Azərbaycanda Alman İrsi layihəsi üçün veb saytın hazırlanması
Layihə nömrəsi:
23
Tarix:
5 may 2024
Azərbaycanda Alman İrsi layihəsi XIX–XX əsrlərdə alman arxitektorlarının Azərbaycanda, xüsusilə də Bakıda inşa etdiyi memarlıq nümunələrini araşdırmaq və bu irsi ictimaiyyətə tanıtmaq məqsədi daşıyır. Layihə bu binaların tarixini, memarlıq üslubunu və bugünkü vəziyyətini sənədləşdirir, geniş auditoriyaya vizual və məlumat yönümlü platforma təqdim edir.
Layihə Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir və Azərbaycan-Almaniya mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. ONE Studio olaraq bu təşəbbüs üçün çoxdilli, mobil uyğun və Laravel texnologiyası ilə hazırlanmış istifadəsi rahat veb sayt yaratdıq.

Proseslər
Azərbaycanda Alman İrsi layihəsi üçün hazırlanmış veb sayt üzrə görülən işlər
Layihə üçün əsas məqsəd alman memarlıq irsini müasir dizayn və texniki həllərlə təqdim edən istifadəsi asan və informativ platforma yaratmaq idi.
- UI/UX dizayn: Tarixi vizualları və memarlıq üslubunu əks etdirən zərif interfeys
- Texniki əsas: Laravel framework-u ilə yüksək təhlükəsizlik, sürət və idarəetmə imkanı yaradıldı
- Mobil uyğunluq: Tam adaptiv dizaynla bütün cihazlarda problemsiz istifadə
- Kontent strukturu: Binalar üzrə arxivlər, xəritə modulu, memar profilləri və tarix bölməsi
- Çoxdilli dəstək: Azərbaycan, İngilis, Rus və Alman dillərində interfeys








Layihə komandası
Ləman K.
Fərid Z.
Nəriman Ə.
Həmid H.
Digər layihələr

Kaan International üçün onlayn mağazasının hazırlanması
Avtomobil təkərlərinin topdan və pərakəndə satışına yönəlik e-commerce platforma

Tikin.az elan və kataloq saytının hazırlanması
Tikinti materialları üzrə satıcı və alıcıları birləşdirən elan platformasının qurulması

Bayıl Marina üçün təqdimat veb səhifəsinin hazırlanması
Dəniz mənzərəli premium yaşayış kompleksi üçün vizual cəhətdən zəngin təqdimat veb səhifəsinin hazırlanması
