin korporativ kimliyinə uyğun olaraq və əsas veb-səhifə nümunələrindən istifadə etməklə tərəfimizdən müvafiq dizayn konsepsiyası hazırlanılır. Promo saytlar üçün dizayn sadəcə estetik deyil — o, emosional təsir yaradır. UI/UX dizayn mərhələsində animasiyalar, 3D elementlər, keçidlər və istifadəçi ssenariləri hazırlanır. ONE Studio komandası brendin kimliyinə uyğun, vizual hekayə formalaşdırır. Promo veb sayt dizaynı digər formatlardan fərqli olaraq daha emosional və hekayə yönümlüdür. Rəng, səs, animasiya və mətn birlikdə bir atmosfer yaradır. Bu cür saytlar çox vaxt scroll animasiyaları, parallax effektləri, 3D obyektlər və interaktiv keçidlərdən istifadə edir.

  • Daxili səhifə dizaynı, qrafika

Tərəfmizdən veb-saytınızın bütün daxili səhifələrinin dizaynı (iş masası, planşet və smartfon üçün planlar daxil olmaqla) hazırlanılır. Ekran ölçüləri: 1920px, 1366px, 768px, 320px;

  • Front-end proqramlaşdırma

HTML5, CSS3, JavaScript və React texnologiyaları əsasında promo saytın dinamik və interaktiv hissələri hazırlanır. Sayt tam mobil uyğun (responsive) şəkildə tərtib edilir və brauzerlərarası uyğunluq təmin olunur.

  • Back-end və inteqrasiya

Əgər promo layihədə formalar, animasiya idarəetməsi və ya CMS sistemi tələb olunursa, onlar Laravel və ya Node.js bazasında inteqrasiya olunur. İstəyə əsasən, analitika və video yerləşdirmə modulları da əlavə edilir. İdarəetmə sistemində veb-saytınızın daxili strukturunun yaradılması, informasiya bloklarının və bütün idarəetmə komponentlərinin konfiqurasiyası, məhsul və ya xidmətlər üçün onlayn ödəniş qoşulması. 

  • Kontentin yerləşdirilməsi

Tərəfimizdən veb-saytınızın səhifələrinə lazımi məlumatlar daxil edilir, müvafiq kontent yaradılır və redaktə edilir.

  • Test və aktivləşdirmə

Hazır promo sayt müxtəlif cihazlarda test edilir, yüklənmə sürəti, performans və animasiya axıcılığı yoxlanılır. Bütün düzəlişlər tamamlandıqdan sonra sayt əsas domen üzərindən aktivləşdirilir.

ONE Studio-dan promo sayt hazırlanması

ONE Studio komandası promo saytların hazırlanmasında kreativ yanaşma, vizual mükəmməlliktexniki sabitliyi birləşdirir. Bizim promo saytlarımız auditoriyada emosional təəssürat yaradır, brendin mesajını gücləndirir və satışlara müsbət təsir göstərir.

Zəmanət və texniki dəstək

Promo sayt istifadəyə verildikdən sonra 1 ay ərzində texniki dəstək və performans zəmanəti təmin olunur. Bütün animasiya və interaktiv elementlər stabil şəkildə işləməsi üçün mütəmadi testlər aparılır. Müştərinin istəyi ilə əlavə kontent yeniləmələri də həyata keçirilə bilər.

Promo saytlar — diqqət çəkən dizayn, fərqli ideya və brend enerjisinin ən təsirli birləşməsidir. ONE Studio ilə siz məhsulunuzu və kampaniyanızı rəqəmsal dünyada unudulmaz şəkildə təqdim edə bilərsiniz. İndi sifariş edin, brendinizin hekayəsini biz dizayn edək!

Promo saytların hazırlanması müddəti və qiymətləri

Veb-saytların hazırlanması qiymətləri müvafiq texniki şərtlərə uyğun olaraq mütəxəssislərimizin iş saatlarından asılı olaraq layihənin marketinq tədqiqindən sonra müəyyən edilir.

Üstünlüklərmiz

2007-ci ildən şirkətimiz veb layihələr həyata keçirir. Ötən müddət ərzində şirkətimiz fəaliyyətini sistemli yanaşma əsasında icra etməyə nail olub, bu da öz növbəsində mütəxəssislərimizə istənilən layihəni bütün müasir tendensiyaları nəzərə almaqla mükəmməl şəkildə icra etməyə imkan verir. Sonda tərəfimizdən müştərilərə ən xırda detallarına qədər düşünülmüş, tamailə hazır veb-sayt təqdim olunur.

Promo sayt hazırlanma nəticə necə olacaq?

  • Son standartlara uyğun funksional promo veb-sayt;
  • Müvafiq layihə üçün xüsusi olaraq müasir dizayn;
  • Veb-sayta mobil cihazlar vasitəsilə rahat giriş təminatı;
  • Promo sayt üçün CMS əsaslı məzmun idarəetmə sistemi;
  • Veb-saytın təqdimata və satış xidmətinə tam hazır olması.

Yadda qalan kampaniya və tanıtım reklamı üçün ideal həll – ONE Studio-dan promo sayt hazırlanması.

Promo sayt hazırlanması – Reklam və kampaniya üçün veb sayt sifarişi | ONE studio