Veb analitika xidməti
Ümumi baxış
Hər bir müştəri layihənin hazırlanmasına, optimallaşdırılmasına və daha da irəliləməsinə sərmayə qoyduqdan sonra nəticəni görmək, əsas effektivlik göstəricikərini dəyişdirmək və təkmilləşdirmək istəyir. Reklam kampaniyalarının nəticələrini vizual qiymətləndirmək və onların effektivliyini ədədi olaraq ölçmək üçün veb-analitikaya ehtiyac var.
Veb-analitika saytlardan və digər mənbələrdən əldə edilən keyfiyyət və kəmiyyət məlumatlarının təhlil edilməsi prosesidir və onların təkmilləşdirilməsinə töhvə verir:
- Bütün reklamlar üzrə geri ödəmə;
- İstifadəçinin veb-saytla asan qarşılıqlı əlaqəsi;
- Əsas effektivlik göstəricilərinin yaxşılaşdırılması;
Bütün məlumatların toplanması üçün aşağıda qeyd olunan güclü analitik alətlərə ehtiyac var:
- “Yandex.Metrica” və “Google Analytics” statistika sistemləri;
- Hədəf fəaliyyətlərin təhlili üçün əlavə xidmətlər: zənglərin izlənməsi, onlayn məsləhətçi və s.
Bu alətlərə sahib olmaq, əlbəttə ki, zəruridir, lakin kifayət deyil. Bu, düzgün tənzimləmə və alınan məlumatın dolğunluğundan istifadə bacarığı tələb edir. Buna görə bir çox insanlar məntiqli addım ataraq peşəkar şirkətlərin veb-analitik xidmətlərindən yararlanırlar.
ONE Studio-nun əməkdaşları şirkətin mövcud olduğu 10 ildən artıq müddətdə ən qabaqcıl alətlərdən istifadə edərək veb-analitika ilə məşğul olurlar. Şirkətmiz istənilən mürəkkəblik səviyyəsindəki problemləri həll etməyə və münasib qiymətlərlə effektiv veb-analitika ilə məşğul olmağa imkan verən böyük təcrübəyə sahibdir.
Veb-analitika kimə və niyə lazımdır?
Ümumiyyətlə, veb-analitika peşəkar fəaliyyəti internetlə əlaqəli olan və effektiv nəticələr hədəfləyən hər kəs tərəfindən sifariş edilməlidir.
Müvafiq biznes sahəsinin və onun üçün yaradılan veb-saytın əsas vəzifəsi qazanc əldə etmək, effektivliyi təmin etmək və qarşıya qoyulan məqsədlərə çatmaqdır. Yalnız düzgün konfiqurasiya edilmiş veb-analitika hədəflənmiş göstəricilərə nail olmağa, onları ölçməyə və təkmilləşdirməyə kömək edir. Veb analitika kimə lazımdır?
Onlayn fəaliyyət göstərən biznes sahibləri üçün veb-analitika:
- Veb-analitika biznesinizin inkişafı ilə bağlı qərarların qəbulu üçün əsas kimi çıxış edir;
- Veb-analitika sizə reklam kanalları üzrə investisiyaları düzgün bölməyə imkan verir;
- Veb-analitika mümkün biznes problemlərinizi qabaqcadan görməyə və onların qarşısını effektiv şəkildə almağa imkan verir;
İnternet marketoloqları üçün veb-analitika:
- Veb-analitika sizə auditoriya ilə ən effektiv ünsiyyət kanallarını müəyyən etməyə imkan verir;
- Veb-analitika sizin üçün düzgün marketinq alətlərinin seçilməsi prosesini asanlaşdırır;
- Veb-analitika sizə konkret reklam kampaniyası və ümumilikdə biznesiniz üçün ən uyğun olan auditoriyanı tapmağa kömək edir;
SEO tapşırıqları üçün veb-analitika:
- Veb-analitika veb-saytınızın axtarış motorunun optimallaşdırılması üçün göstərilən səylərin effektivlik dərəcəsini ölçməyə imkan verir;
- Veb-analitika xüsusi diqqət tələb edən “dar keçidlərin” aşkarlanmasına imkan verir;
- Veb-analitika nəticələri yaxşılaşdırmağa imkan verir və nəticədə reytinqlərə müsbət təsir göstərir;
- Veb-analitika potensial “artım nöqtələrinin” mövcudluğunu müəyyənləşdirməyə imkan verir;
Startaplar üçün veb-analitika:
- Veb-analitika investisiyaların cəlb edilməsi prosesini sadələşdirir;
- Veb-analitika hər hansı bir layihənin iqtisadi dəyərini artırmağa kömək edir;
- Veb-analitika layihənin inkişafına töhvə verir;
Xüsusilə veb-analitikaya ehtiyacınız varmı?
Yuxarıda qeyd olunanlara əsaslanaraq, sualı başqa cür qoymaq lazımdır: Veb-analitika, ümumiyyətlə, lazım deyil? Məqsədlərinizə çatmaq üçün hansı veb-analitikaya ehtiyacınız var?
Bütün veb-analitika prosesi aşağıda qeyd olunan bir neçə mərhələdən ibarətdir:
- “Hazırda veb-saytımla bağlı nə baş verir?” sulanına cavab verən məlumatların əldə edilməsi;
- Veb-saytınızın ziyarətçi sayı nə qədərdir?
- Ziyarətçilər veb-saytınıza əsasən nəyin vasitəsilə (reklamlardan, axtarış sistemlərindən və ya sosial şəbəkələrdən) cəlb olunurlar?
- Ziyarətçilər veb-saytınızda nə qədər vaxt keçirirlər?
- Ziyarətçilər masaüstü cihazlar və ya mobil cihazlar vasitəsilə veb-saytınıza daxil olurlar?
- Ziyarətçilər veb-saytınıza hansı şəhərlərdən daxil olurlar?
- Ziyarətçiləriniz əsasən kişi və ya qadınlardır?
Bu proses necə baş verir?
- Keçən aya nisbətən daha çox və ya daha az ziyarətçiniz olub? Mövsümi əmsallar nəzərə alınıb?
- Bəs keçən ilin eyni ayı ilə müqayisədə göstəricilər necədir?
- “Yandex” platformasından gələn ziyarətçilərin “Google”-dan gələnlərə nisbəti dəyişibmi?
- Kontekstli reklam üçün büdcənin ikiqat artırılması ziyarətçi sayının ikiqat artması ilə nəticələndimi?
- Veb-saytınızın yenidən dizayn edilməsi ziyarətçilərin internet resursunuza sərf etdiyi vaxtda artıma səbəb olubmu?
“Niyə bu baş verir?” sualına cavab vermək üçün hazırlanmış eksperimentlər.
- Ziyarətçilərin veb-saytınıza sərf etdiyi orta vaxt onların lazımi məlumatları daha tez tapdıqlarına görə azalıb, yoxsa əksinə, tapmadıqları üçün ümidsizliyə qapılıb rəqiblərinizin internet resurslarına daxil olurlar?
- Trafik ikiqat çoxaldığı bir zamanda nəyə görə mənfəət cəmi 5% artıb? Buna səhv hədəfləmə strategiyası və ya əlverişsiz alış-veriş səbəti səbəb olubmu?
- “Bir kliklə alış-veriş et” xidməti konversiya üçün nəzərdə tutulub?
Veb-analitikasının aparılması üçün standart tapşırıqlar
“Google Analytics” tənzimlənməsi
Tərəfimizdən “Google Analytics” hesabınızda lazımi parametrlər, hadisələr, hesabatlar və bildirişlər konfiqurasiya edilir. Bundan əlavə, veb-saytın və analitik sistemin inteqrasiyası üçün texniki spesifikasiyalar hazırlanılır.
“Universal Analytics”-dən yeni “Google Analytics 4”-ə keçid
Tərəfimizdən yeni “Google Analytics 4” resursunda məlumatların toplanması tənzimlənilir, lazımı tədbirlər həyata keçirilir və sizin veb-saytınızdan analitika sisteminə məlumatların ötürülməsi üçün texniki spesifikasiyalar hazırlanılır.
Qabaqcıl elektron ticarətin tənzimlənməsi
Tərəfimizdən qabaqcıl elektron ticarətin tənzimlənməsi həyata keçirilir və məlumatların “Google Tag Manager” vasitəsilə ötürülməsi təmin edilir. Bundan əlavə, veb-sayt istifadəçilərinin satınalmaları və hərəkətləri haqqında məlumatların analitika sisteminə ötürülməsi üçün texniki spesifikasiyalar hazırlanılır.
Ölçmə protokolunun hazırlanması
Tərəfimizdən CRM və ERP sistemlərindən, verilənlər bazalarından və digər xarici mənbələrdən satınalmalar və istifadəçi fəaliyyətləri haqqında məlumatların “Google Analytics”-ə ötürülməsi üçün texniki spesifikasiyalar hazırlanılır.
“Google Tag Manager”-nin tənzimlənməsi
Tərəfimizdən “Google Tag Manager” sistemində lazımi triggerlər, təqlər və dəyişənlər konfiqurasiya edilir, vacib izləmə kodlarını tətbiq etmək məqsədilə proqramçılar üçün texniki spesifikasiyalar hazırlanılır.
Hansı data ilə işləyirik?
Reklam sistemləri
Tərəfimizdən istənilən reklam sistemlərindən (“Google Ads”, “Facebook Ads”) kliklər, nümayişlər, auditoriyalar və digər parametrlər haqqında məlumatlar əldə edilir.
Veb-analitika sistemləri
Tərəfimizdən veb-saytınızın və ya tətbiqin effektivliyini dərindən qiymətləndirmək, onu satış və mənfəət məlumatları ilə birləşdirmək üçün “Google Analytics”, “AppsFlyer” və ya digər veb-analitika platformalarından istənilən məlumatın yüklənilməsi təmin edilir.
CRM (Müştəri Əlaqələri Menecmenti) və ERP (Müəssisə Resurslarının Planlaşdırılması) sistemləri
Tərəfimizdən tranzaksiya və müştəri məlumatlarının emalı həyata keçirilir, marketinq effektivliyinə dair dolğun məlumat əldə etmək üçün onlar reklam kampaniyası məlumatlarına inteqrasiya edilir.
Mühasibat və anbar uçotu sistemləri
Tərəfimizdən sizin 1C və ya digər mühasibat sistemlərindən alınan məlumatlar maliyyə vəsaitlərnin və ya malların hərəkətinin analitikası üçün emal edilir.