Digital marketinq strategiyası xidməti
Ümumi baxış
Rəqəmsal strategiya olmadan veb-saytınızın aktivləşdirilməsi “təhlükəsiz kəndiri olmadan kosmosa getmək” kimidir. Rəqəmsal strategiya olmadan hər hansı bir müəssisənin uğur qazanmasından söhbət belə gedə bilməz. İnternet marketinq strategiyasının hazırlanması internetin biznesiniz üçün üstünlükləri və uğur qazanmaq üçün nə etməli olduğunuz barədə aydın təsəvvür əldə etməyə imkan verir.
ONE Studio şirkəti tərəfindən hazırlanan rəqəmsal strategiyanın tərkibi
Bazar və rəqiblər
Şirkətin rəqəmsal strategiyasının işlənib hazırlanmasının bir hissəsi olaraq tərəfimizdən sizin əsas rəqibləriniz, xüsusiyyətləriniz, bazardakı mövqeyiniz, şirkətin oradakı payı və bu payı genişləndirmək imkanları təhlil edilir.
Hədəf auditoriyası
Hədəf auditoriyanın portreti formalaşdırılır, onun problemləri, etirazları, ehtiyacları, üstünlükləri və tətikləri təsvir edilir. Bundan əlavə, tərəfimizdən hədəf auditoriyanın istəklərinin qarşılamağın yolları müəyyən edilir.
Mövqeləşdirmə
Məhsulunuz istehlakçı tələbi və bazar təklifləri prizmasından nəzərdən keçirilir, onun unikal satış təklifi inkişaf etdirilir və marketinq mesajları formalaşdırılır.
Elementlər və alətlər
Onlayn satış hunisi qurarkən tərəfimizdən müştərini cəlb etmək və qoruyub saxlamaq imkanı verəcək ən effektiv elementlər və alətlər seçilir.
Büdcə və resurslar
Əsas məlumatları və fəaliyyətlərin miqyasını qiymətləndirərək tərəfimizdən rəqəmsal marketinq strategiyasının məqsədlərinə çatması üçün büdcə hesablanılır və addım-addım icra planını hazırlanılır.
Mənfəət və KPI
Rəqəmsal strategiyanın əsasını həmişə şirkətin qazancı təşkil edir. Bütün addımlar satış prosesini və dövriyyəni artırmaq, hədəflənməmiş potensial müştəriləri azaltmaq məqsədi daşıyır.
Rəqəmsal marketin strategiyasına niyə ehtiyac var?
Müştərilərin məhsulları, rəqabət mühiti və tələbi tərəfimizdən təhlil edilir, məqsədlərə çatmaq üçün son tarixlər proqnozlaşdırılır. Bundan əlavə, müştərilərin büdcələri hesablanılır və atılması lazım olan addımlar təsvir edilir. Müştərilərin etməli olduğu şey bütün tövsiyələrə (bizimlə və ya bizsiz) riayət etmək və mənfəət əldə etməkdir.
Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması aşağıda qeyd olunan mühüm suallara strukturlaşdırılmış cavablar tapmağa imkan verir:
- Biznesinizi tanıtmaq üçün hansı kanallar və platformalar daha effektivdir?
- SEO, reklam, SMM, e-poçt marketinqi və digər sahələr üzrə mütəxəssislər üçün hansı KPI (əsas effektivlik göstəricisi) müəyyən edilməlidir?
- Onlayn tədbirlərdən hansı nəticələri gözləmək olar?
- İstədiyiniz nəticəni əldə etmək üçün hansı addımlar atılmalıdır?
- Şirkətinizin onlayn məqsədlərinə çatmaq üçün nə qədər vəsait, vaxt və işçi qüvvəsi lazımdır?
Nəticədə, siz dərhal işə başlaya və müəyyən edilmiş vaxt çərçivəsində nəzərə çarpan uğurlu nəticələr əldə edə biləcəyiniz brendinizi virtual olaraq tanıtmaq üçün ətraflı addım-addım təlimat alırsınız. Onlayn marketinq strategiyanızın həyata keçirilməsini bizə həvalə edin. Məqsədlərinizə çatmağı necə sürətləndirəcəyimizi və maddi qazanc gətirməyəcək vaxt sərfiyyatına necə mane olacığımızı çox yaxşı bilirik.
Onlayn təşviq strategiyasının hazırlanması prosesi
Bazar təhlili və məhsul araşdırması
- Ölçülə bilən biznes məqsəd və vəzifələrinin formalaşdırılması;
- Bazarın, onun həcmi və xüsusiyyətlərinin araşdırılması;
- Şirkətinizin xidmət və məhsullarının strukturunun öyrənilməsi;
- Şirkətinizin biznes planı ilə tanışlıq;
- Rəqiblərin veb-saytlarının təhlili.
Vebsaytın, marketinq və satış prosesinin tədqiqi
- Şirkət üçün onlayn marketinqinin vəziyyətinin təthlil edilməsi;
- Veb-sayt və reklam kompaniyalarının ekspress auditinin həyata keçirilməsi;
- Ərizələrin və zənglərin işlənməsi prosesinin öyrənilməsi;
- Daxil olan müraciətlərin və zənglərin qiymətləndirilməsi;
- Problemli sahələrin və inkişaf sahələrinin müəyyənləşdirilməsi;
Hədəf auditoriyasının təhlili
- Potensial auditoriyanın əhatə dairəsinin araşdırılması;
- Auditoriyanın seqmentləşdirilməsi, tipik bir müştəri portretinin yaradılması;
- Qərar vermə prosesinin və müştəri ilə qarşılıqlı əlaqənin təsvir edilməsi;
- Auditoriyanın şirkətin məhsul və xidmətlərinə olan tələblərinin öyrənilməsi;
- Auditoriyanın əsas ehtiyaclarının və etirazlarının araşdırılması;
Unikal satış təklifinin formalaşdırılması
- Cari unikal satış təklifinin və şirkətinizin üstünlüklərinin öyrənilməsi;
- Unikal satış təklifinin rəqiblərinizin üstünlükləri ilə müqayisə edilməsi;
- Hər bir auditoriya seqmenti üçün yeni unikal satış təklifinin və onun üstünlüklərinin formalaşdırılması;
- Məhsulunuzun (və ya xidmət) müxtəlif kanallar və hədəf auditoriya seqmentləri üçün qablaşdırılması;
Rəqəmsal strategiyanın hazırlanması
- Şirkətinizin veb-saytının hazırlanması və ya təkmilləşdirilməsi üçün texniki spesifikasiyaların formalaşdırılması;
- 6-12 ay ərzində axtarış sistemlərinin təşviqi strategiyasının tərtib edilməsi;
- Ödənişli trafik cəlb etmək üçün müvafiq kanalların seçilməsi: axtarışda, sosial şəbəkələrdə və xarici saytlarda reklamların yerləşdirilməsi;
- SMM və e-poçt marketinqi də daxil olmaqla məzmun marketinq strategiyasının formalaşdırılması;
- Bütün kanallar vasitəsilə və virtual olaraq sifarişlərin həcminin proqnozlaşdırılması.
Onlayn marketinq strategiyasının həyata keçirilməsi planının tərtib edilməsi
- Strategiyanın ardıcıl şəkildə həyata keçirilməsi üçün müvafiq planın hazırlanması;
- Əsas mərhələlərin həyata keçirilməsi üçün büdcələrin hesablanması;
- İcra müddətinin təxmin edilməsi;
- Aylar üzrə (6-12 ay) iş qrafikinin tərtib edilməsi;
- Bütün onlayn marketinq kanalları üzrə nəticələrin proqnozlaşdırılması;
Strategiyanın təqdimatı
Tərəfimizdən şirkətin hərtərəfli rəqəmsal strategiyasının təqdimatı hazırlanılır.