Bahar Store onlayn mağazasının hazırlanması
Layihə nömrəsi:
31
Tarix:
9 noyabr 2024
Bahar Store — 2017-ci ildə yaradılmış və gözəllik, sağlamlıq məhsulları sahəsində fəaliyyət göstərən onlayn mağazadır. Şirkət Avropada populyar olan "drogerie" pərakəndə formatını Azərbaycana tətbiq edərək müasir, sürətli və rahat alış-veriş təcrübəsi təqdim edir. Geniş məhsul çeşidi və əlçatan qiymətləri ilə Bahar Store minlərlə istifadəçinin gündəlik ehtiyaclarını qarşılayır.
Fərdi xidmət yanaşması, keyfiyyətli məhsullar və rəqəmsal rahatlıq brendin əsas prinsipləridir. Onlayn platforma üzərindən alış-veriş edən istifadəçilər sadə interfeys və çevik sifariş sistemi ilə qarşılaşırlar.
ONE Studio olaraq bu layihə üçün Next.js texnologiyası ilə hazırlanmış, sürətli və tam funksional e-commerce veb sayt qurmuşuq. Platforma həm mobil uyğun dizayn, həm də filtrasiya və məhsul idarəetməsi baxımından istifadəçi dostu təcrübə təqdim edir.

Proseslər
Bahar Store onlayn mağazası üzrə görülən işlər
Layihənin məqsədi — geniş məhsul portfelini müasir onlayn alış-veriş mühiti ilə birləşdirən, stabil və çevik e-ticarət sistemi yaratmaq idi.
- Next.js texnologiyası ilə sürətli və SEO-uyğun sayt hazırlanması
- Mobil uyğun və istifadəsi asan UI/UX dizayn
- Məhsul kateqoriyaları üzrə strukturlaşdırılmış kontent
- Dinamik filtr sistemi və istifadəçi paneli funksiyaları
- Səbət, sifariş və çatdırılma inteqrasiyaları
















Layihə komandası
Ləman K.
Fərid R.
Nəriman Ə.
Nurlan H.
Digər layihələr

Kaan International üçün onlayn mağazasının hazırlanması
Avtomobil təkərlərinin topdan və pərakəndə satışına yönəlik e-commerce platforma

Tikin.az elan və kataloq saytının hazırlanması
Tikinti materialları üzrə satıcı və alıcıları birləşdirən elan platformasının qurulması

Kinderland uşaq əyləncə mərkəzi üçün veb saytın hazırlanması
Uşaqlar üçün yaradılmış təhsil yönümlü əyləncə şəhərciyi üçün interaktiv veb platformanın hazırlanması
