SMM xidməti
Ümumi baxış
Sosial şəbəkələrdə hər bir bəyənmə, şərh və ya repost hər hansı bir istifadəçini müştərinizə çevirmək üçün ilk addım ola bilər. ONE Studio şirkəti olaraq bizim mütəxəssislərimiz tərəfindən peşəkar və uğurlu SMM xidmətləri təklif olunur.
SMM təşviqi biznesinizin idarə edilməsi üçün nəzərdə tutulan funksional fəaliyyətlər toplusudur. Bu gün sosial şəbəkələr mobil platformalara tam uyğunlaşdırılıb və nəticədə hədəf qrupu rəyini mümkün qədər tez və operativ şəkildə ifadə edə bilir. Bunun üçün adi veb-saytlarda olduğu kimi axtarış motorlarından gələn trafiki artırmağa ehtiyac yoxdur.
Sosial media
SMM təşviqi üçün sosial şəbəkə seçmək uğurun əsas addımıdır. ONE Studio şirkəti olaraq biz hədəf auditoriyanıza, biznes məqsədlərinizə və büdcənizə əsaslanaraq ən yaxşı platformanı seçməkdə sizə dəstək göstəririk.
“Facebook”-da təşviqat
“Facebook” biznes məqsədlərinizə çatmaq üçün əla platformadır. Bu platformada yüksək orta satış qabiliyyətinə malik unikal auditoriya mövcuddur.
“Instagram”-da təşviqat
“Instagram” profilinizi tanıtmaq və təşviq etmək üçün nəzərdə tutulan düzgün strategiya yeni müştərilər və izləyicilər cəlb etmək baxımından effektiv üsuldur.
“LinkedIn”-də təşviqat
Biz “LinkedIn” sosial şəbəkə vasitəsilə biznesinizin peşəkar əlaqələr yaratmasına yardımçı oluruq.
SMM xidmətlərinə nələr daxildir?
Satışlarınızı artırmaq, brendinzi gücləndirmək və ya müştəri bazanızı genişləndirməklə bağlı hədəflərinizə çatmaq və istədiyiniz nəticələri əldə etmək üçün tərəfimizdən fərdi strategiya hazırlanılır.
Sosial media auditi
- Məzmunun təhlil edilməsi (paylaşımların məzmununun, paylaşımların tezliyinin və səs tonunun qiymətləndirilməsi);
- Vizual komponentin təhlil edilməsi;
- Auditoriyanın iştirak səviyyəsinin ölçülməsi;
- Sosial şəbəkə hesablarının idarə olunması ilə bağlı səhvlərin aşkar edilməsi və onların aradan qaldırılması üçün tövsiyələrin hazırlanması;
*Şirkətin ünsüyyət üsulu (sözlər, intonasiya və peşəkar terminologiya) brendin kimliyini və dəyərlərini əks etdirir.
Rəqiblərin təhlili
- Rəqib şirkətlərinin siyahısının müəyyənləşdirilməsi;
- Rəqiblərin auditoriyalarının həcminin ölçülməsi və onların sizin auditoriya ilə müqayisəsi;
- Rəqiblərin veb-səhifələrinin məzmununun və vizual komponentlərinin qiymətləndirilməsi;
- Bazardakı mövqeyinizin müəyyənləşdirilməsi və müvafiq inkişaf sahələrinin təyin edilməsi;
Məzmun planı
- Müvafiq məzmunun (təşviqedici, cəlbedici, viral, nüfuzlu və s.) müəyyənləşdirilməsi və biznes sahənizə uyğun məzmun növlərinin seçilməsi;
- “Instagram” üçün unikal heşteqlərdən seçilməsi;
- Uyğun səs tonunun və ya brend tonunun seçilməsi;
- Paylaşımlar üçün rubrikatorların yaradılması (hədəf auditoriyasının məqsədləri nəzərə alınaraq 4-7 rubrika seçilir. Hər bir rubrikanın öz məqsədləri var: satış, məlumatverici və əyləcə);
- Paylaşımlar üçün müvafiq cədvəlin yaradılması;
Sosial media menecmenti
- Sosial media hesablarınıza paylaşımların və kontentlərin yerləşdirilməsi;
- “Facebook Messenger”-də avtomatik salamlaşma və cavablandırma sistemin aktivləşdirilməsi (çatbotlar);
- Aparıcı sosial şəbəkələrdə brendiniz barədə qeydlərin izlənilməsi və onlara cavab verilməsi; bütün şərhlərin (satış menecerində göndərilən sorğular istisna olmaqla) cavablandırılması;
- Əlavə auditoriyanın cəlb edilməsi üçün mexanizmlərin təklif və tətbiq edilməsi (müxtəlif yarışlardan tutmuş həmfikir şirkətlərlə əməkdaşlıq);
Məqsədli reklamın təşkili
- Sosial şəbəkələrdə məqsədli reklamın dəyəri əlavə olaraq ödənilir (media planına uyğun olaraq reklam büdcəsi və agentlik komissiyası əsasında).
- Reklam hesabının yaradılması (mövcud olmadığı təqdirdə);
- Auditoriya parametrlərinin (cins, yaş, geolokasiya, peşə, maraqlar) təyin edilməsi;
- Yerləşdirmələrin, yəni reklamlarınızın yerləşdiriləcəyi yerlərin müəyyənləşdirilməsi ( Stories Facebook/Instagram, Facebook Messenger, Facebook/Instagram Feed və s.);
- Reklam büdcəsi və cədvəlinin, həmçinin reklam kampaniyasının müddətinin təyin edilməsi;
- Müştəri tərəfindən təqdim edilmədikdə sosial şəbəkələrdə reklamlar üçün bannerlərin hazırlanması (bunun üçün əlavə ödəniş tələb olunur);
- “Facebook” və ya “Instagram” plaformalarında reklam kampaniyaların təşkil edilməsi və onların effektivliyinin təmin edilməsi;
- Aylıq hesabatların təqdim edilməsi;
Bloqqerlər vasitəsilə reklam
- Müvafiq mövzu ilə bağlə rəy liderlərinin siyahısının tərtib edilməsi;
- Hər bir bloggerin əməkdaşlıq şərtlərinin (reklam postunun yerləşdirilməsi, dəyəri və ödəniş üsulu) öyrənilməsi;
- Reklam platformalarının və formatlarının müştəri ilə birgə təsdiq edilməsi; xidmətin dəyəri abunəçilərin sayının paylaşımların dəyərinə nisbəti, eləcə də əlaqəlilik səviyyəsi əsasında ödənilir;
- Müvafiq mətnin (hazır banner və ya şəkil müştəri tərəfindən təqdim olunur) hazırlanması və yerləşdirilmə tarixinin razılaşdırılması;
- Reklam nəşrinin vaxtında dərc olunmasına nəzarət edilməsi;
- bloqqerlər vasitəsilə reklam kampaniya haqqında hesabatın təqdim edilməsi;
*Əlaqəlilik dərəcəsi nəşri görən abunəçilərin sayının abunəçilərin ümumi sayına nisbətidir.