Kontent marketinq xidməti
Ümumi baxış
Veb-saytınızda yerləşdirilən kontent müştərilər üçün çox vacibdir. Kontent olmadan veb-sayt biznesiniz üçün heç bir fayda verə bilməyən proqram kodudur. Ziyarətçilər veb-sayta daxil olarakən ilk olaraq onun kontentini görürlər. Kontent veb-sayt ziyarətçilərini müvafiq məhsulları araşdırmağa və almağa təşviq edir.
Doğru kontenti veb-saytınızın lazımı hissələrində yerləşdirməklə siz müştərilərə istədikləri məlumatları təqdim etmiş, onları məhsul və xidmətlərinizin effektivliyinə inandırmış olacaqsınız.
Müştərilər üçün lazım olan nəticələrin əldə olunması:
- Tərəfimizdən hədəf auditoriya cəlb edilir və müvafiq sosial şəbəkə hesabları təşviq edilir;
- Tərəfimizdən Rusiya bazarına yeni xidmət və ya məhsul təqdim edilir;
- Tərəfimizdən müştərilərin brendləri barədə ətraflı məlumat verilir;
- Tərəfimizdən müştərilərin məhsul və ya şirkətləri barədə məlumatlılıq təmin edilir;
Faydalı mətnlərin üstünlükləri
Tərəfimizdən veb-saytlarda faydalı mətnlər yerləşdirilir. Faydalı mətnlər müştərilər ilə ünsiyyəti təmin edir, məhsul və xidmətlərinizin köməyi ilə müştərilərin problemlərini həll etməyə kömək edirlər. Budan əlavə, veb-saytınızın təqdimatı məqsədilə yerləşdirilən məqalələrlə yanaşı, hədəf auditoriyanızın müxtəlif seqmentlərinə yönəlmiş materiallar yazılır və ya hazırlanılır. Müəlliflərimiz üçün satış hunisi işlək termindir və bu, veb-sayt üçün kontent yaradılarkən əsas təlimatlardan biri hesab olunur. ONE Studio şirkəti olaraq biz müştərinin biznes məqsədlərinə əsaslanaraq hazırladığımız kontent strategiyası çərçivəsində müvafiq iş həyata keçiririk.
Müştərilərin cəlb edilməsi
Populyar sənaye platformalarında mövcud texnologiyalarınız haqqında məqalələr brendinizin əhatə dairəsini genişləndirir və veb-saytdınızdakı cəlbedici mətnlər sizə yeni auditoriya cəlb etmək imkanı verir.
Ziyarətçi axının artırılması
Axtarış sorğuları əsasında unikal mətnlərin yaradılması sizə axtarış nəticələrində ilk mövqelərə çatmağa imkan verir və buna görə də saytınıza daha çox ziyarətçi cəlb edir. Daha çox trafik daha geniş satış hunisi deməkdir.
Məhsulların və xidmətlərin satışı
Faydalı və cəlbedici satış mətnləri müştərilərə problemlər haqqında məlumatlar verə, həll yolları təklif edə və sorğular göndərməyə təşviq edə bilərlər. Nəticədə heç bir müştəri alış-veriş etmədən veb-saytınızı tərk etmir.
Loyallığın təmin edilməsi
Hədəf auditoriyasına uyğun mövzular haqqında məlumatlandırıcı məqalələr veb-sayt ziyarətçiləri arasında şirkətinizə inam yaradır. Satış həyata keçirmək üçün ilk növbədə müştəriyə pulsuz və faydalı bir şey təqdim edilməlidir.
Məlumatlılığın artırılması
Məqalələrin təşviqi müvafiq bloqlarda və nüfuzlu sənaye resurslarında yerləşdirmək üçün faydalı materialların yaradılmasını nəzərdə tutur. Bu proses sizə məhsulunuz haqqında heç bir məlumatı olmayan müştəriləri belə cəlb etməyə imkan verir.
Ekspert statusunun təmin edilməsi
Korporativ bloqlar və digər platformalar üçün məqalələrin yazılması texnologiyalarınız haqqında danışmağa və sənaye eksperti statusunuzu təmin etməyə imkan verir. Nəticədə müştərilərin sizə olan inamı artır və xidmətlərinizdən yararlanmağa başlayırlar.
Kontent marketinqinin brend və satışlarınıza təsiri
Kontent marketinqi sizə müştərilər cəlb etməyə imkan verir. Bu müştərilər də, öz növbəsində, sizinlə işləməkdə istəkli olan yeni müştərilər cəlb edir. Bundan əlavə, sosial şəbəkələrdəki reklamlar və mediadakı nəşrlər də sizə yeni müştərilər cəlb etməyə imkan verir. Bu istifadəçilər tez bir zamanda sizinlə əməkdaşlıq barədə qərara gəlirlər.
Auditoriya cəlb etməyin yolları
Kontent marketinq alətləri brendinizin hədəf auditoriyanız ilə əlaqəsini təmin edir.
SMM
Bu, auditoriya ilə dialoq qurmağın əsas və ən populyar üsuludur. SMM xidməti sosial şəbəkələrdə brendinizi təbliğ edir, sizin minlərlə və ya on minlərlə insanla ünsiyyətinizi təmin edir və satışlarınızı sürətləndirməyə imkan verir.
Email-poçt marketinqi
Bu, şirkətinizlə maraqlanan müvafiq auditoriyaya (e-poçt ünvanlarını veb-saytınıza təqdim edən fərdlər) təsir etmək yollarından biridir.
Korporativ bloq
Bu, müştəriləri veb-saytınıza cəlb edən media subyektlərindən biri hesab olunur. Bloqlar iş axtaranları sizinlə işləməyə və müştəriləri xidmətlərinizdən yaralanmağa təşviq edir.
Digər ünsiyyət formaları
- Rəy liderləri
İstifadəçilər sevimli bloqqerlərinin verdiyi tövsiyələrə etibar edirlər. ONE Studio şirkəti olaraq biz sizə auditoriyanızın maraqlarını müəyyənləşdirməkdə yardımçı oluruq və birlikdə faydalı reklamlar yaradırıq.
- Vebinarlar və seminarlar
Müxtəlif tədbirlər təşkil edərək sizin təcrübənizi müvafiq auditoriyaya çatdırırıq. Bu, yeni auditoriya qazanmağın ən təsirli üsullarından biridir.
- KİV
Ziyarətçilərin brendiniz barədə məlumatlılığını dəfələrlə artırırıq və auditoriyanızın oxuduğu və ya maraqlandığı, media üçün nəzərdə tutulan müvafiq materiallar yaradırıq.
- “Ağ kitablar”
“Ağ kitablar” məhsulunuz haqqında heç bir məlumatı olmayan ziyarətçilər üçün nəzərdə tutulub. “Ağ kitablar” hədəf auditoriyanızın problemlərini necə həll edəcəyinizi təsvir edən bir xülasədir.
- Messencerlər
Müştərilərlə əlaqə çatlar və kanallar vasitəsilə təmin olunur. ONE Studio şirkəti olaraq biz əlavə sorğular cəlb edən “bot”-lar yaradırıq.
- İnformasiya layihələri
Qısa müddətdə auditoriyanızı genişləndirmək üçün tərəfimizdən onlayn jurnallar, media və ekspertlərlə bağlı materiallar kimi xüsusi layihələr hazırlanılır.
Mürəkkəb məhsullar üçün kontent strategiyası hazırlanması
Bazara daxil olan yeni məhsul və ya brend yüksək rəqabətlilik mühiti ilə üzləşir. Bu hallarda tərəfimizdən kontent strategiyası hazırlanılır. Kontent strategiyasında aşağıda qeyd olunanlar əks olunur:
- Təhlil
Tərəfimizdən brendlər, rəqiblər, auditoriyalar və məhsullar təhlil edilir, kontent strategiyası yaradılır və ya əsas marketinq araşdırılması həyata keçirilir. Bundan əlavə, effektiv kanallar və nəşr formatları seçilir, hədəf auditoriyasının maraqları müəyyənləşdirilir. Eyni zamanda, hədəf auditoriyası sosial-demoqrafik xüsusiyyətlərinə görə seqmentləşdirilir. Tərəfimizdən auditoriyanın məhsullarla bağlı problemləri müəyyənləşdirilir, onların güclü və zəif tərəfləri vurğulanır.
- Kontent planı
Tərəfimizdən müvafiq platformalar seçilir və nəşr təqvimi hazırlanılır.
- Kontentin hazırlanması
Tərəfimizdən kontent marketinq kanallarında materiallar yaradılır və dərc edilir. Sizinlə əlaqə saxlayıb fəaliyyət sahəniz haqqında ətraflı məlumat əldə edilir. Bunun əsasında mövzular üzərində düşünüb yüksək keyfiyyətli yazılar və məqalələr hazırlanılır, foto və videolardan vasitəsilə məhsullarının təqdim edilir. Bunun sayəsində tərəfimizdən yaddaqalan və brendinizin imicini artıran kontent yaradılır. Bundan əlavə, məqalələrə açar sözlər əlavə edilir, müvafiq fotolar emal edilir və redaktələrinizə əsasən paylaşımlar tənzimlənr.
- Media planı
Tərəfimizdən altı ay ərzində kontent marketinqi, müxtəlif kanalların gəlirliliyi və əsas effektiv göstəriciləri üzrə büdcələrin hesablanması həyata keçirilir. Sosial şəbəkələr vasitəsilə brendinizin əhatə dairəsi genişləndirilir (bannerlər və gizli reklam yazıları hazırlanılır) və nəticədə birbaşa sosial şəbəkələrdən və ya digər platformalardan olan ziyarətçilərinizin sayı artır. Bundan əlavə, tərəfimizdən bloqdakı məlumatların əhatə dairəsi genişləndirilir və kampaniyalar barədə məlumatlar təqdim edilir. Abunəçiləriniz əsas veb-sayt, bloq və sosial şəbəkələrdən cəlb edilir. Yerləşdirilmiş kontent digər media subyektləri üçün də uyğunlaşdırılır.
- Dizayn
Tərəfimizdən kontent marketinq kanalları brendinizin korporativ kimliyinə uyğun şəkildə dizayn edilir.
- Analitika
Tərəfimizdən kontent marketinqi prosesinin nəticələri təhlil edilir və əldə edilən nəticələri daha da yaxşılaşdırmaq üçün müvafiq plan tərtib olunur. Əlaqəli konversiyaların sayı hesablanılır ( birbaşa və ya sosial şəbəkələr vasitəsilə veb-saytı ziyarət edənlərin sayı). Bundan əlavə, axtarış sistemlərində brendiniz barədə verilən sorğuların sayı hesablanılır, hər ay müxtəlif mövzu və rubrikaların effektivliyi təhlil edilir. Auditoriyanın maraqları nəzərə alınaraq veb-saytınıza sosial şəbəkələr vasitəsilə keçid təmin edilir. Eyni zamanda, tərəfimizdən Power BI platformasında hər bir kontent kanalının effektivliyini əks etdirən hesabatlar hazırlanılır və onlar avtmatik olaraq yenilənilir. Siz hər zaman aktual məlumatları hesabatlar vasitəsilə əldə edə bilərsiniz.
İşə yanaşmamız
Satış yönümlülük
Tərəfimizdən kontent marketinqinin gəlirliyini artırmaq üçün satış kontenti yaradılır.
Marketinq prosesinin intensivləşdirilməsi
Sosial şəbəkələrdə paylaşımları görən, onlayn qəzetdə məqalə oxuyan və ya xəbər bülleteninə abunə olan insanlar məhsulunuzu xatırlayanda daha çox reklamdakı linkə klikləyir və ya axtarış sistemində şirkətinizin adı ilə axtarış edirlər.
Rəqəmsal auditoriyanın cəlb edilməsi
Tərəfimizdən istifadəçi seqmentləri toplanılır (sosial şəbəkə istifadəçilər, vebsayt ziyarətçiləri, xəbər bülleteni oxucuları). Onlar satış hunisinin mərhələlərinə bölünə bilən və bütün marketinq kanalları ilə işləyə bilən brendin rəqəmsal auditoriyasıdır.
Axtarış sistemləri
- Sosial media;
- “CloudContext” - kontekstli reklam sistemi;
- Birbaşa elektron məktub;
- Bloqosfera;
- Öz inkişaf bölməsi;
- Profil nəşrləri;
- Şəxsi foto və video studiya;